40
Esed_muellim_rustemli
051-395-94-95
Hər kəsin
ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar
onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Hər kəsin
mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə
etmək hüququ vardır.
Hər kəs
tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır
Hər kəsin
sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
Hər kəs
yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Hər kəsin
milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
Hər kəsin
öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
Hər kəsin
ana dilindən istifadə etmək hüququ vardır.
Hər kəsin
istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
Hər kəsin
fikir və söz azadlığı vardır.
Hər kəsin
vicdan azadlığı vardır.
Hər kəsin
dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır.
Dostları ilə paylaş: