Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüvvəsini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sisteminə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif üzvlərin funksiyalarının məhdudlaşmasını törədir. Psixokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ordunun davamlılığını və iradə gücünü azaltmaq üçün tətbiq edilir.
Hazırda psixi təsir xüsusiyyətinə malik qrupa çoxlu maddələr daxildir (qarmin, LSD-25, meskalin). Lakin böyük miqyaslı zəhərləyici maddə kimi bu qrupun ən çox istifadə edilən nümayəndəsi – BZ-dir.