2. slayd Kimyəvi silah nədir


Qıcıqlandırıcı təsirli ZM



Yüklə 69,12 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü69,12 Kb.
#38912
1   ...   4   5   6   7   8   9   10   11   12
Kimyəvi silah

Qıcıqlandırıcı təsirli ZM

  • – Si-Es (SS), xlorasetofenon, adam­sit, dibenzoksazepin gözlərin və tənəffüs üzvlərinin qıcıq­lan­ma­sına səbəb olur. Əsas döyüş vəziyyəti – aerozoldur. Bərk mad­də olub, tüstü halında tətbiq edilir. Bu qrup ZM zədələnmə zamanı əmə­lə gələn əlamətlər: asqırma, burunda, burun-boğazda yanma, bu­rundan selik ifrazı, tüpürcək və göz yaşı ifrazı, döş sümüyü ar­xa­sında ağrı, bəzən mədə bulanması və hətta qusmadır.

  • İlkin tibbi yardım göstərmək üçün zərərçəkmişi ərazidən çı­xar­tmaq kifayətdir. Qıcıqlandırıcı təsirli ZM polis tərəfindən tət­biq edilir, ondan döyüş məqsədilə istifadə məqsədəuyğun deyildir.
    Sİ-ES – rəngsiz kristallik maddə olub, bibər iyi verir. Az konsentrasiyalarda gözlərə və yuxarı tənəffüs yolu üzvlərinə güclü qıcıqlandırıcı təsir göstərir, böyük konsentrasiyalarda dərinin açıq nahiyələrində yanığa səbəb olur, bəzi hallarda tənəffüs üzvlərinin və ürəyin iflicinə və ölümə səbəb ola bilər.

36.SLAYD

Botulizm toksini

  • ən toksiki ölümcül təsirli ZM-dir. Ağ rəng­li kristallik maddədir. Onu daha uzun müddət təsir göstərən xüsusi reseptur kimi tətbiq edirlər. Xarakterik gizli dövrə malik­dir. Zəhərlənmə 30-60 saat sonra başlayır. Zədələnmə əlamətləri baş ağrısı, zəiflik, gözlərdə ikiləşmə, qusma, qida borusunun ifli­ci­dir. Ölüm mərkəzi sinir sisteminin iflici səbəbindən baş verir.

  • Paltar və avadanlıqdan toksinlər silkələmə və təmizləməklə kə­narlaşdırılır. Dərinin açıq hissələri, əleyhqazın üst hissəsi fərdi kimya paketinin vasitəsilə təmizlənir. İlkin yardım göstərdikdən sonra zərərçəkmişləri tibb müəssisələrinə göndərirlər.

Yüklə 69,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin