gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların
dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə
tutulmuş müddətdə qüvvəyə minə bilər.
XVI fəsil NORMATİV HÜQUQİ AKTLARIN ZAMANA, MƏKANA VƏ ŞƏXSLƏRƏ GÖRƏ QÜVVƏSİ VƏ İCRASI M a d d ə 86. Normativ hüquqi aktın zamana görə qüvvəsi 86.1
. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün
qüvvədə olmanın müddəti müəyyən edilə bilər . Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ
hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət
başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur
elementi) avtomatik olaraq ləğv edilir.
Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər. M a d d ə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və
ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi
haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ
gələn münasibətlərə şamil edilir.
87.3.