2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi İtaliyanln sənayesinin ümumi xarakteristikası


Macarıstanın qısa inkişaf tarixi və müasir idarəolunma sistemi



Yüklə 38,92 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü38,92 Kb.
#50316
1   2   3   4   5
disc 828

5. Macarıstanın qısa inkişaf tarixi və müasir idarəolunma sistemi

Sahəsi: 93030 km2

Əhalisi: 10 031 min nəfər

Əhalinin sıxlığı: 107 nəfər/km2

Paytatı: Budapeşt (1 915 min nəfər)

Rəsmi dil: macar dili

Dini etiqad: katolosizm (51,9%), protestantlıq

(kalvinizm 15,9%, lüterantiq 3%)



Pul vahidi: forint

Dövlət quruluşu: respublika

Coğrafiyası. Macarıstan Mərkəzi Avropada yerləşir. Dünya okeanına çıxışı olmayan ölkələrdən biridir. Ölkə qarışıq tipli iqtisadi sistemə malikdir. 2004-cü ildən Avropa İttifaqının üzvüdür.

Dunay çayı Macarıstanı 2 hissəyə ayırır. Şərqdə Macarıstanın ərazisinin yarısından çoxunu tutan Orta Dunay ovalığı uzanır və Alfyold düzənliyi adlanır. Düzənliyin mərkəzində şimaldan cənuba Macarıstanın ikinci böyük çayı Tisa axır. Dunay çayından qərbdə isə təpəlik region olan Transdanubiya yerləşir. Burada Mərkəzi Avropanın ən böyük şirinsulu gölü olan Balatonun sahlləri boyu Bakon dağları yüksəlir. Şimalda dağlar az bir sahəni tutur. Macarıstanın relyefi daha çox düzənlik arakterə malikdir.



İqlimi. Macarıstanda mülayim-kontinental iqlim iqlim hakimdir. Qışı soyuq və yağıntılı, yay isti və sərin, yaz və payız isə bol yağıntılı olur. Yanvarın orta temperaturu -30C, iyul 210C-dir. Yağıntıların illik miqdarı cənub-qərbdə 900 mm, şimal-şərqdə 450 mm-ə bərabərdir. Orta Dunay ovalığında yayılmış qara torpaqlar çox məhsuldardır. Belə şərait həmçinin iqlimin mülayim və quru olması, bitkilərin vegetasiya dövründə bol yağıntı düşməsi əkinçiliyin inkişafına səbəb olmuşdur. Geniş ərazidə meyvə bağları, üzümlüklər, taxıl o cümlədən qarğıdalı və tərəvəz becərilir. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənlik sahələr və məhsuldar torpaqlar burada kənd təsərrüfatının inkişafı üçün əlverişli imkan yaradır. Təbii bitki örtüyü insanlar tərəfində çox dəyişdirilmişdir. Ərazinin 16%-ni meşələr təşkil edir. Dunay, onun qolu Tisa və başqa çaylardan suvarma və nəqliyyat məqsədilə geniş istifadə edilir.

Tarixi. Macarıstan 1918-ci ilə qədər Avstriya-Macarıstan imperiyasının Respublika elan olundu. Habsburqların 400 illik hakimiyyətinə son qoyuldu. Kommunistlərlə sosial-demokratların birləşmiş qüvvələri 1919-cu il martın 21-də inqilab edərək Macarıstan Sovet respublikasının yarandığını elan etdilər. 1920-ci il 4 iyunda Trianon müqaviləsi olldu, 23 oktyabr 1989-cu ildə üçüncü respublika yarandı.

Əhali. Bu gün ölkə əhalisinin 95 %-i 1100 il əvvəl Macarıstana gəlmiş və burada məskunlaşan qədim tayfaların nəsilləri olan macarlardır (madyarlar). Əhalinin qalan hissəsi almanlar (2,6%), rumınlar (1,9%), serblər (2%). Bundan əlavə digər xalqlardan yəhudilər, slovaklar, xorvatlar da vardır.

Təhsil. Macarıstanda təhsil keçmiş şərq blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. Azərbaycanlıların Macarıstanda daha çox təhsil üçün 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbacanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadılar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir.

İqtisadiyyatı. Əsasən bitkiçilik və hevandarlıq inkişaf etdirilib. Heyvandarlıq əsasən donuzçuluq və quşçuluq istiqamətində inkişaf etdirilir. İkinci Dünya müharibəsinə qədər Macarıstan kənd təsərrüfatı ölkəsi olmuşdur. Müharibədə sonra Macarıstanın 1949-1989-cu illərdə onun daxil olduğu sosializm sistemi ölkələrin mailiyyə dəstəyi ilə sənayenin inkişafı başlamışdır. Sənayenin əsas sahələri arasında polad, alminium və sment istehsalı fərqlənir. Gön dəri, avtomobil, elektronika, əczaçılıq və dəzgahqayırma eləcəd mineral gübrə, toxuculuq və yeyinti məhsulları əhəmiyyət kəsb edir. Sənayenin inkişafı ətraf mühitin həddən artıq çirklənməsinə gətirib çıxarmışdır. Balaton gölü, Dunay çayının qolları və enliyarpaqlı meşlər daha çox ziyan görmüşdü.

Faydalı qazıntıları. Faydalı qazıntı ehtiyatları azdır. Əsas təbii sərvəti boksit yataqlarıdır. Az miqdarda daş kömür, neft, təbii qaz, mis və uran ehtiyatlarına malikdir.

Paytaxtı. Budapeşt şəhəri 3 qədim şəhərin birləşməsindən əmələ gəlmişdir: Obuda X əsrdə ölkənin birinci mərkəzi şəhəri olmuşdur. Dunayın qərb sahilindəki Buda Macar krallığının pataxtı idi, şərq sahildəki Peşt sənaye və ticarət mərkəzi kimi inkişaf etmiş, uzun müddət alman kökmdarlarının tabeçiliyində qalmışdır. 1849 cu ildə Dunay çayı üzərində Buda və Peşt şəhərlərini birləşdirən ilk körpü salınmışdır. Budabeşt ölkənin ikinci mühüm şəhəri olan və Şərqi Macarıstanın əkinçilik regionunda yerləşən Debretsen şəhərindən doqquz dəfə böyükdür. Macar tələbələrinin yarısından çoxunun təhsil aldığı universitetlər və instutlar Budapeştdə yerləşir. Xarici şirkətlərin ölkəyə qoyduğu sərmayənin 2/3 hissəsi bu şəhərin payına düşür. Hər il Macarıstana gələn 10 milyon turistin əksəriyyəti Budapeşt şəhərini ziyarət edir.
Yüklə 38,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin