Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu
qeyd edilməlidir.
M a d d ə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları 20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası
Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə,
yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər .
20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. 20.3
. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir .
20.4. Normativ hüquqi akt
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin
aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
VII fəsil NORMATİV HÜQUQİ AKTIN STRUKTURU M a d d ə 28. Normativ hüquqi aktların rekvizitləri 28.0. Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:
28.0.1. aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və s.); 28.0.2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi); 28.0.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi; 28.0.4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı,