Konstitusiyaya aid bəzi qısa konspektlər Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
etmək hüququ vardır.
Hər kəsin Dövlət hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Hər kəsin yaşamaq hüququ vardır.
Hər kəsin azadlıq hüququ vardır.
Hər kəsin mülkiyyət hüququ vardır.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Hər kəsin əqli mülkiyyət hüququ vardır.
Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın
sirrini saxlamaq hüququna dövlət təminat verir.
Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun
tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini)
tələb etmək hüququ vardır.
Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçmək hüququ vardır.
Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə
dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.