2 Esed muellim rustemli 051-395-94-95


təşəbbüsünün məhdudlaşdırılması



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə72/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   68   69   70   71   72   73   74   75   ...   240
Əsəd-Rüstəmli 2021

təşəbbüsünün məhdudlaşdırılması 


38 
Esed_muellim_rustemli 
051-395-94-95 
Bu Konstitusiyanın 
birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar 
Azərbaycan 
Respublikası 
Konstitusiyasına əlavələr təklif edilə bilməz

KEÇİD MÜDDƏALARI 
1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra 
rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi 
gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası 
(Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının 
Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş 
səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən 
sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali 
Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli 
Məclisinin ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin 
ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir 
həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 
31-dək davam edir.
1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında 
seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri 
bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi 
gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq 
Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının 
qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra 
hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə 
haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində 
qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan 
hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının 
məhkəmələri ədalət mühakiməsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və 
prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, 
məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu 
Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası 
məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik qəbul 
edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə 
minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.


39 
Esed_muellim_rustemli 
051-395-94-95 
11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu 
qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada 
nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri 
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində 
nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə 
mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan 
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin