2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə3/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

MÜHAZİRƏ
Mühazirə – leksiya (lektio) latın sözü olub, hərfi mənası «oxu» deməkdir. Orta əsr universitetlərində mühazirə dinləyicilərə yeni biliklərin çatdırılmasının əsas yolu idi. Çünki bu dövrdə kitablara nadir hallarda təsadüf olunurdu. XVIII əsrdə ali təhsil müəssisələrində mühazirə geniş surətdə tətbiq olunmağa başlandı. Artıq o dövrdə mühazirəyə və mühazirəçinin nitqinə verilən tələblər formalaşdı. Mühazirədə qoyulan məsələlərin dərk edilməsi üçün mühazirə materialı aydın şəkildə şərh olunmalı, «əzbərçiliyə» yol verilməməlidir.
XX əsrin əvvəllərində mühazirə formasına münasibət dəyişdi. Belə bir fikir söylənirdi ki, mühazirə tələbələri «keyləşdirir», onlar biliklərin müstəqil olaraq əldə edilməsinə meyil göstər­mirlər. Univer­sitetdə elmlərin öyrənilməsinin əsasını müşa­hidə, araşdırma, tənqidi təhlil təşkil etməlidir.
SOVETDƏ MÜHAZİRƏ
Sovet hakimiyyətinin ilk 10 ilində ali məktəbdə mühazirələr təlim prosesinin təşkilinin aparıcı forması idi. 1930-cu illərin əvvəllərində təlimin “briqada-laborator” forması mühazirəni “sıxışdırmağa” başladı. Lakin bu yenilik uzun sürmədi və hökumətin qərarı ilə bu metod ləğv edildi, mühazirə yenidən ali təhsil sistemində “özünəlayiq” yer tutdu. Yaxşı qurulmuş mühazirə tələbəni düşündürür, mühazirə müddətində meydana çıxan suallara cavab tapmağa təhrik edir. Mühazirəçi yüksək nitq mədəniyyətinə, zəngin mənəviyyata malikdirsə, onun mühazirəsi daha qüvvətli təsirə malik olur. Ali məktəb mühazirələri qarşısında aşağıdakı vəzifələr durur:

  1. Təlimin məqsəd və vəzifələrini müəyyənləşdirmək;

  2. Yeni məlumatların mənimsənilməsinin təmin etmək;

  3. Obyektiv hadisələri aşkarlamaq;

  4. Obyektiv hadisələr arasındakı kəmiyyət və keyfiyyət asılılıqları müəyyənləşdirmək;

  5. Əsas hipotezləri müəyyənləşdirmək;

  6. Öyrənilən elm sahəsinin əsas nəzəri problemlərini aşkarlamaq;

  7. İntellektual bacarıq və vərdişlər aşılamaq:

  8. Təlim motivlərini inkişaf etdirmək;

Hazırda mühazirənin tələbələrin fəallığını yüksəltmək məqsədilə ali məktəbdə mühazirənin aşağıdakı formalarından geniş istifadə olunur:




  1. Yüklə 88,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin