PRAKTİKUMLAR HAQQINDA ÜMUMİ MƏLUMAT Müasir ali təhsil sistemində geniş istifadə olunan praktikumlar və laborator işləri gələcək mütəxəssisin müvafiq peşə sahəsinə hazırlığının vəhdətini təmin edir. Praktik məşğələlər, mühazirənin davamı olub, qazanılmış nəzəri bilikərin tətbiqini təmin edir. Praktikum əsasən 2 formada həyata keçirilir:
Praktikum, gələcək mütəxəssisi bacarıq və vərdişlərlə təmin edir;
Praktikum, peşə hazırlığının tətbiqi tərəfini reallaşdırmağa xidmət edir.
Praktik məşğələlər qarşısında duran vəzifələri belə konkretləşdirmək olar:
Mühazirə üzrə bilikləri möhkəmləndirmək;
Mühazirə üzrə tapşırıqları icra etmək;
Qazanılmış biliklərdən müstəqil surətdə istifadə etmək bacarığını inkişaf etdirmək;
Müasir texniki vasitələrlə işləmək bacarığı formalaşdırmaq;
Müvafiq praktik bacarıq və vərdişlər formalaşdırmaq;
Öyrənilən elmlə bağlı ədəbiyyat və məlumatlarla tanış olmaq;
Öyrənilən elmlər arasında əlaqə yaratmaq;
Tələbələrdə məsuliyyət və intizam tərbiyə etmək;
Tələbələrin peşə qabiliyyətlərini inkişaf etdirmək.
LABORATOR MƏŞĞƏLƏLƏRİ Laboratoriya (laborator – latın sözü olub labor – əmək, iş, çətinlik, laboro - zəhmət çəkmək mənasını verir) anlayışı elmi və həyati məsələlərin həlli üçün yeni yolların aşkarlanması mənasında işlədilir. Tələbələrdə diqqətliliyi, təşəbbüskarlığı inkişaf etdirməsi baxımından labobrator işlərinin böyük rolu vardır. Laboratoriya məşğələlərinin qarşısında qoyulan vəzifələrə aiddir:
Öyrənilən elmin sahənin ən yeni texnologiyalarından istifadə bacarığının formalaşdırılması;
Qazanılmış nəzəri bilikləri tədqiqatçılıq vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirmək;
Nəzəriyyə ilə təcrübənin, təhsillə real həyatın, ali məktəblə cəmiyyətin vəhdətini təmin etmək.
Laborator məşğələləri təşkili qaydasına görə 2 böyük qrupa bölmək olar: