2 Esed muellim rustemli 051-395-94-95


Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə185/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   181   182   183   184   185   186   187   188   ...   240
Əsəd-Rüstəmli 2021

Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır 
(7 nömrəli əlavə). 
10. Protokolların hazırlanması və tərtib edilməsi 
67. Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və 
müşavirələrin protokolu yazılmalıdır. 
68
Protokolun mətni giriş hissəsindən və əsas hissədən ibarət olmalıdır. 
69. Geniş protokollarda protokolun 
giriş hissəsində 
iclası aparan sədrin və katibin adları və soyadları, 
dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin 
(məsələlərin) adları verilir (8 nömrəli əlavə). 
70. Geniş protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Qərar 
əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan 
üç sətirarası 
intervalla çap edilən 
“Qərara 
alındı
” sözləri ilə başlanır. Qəbul edilmiş qərarın mətni yeni sətirdən abzasdan yazılır. 
71. Stenoqramları aparılan iclasların protokolları qısa şəkildə tərtib edilir. Belə protokolda iclasın 
gündəliyində duran məsələnin (məsələlərin), bu məsələyə aid məruzəçinin (məruzəçilərin) və çıxış edənlərin 
adları və soyadları göstərilir, müzakirə edilən hər məsələyə aid qəbul edilən qərar öz əksini tapır. 
Stenoqramları aparılan iclasların protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir, müvafiq qaydada 
tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir. 
72. 
Protokol təşkilat rəhbəri və iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində 
nömrələnir

11. Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi 
73
Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin 
hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır

74. Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr başlığa daxil 
edilməlidir (məsələn: “______ il tarixinə olan vəziyyətə görə yaz kənd təsərrüfatı işlərinə hazırlığın gedişi 
haqqında”). 
75. Arayışlar və məlumat vərəqələri təşkilatların blanklarında çap olunur, 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin