dövlət tərəfindən ödənilməsi hüququ vardır.
IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. M a d d ə 6 9 . Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən,
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa,
Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri
yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquq və azadlıqları yalnız
beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının
qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
M a d d ə 7 0 .
Siyasi sığınacaq hüququ I.
Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
II.
Siyasi əqidəsinə görə , habelə
Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib
edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının