Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi
və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikasının
Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir ; başqa hakimlərin işdən
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının
Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.
M a d d ə 1 2 9 . Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar
dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə
qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı
qanuna və sübutlara əsaslanmalıdır.
M a d d ə 1 3 0 . Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının
Milli Məclisi təyin edir. III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarının, Azərbaycan Respublikası Milli
Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və