2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi İtaliyanln sənayesinin ümumi xarakteristikası


Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi



Yüklə 38,92 Kb.
səhifə2/5
tarix01.01.2022
ölçüsü38,92 Kb.
#50316
1   2   3   4   5
disc 828

2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi

İnsan cəmiyyətinin inkişafını özündə əks etdirən dünyanınmüasir siyasi xəritəsinin formalaşması uzun tarixi yol keçmişdir. Bu formalaşma min illər boyu davam edib və yeni ölkələrinyaranmasında və dağılmasında, sərhədlərin dəyişilməsində, yenitorpaqların kəşfində, metropoliya və koloniyaların yaranmasında,dünyanın təkrar-təkrar bölüşdürülməsində öz əksini tapmışdır.

Xüsusilə siyasi xəritənin dəyişilməsində siyasi hadisələrin, həm dəmüharibələrin gedişi təsiredici amillər sayılır.Siyasi xəritə bir neçə formalaşma mərhələlərinə bölünür. Budövrləşmədə tarixi- coğrafi yanaşmanın xüsusi əhəmiyyəti vardır.Bu yanaşma bəşər tarixinin dövrlərə bölünməsinə əsaslanır. Budövrləşmənin müxtəlif variantları vardır. Məlumdur ki, tarix qədimdövrə, orta əsrlərə, yeni və ən yeni dövrlərə bölünür. Bu şəkildəbölgü ictimai-iqtisadi formasiyaların xüsusiyyətlərinə əsaslanır.Bundan əlavə, bəşər tarixi sivilizasiyalara da bölünərək öyrənilir.Buraya kənd təsərrüfatı sivilizasiyasi, sənaye sivilizasiyası, elmi-texnikisivilizasiyalar, informasiya sivilizasiyası aiddir. Sinfi bölgü olmayan yanaşma dünyada daha geniş yayılmışdır.

Qədim dövr eramızın V əsrinə qədərki dövrü əhatə edir. İlkincoğrafi biliklər hələ ibtidai icma quruluşu dövründə meydanagəlməyə başlamışdır. Bu biliklər öz əksini əvvəllər əfsanələrdə, sadərəsmlərdə - "xəritələrdə" tapırdı. Müasir dövrə gəlib çıxmış ənqədim rəsmlər Qədim Şərqdə (Babil, Misir), Çində yaşamış xalqlaraməxsusdur. Salamat qalmış qayaüstü rəsmlərə Cənubi Amerikanınvə Cənubi Asiyanın dağlıq rayonlarında da rast gəlinir. Deməli,insanların ətraf mühit haqqında empirik təsəvvürləri əməkfəaliyyətləri ilə birlikdə meydana gəlmiş və onların malik olduqlarıinformasiyaların əsasını təşkil etmişdir. Yəni siyasi xəritədədəyişikliklər öz başlanğıcını ictimai əmək bölgüsü və şəxsimülkiyyətin yaranması, eləcə də ictimaiyyətin siniflərə parçalanmasıdövründən götürür. EIə o dövrdən sosial hadisə kimi dövlət, yənidünyanın siyasi xəritəsi ilə əlaqəsi olan əsas ərazi taksonomik vahidi yaranır. Bu, quldarlıq quruluşu dövrünü əhatə edir. Quldarlıqdövründə hərbi rəhbərlər, sonralar meydana gələn irsi hökmdarlar iritorpaq və pul sahibi olmuşlar.

Onların yaşadığı malikanələrinyanında isə zadəganlar, qoşunlar, onlara yaxın sənətkarlar, tacirlər,azad əkinçilər məskunlaşırdı. Bu yaşayış məntəqələrindən dəsivilizasiyanın əsasını qoyan şəhər-dövlətlər yaranmışdır. Beləliklə,hələ eramızdan xeyli əvvəl IV-III minilliklərdə çaylararası hövzədə-Mesopotamiyada, Çində, Misirdə ilk quldarlıq dövlətlərinin formalaşması başlamışdır. Feodal istehsal münasibətlərinin yaranması bu prosesə dahaqüvvətli təkan vermişdir. Lakin qədim şəhər-dövlətləri çox zəifidilər. Onlar üçün ən qorxulu təhlükə köçəri xalqların basqını idi.Sonralar onlardan qorunmaq üçün daha güclü mərkəzləşdirilmiş dövlətlər yaranmışdır. Onların yaranmasında coğrafı mövqe və ətrafmühit mühüm rol oynayırdı. Məsələn: Qədim Misirdə bir tərəfdənLiviya səhrası, digər tərəfdən Qırmızı dəniz ilə xarici basqınlardan yaxşı qoruna bilirdilər. Bu səbəbdən də isğal müharibələri aparmamış, silahlı dəstələrin sayını artırmamışdılar. Nəticədə isəeramızdan əvvəl VIII əsrin əvvəllərində Efiopiya şahları asanlıqla Misiri işğal etmislər. O vaxtdan başlayaraq Misir əldən- ələ keçmiş və yalnız XX əsrin əvvəllərində öz müstəqilliyini bərpa edə bilmişdir. İlk şəhər dövlətlərinə e.ə III minillikdə egeyellinsivilizasiyasını (Hind vadisində ), şəhər dövlətlərə II minillikdə

Xuanxe vadisində İn şahlığını misal göstərmək olar.

E. ə. IIIminilliyin birinci yarısında isə İran imperiyası formalaşmışdır.Feodal istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətlitəkan vermişdir. Avropa miqyasında bu hadisə eramızın V-XIəsrlərinə təsadüf edir.

Yeni Dünyada isə ilk şəhər-dövlətlər eramızın ilkminilliyinin birinci yarısında müasir Meksika və Perununərazilərində yaranmışdır. Bu sivilizasiyaların nailiyyətləri KöhnəDünyada olan nailiyyətləri təkrarlamışdır.Mesopotamiya sivilzasiyası ətrafında vəziyyət fərqli olmuşdur. Çaylararası düzənliklərdəki xalqların vəziyyəti daha ağıridi. Ona görə ki, burada yerləşən köçəri xalqların basqını üçün hecbir çətinlik yox idi. Elə bu səbəbdən də yaranmışŞummer,Babilistan imperiyalarının, daha sonra isə Assuriya dövlətlərininömürləri uzun olmamış və nəhayət e.ə. ilk minilliyin birinciyarısında bu əraziyə İran sivilizasiyası daxil olmuşdur. Bu imperiyaüç əsr hökm sürmüşdür.

Dünya sivilizasiyalarınm inkişafında, xüsusilə, qədim Yunan və Roma regional sivilizasiyalarının böyük xidməti olmuşdur. Onlarındilləri, ədəbiyyatları, incəsənət və memarlığı, hərbi, ticarət-bankəməliyyatları, Yunan demokratiyası və Roma hüququ bu günə qədəröyrənilir və tətbiq edilir.

Yunan sivilizasiyası - bu sivilizasiyaya Krit adasında başlanılmışdı. E.ə IV əsrin ortalarında yunan Şəhəri Afinanı Makedoniyalı İsgəndər ələ keçirmişdir. Sonralar onlarla şəhər İsgəndərin adına adlandırılmışdır. Əlverişli mövqedə yerləşən bu şəhərlər dəfələrla sahibini dəyişdirmişdir. Bütün bunlarabaxmayaraq, Yunan sivilizasiyasının izlərini indi də qoruyubsaxlayır və inkişaf etdirirlər. Bu şəhərlərə Misirdə İsgəndəriyyə, Fransada Marsel, İtaliyada Neapol, Krımda Feodosiya, Yevpatoriya,Kerç və s. aiddir. 1991-ci iidə Afinada, Qədim Ellada torpağındayaranan demokratiyanın 2500 illiyi münasibətilə böyük bayram keçirilmişdir.

Roma sivilizasiyası - təməli e.ə. V-III əsrlərdə Orta Asiyadavə Tibr vadisində yaşayan latınlar tərəfindən qoyulmuşdur.Romalılar Yunan demokratiyasını daha da inkişaf etdirərək dünyadailk dəfə olaraq parlamentli mərkəzləşdirilmiş respublika yaratmışlar.Bu dövrdə Qərbi Avropa sivilizasiyasının yaranmasında və inkişafında böyük rol oynayan çoxlu Roma imperiya şəhərləri yaranmışdır. Venesiya, Köln, London buna misal ola bilər. Lakin e.ə254-cü ildə əsası qoyulmuş Roma şəhərini tutmuş və qarət etmişlər.

Bu dövrdəki dövlətlər öz ərazilərini genişləndirmək üçündaha çox müharibə aparırdılar. Yəni bu dövr müharibələr iləsəciyyələnir. Bu dövlətlərin apardıqları müharibələr, şəhərsalma işləri, yeni dəniz yollarının kəşfi, uzaq ölkələrlə ticarət əlaqələrininyaradılması və s. bilik tələb edirdi. Buna görə də ŞimaliHindistan, Qədim Çin. Misir, Finikiya müstəmləkəsi olan Karfagensakinləri arasında dəniz və quru yollannı öyrənən, başqa ölkələrinsərvətləri haqqında coğrafi biliklər toplayan səyyahlar meydanagəlmişdir.

Bu dövrdə dövlət quruluşunun iki əsas forması-monarxiya (Misir, Babilistan, Assuriya, İran və Roma imperiyaları) vərespublika (Finikiya və Yunanıstan şəhər-dövlətləri ) mövcud olmuşlar. Yəni bu dövr iri dövlət və imperiyaların yaranması və

dağılması ilə səciyyələnir.

Orta əsrlər dövrü V-XV əsrləri əhatə edir. Orta əsrlər dövrüsiyasi xəritənin formalaşması feodalizm quruluşu ilə əlaqədardır. Budövrdə formalaşan feodalizm cəmiyyətində siyasi vəziyyət dahadərin və qarışıq olmuşdur. Erkən orta əsrlərdə Avropada elm vəmədəniyyət dinin təsiri altında durğunluğa uğramışdır. Quldarlıqdövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür proseslərinvə hadisələrin baş verməsi, maddi varlıqların yaranması haqqındakıfikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr iləəlaqələndirilirdi. Cənubi Asiya regionunun formalaşmasında və Hindistan yarımadasında yaşayan müxtəlif etnik qruplarınbirləsməsində isə brahmanizm və hinduizm dinləri mühüm rol oynamışdır. Burada digər regionlardan fərqli olaraq əsir qullara ehtiyac olmamışdır. Bunun iki səbəbi var idi. Burada yerli işçiqüvvəsi kifayət qədər idi. Bu brahmanizm tərəfindən yaranan irsikastalar cəmiyyəti ayrı-ayrı qruplara ayırırdı.

Şərqi Asiya regionunun formalaşmasında isə Çinimperiyalarının böyük xidməti olmuşdur. Bu imperiyalara daxil olandigər xalqlar Çin xalqına öz sivilizasiyalarını qəbul etdirəbilməmişlər. O dövrdə heç Çin imperiyaları da regiondan kənar işğalçı müharibələrə meyl etməmişlər. Ümumiyyətlə, yaradılmış Böyük Çin Səddi çin xalqının təfəkküründə dərin iz buraxmışdır. Bucür möhtəşəm səddi yaradan xalq digər dövlət və xalqların əldəetdiyi nailiyyətləri onların əlindən almaq fikrinə düşməmişdir.Cənub - Sərqi Asiya regionunun formalaşmasının da özünəməxsus xüsusiyyətləri olmuşdur. Bu regionda nə quldarlıq, nə dəfeodalizm dövründə regionun bütün hissələrinə təsir edə bilən güclübir imperiya yaranmamışdır. Ona görə də yerli sivilizasiya mənbələriregional xarakter ala bilməmişdir. Bu region uzun müddət Hindistanvə Çin sivilizasiyasından asılı vəziyyətdə olmuşdur.

Siyasi xəritənin formalaşmasında Yeni dövr - XV-XVIəsrlərdən Birinci Dünya müharibəsinin qurtarmasına qədər olandövrə uyğun gəlir. Yeni dövrün XVI-XVII əsrləri Avropasənayesinin və ticarətinin inkisafı, elmin və mədəniyyətin sürətliyüksəlisi ilə xarakterizə olunur. İlk manufaktura müəssələri yaranırvə əmtəəistehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaqüçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyacduyulurdu. Qiymətli metallar-qızıl, gümüş çatmırdı. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz-dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var-dövlətihaqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürünü coşdururdu. Bu tükənməz sərvətləri əldə etmək ümidi ilə yenitorpaqların axtarıb tapılmasına can atılırdı. Beləliklə, yuxarıdagöstərilən amillərin təsiri altında Böyük Coğrafi Kəşflər dövrübaslanır. Bu coğrafi kəşflər dövrü XV əsrin ortalarından XVI əsrinortalarına qədər olan dövrü əhatə edir. Baş verən coğrafi kəşflərdünyanın siyasi xəritəsini əsaslı sürətdə dəyişdirmişdir.


Yüklə 38,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin