mərkəzi sinir sisteminə təsir edərək insanın normal psixi fəaliyyətini pozur və ya psixi (qorxu, depressiya, ruh düşkünlüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur.
Bi-zet – bərk kristallik maddə olub, iysizdir, suda həll olmur, döyüş vəziyyəti aerozoldur (tüstü). Bi-zet orqanizmi tənəffüs üzvləri və ya mədə-bağırsaq yolu ilə zədələyir. ZM ilə nəfəs aldıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə sona yetir. Bu maddə ilə zəhərləndikdə insanlar məkan və zaman orientasiyasını itirir, ətraf mühitin qavranması pozulur (ətrafda olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması, aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bədənin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur. Zədələnmişlər zonadan çıxan kimi yuxulu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xatırlamır və danişa bilmir. Bu zədələnmə zamanı ilk yardım, əsasən, ərazidən qısa müddətə təxliyə edilməkdir. Bədənin zədələnmiş hissələrini sabunlu su ilə, gözləri və burun-boğazı təmiz su ilə yumaq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yumaq lazımdır. Zərərçəkmişləri izolyasiya etmək, lazım gələrsə təcili tibb müəssisələrinə göndərmək lazımdır.