2. slayd Kimyəvi silah nədir



Yüklə 69,12 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü69,12 Kb.
#38912
1   2   3   4   5   6   7   8   9   ...   12
Kimyəvi silah

Dərideşici təsirli ZM.

  • İprit dəri örtüklərinin zədələnməsi üçün nəzərdə tutulub. Ölümcül təsirli ZM-dir. Kimyəvi təmiz (distillə edilmiş) iprit-zəif iyli şəffaf məhluldur, texniki iprit-tünd rəngli, xardal və ya sarımsaq iyi verən məhluldur. İprit üzvü həl­l­edi­cilərdə yaxşı həll olur, suda isə pis həll olur, müxtəlif laklı-bo­ya­lı örtüklərə və məsaməli materiallara yaxşı hopur. Əsasən ma­ye-damcı və aerozol halında döyüş məqsədilə tətbiq olunur. Qa­pa­lı hövzələri 2-3 aya və daha uzun müddətə zəhərləyir. Soyuq ha­va­larda iprit digər üzvü həlledici qatışıqları və ya bəzi ZM ilə bir­lik­də tətbiq edilə bilər. Zədələnmiş səthlərdən ləng buxarlanır; yay­da ərazidə davamlığı – 7-14 gün, qışda-bir ay və daha artıqdır.
    Tok­siki və davamlı təsiri ilə xarakterizə olunur, orqan və toxu­ma­la­rı zədələyir, onlarda iltihabi-nekrotik proseslər törədir. Or­qaniz­mə hərtərəfli təsir edir: maye-damcı və buxar halında dərini və göz­ləri zədələyir, buxar halında tənəffüs yollarını və ağ ciyərləri, qida və su ilə daxil olduqda həzm sistemi üzvlərini zədələyir. İpritin təsiri dərhal deyil bir müddətdən, yəni gizli dövrdən sonra başlayır. Dəri zədələnmələri I, II və III dərəcəli olur. Yüngül zədələnmə halları zamanı zədələnmiş dəri sahələrində şəffaf maye ilə dolu yayılmış kiçik suluqlar əmələ gəlir, lakin sonra onlar birləşərək böyük suluğa çevrilir, möhtəviyyatı tünd-sarı rəngdə olub, sonradan bulanıqlaşır. Bu cür zədələnmə ZM zədə səthindən tez kənarlaşdırdıqda (3-4 dəqiqə ərzində) rast gəlinir. Yaraya in­fek­siya düşərsə irinləyir və sağalması 5-6 aya qədər uzanır. Mü­a­li­cə etdikdə dərin eybəcər formalı çapıqlar qalır və sağalma sta­di­ya­sı başlayır

27 SLAYD


Ən təhlükəli ağırlaşmalar ipritin gözə düşməsi zamanı baş verir, bu bəzən göz almasının atrofiyası ilə nəticələnir. İpritin havada ən az konsentrasiyalarında və 10 dəqiqə müddətinə təsir etdikdə görmə üzvünü zədələyir. Gizli dövr 2-6 saat davam edir; sonra zədələnmə əlamətləri üzə çıxır: gözə qum düşməsi hissi, işıqdan qorxma, göz yaşı axması halları izlənir. Həzm sistemi üz­v­lə­rinin zədələnməsi ipritlə zəhərlənmiş qida və su orqanizmə da­xil olarsa baş verir. Ağır hallarda gizli dövrdən sonra (30-60 dəqi­qə) ağır zədələnmə əlamətləri müşahidə olunur: xəncərəbənzər çı­xın­tının altında ağrı, mədə bulanması, qusma; sonra ümumi zəif­lik, baş ağrısı, reflekslərin zəifləməsi; ağızdan və burundan pis qo­xu gəlməsi. Proses inkişaf etdikcə iflic müşahidə olunur, kəskin zə­iflik, üzülmə meydana gəlir. Proqnoz yaxşı olmadıqda 3-12 gün sonra kəskin zəiflikdən ölüm baş verir.

28.SLAYD


Buxar halında olan ipritlə zədələndikdə 3-6 saat sonra gözdə xoşagəlməz hissiyyat, gözə qum, yad cisim düşməsi hissiyyatı, mə­də nahiyəsində təzyiq, mədə bulanması, sonra qusma baş verir. Eyni zamanda kəskin konyuktivit, blefarospazm, səsin xırıltılı ol­ma­sı, hətta tamamilə itməsi, quru, əzabverici, hürmə səsini xa­tır­la­dadan öskürək müşahidə olunur.
Zədələnmənin olmaması və zədələnmə dərəcəsini azaltmaq üçün əleyhqaz və mühafizə geyimindən başqa vaxtında hissəvi sanitar təmizləmə də böyük rol oynayır.

Yuxarıda sadalananları nəzərə alaraq demək olar ki, ipritlə zədələnmə ocağında sanitar proseslər uzun müddət davam edəcək. Tibbi xidmət dəstələrinin şəxsi heyəti tibbi yardımı əleyhqazda və mühafizə geyimində aparmalıdır.



Yüklə 69,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin