2 Esed muellim rustemli 051-395-94-95


I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası  Baş nazirinin şəxsiyyəti toxunulmazdır



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə50/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   46   47   48   49   50   51   52   53   ...   240
Əsəd-Rüstəmli 2021

 
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası 
Baş nazirinin şəxsiyyəti toxunulmazdır. 
II. Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, 
cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq 
edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 
III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu 
tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının 
Baş prokuroruna
xəbər verməlidir. 
IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş 
prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən 
xitam verilə bilər. 
M a d d ə 1 2 4 . Yerlərdə icra hakimiyyəti
 
I. Yerlərdə icra hakimiyyətini 
yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti 
vəzifəyə təyin və vəzifədən azad 
edir. 
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının 
Prezidenti müəyyən edir

V I I f ə s i l
MƏHKƏMƏ HAKİMİYYƏTİ 
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
 
I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız 
məhkəmələr
həyata keçirirlər. 
II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan 
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan 
Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. 
III. Məhkəmə hakimiyyəti 
Konstitusiya, mülki və cinayət məhkəmə icraatı 
vasitəsi ilə və 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin