Diplomqabağı təcrübənin proqramı Bu nümunəvi diplomqabağı təcrübə proqramı (təkmilləşmə) 040701 “Müalicə işi” ixtisası üzrə məzunların Dövlət təhsil standartlarınnın tələblərinin yerinə yetirilməsinə yönəlmişdir. Diplomqabağı təcrübə dövründə tələbələrin bilik və bacarığına dair Dövlət Təhsil standartlarının təlabatı.
Diplomqabağı təcrübə 8 həftə ərzində III kurs VI semestrin axırında keçirilir və ixtisas üzrə tədrisin tamamlayıcı mərhələsidır. Proqram nəzəri və təcrübə kursları üzrə biliklər mənimsənildikdən, kurslararası yekunlar yerinə yetirildikdən sonra Dövlət tərəfindən baxılmış minimum tələblərin və məzunların hazırlıq səviyyəsinə, təhsil müəssisəsinin iş planına uyğun tələbələrin atestasiyası aparılmasını nəzərdə tutur.
Diplomqabağı təcrübənin məqsədi tələbənin tibb müəssisəsində təhsil aldığı dövrdə yiyələndiyi biliyin və bacarığın möhkəmləndirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Diplomqabağı təcrübə gələcəkdə sərbəst əmək fəaliyyətinə başlayacaq feldşerin peşə bacarığını və hazırlığını yoxlamaq üçündür.