nəticə (əldə edilmiş nəticələr, işin nəzəri və praktik əhəmiyyəti);
mündəricat və ədəbiyyat siyahısından ibarət olmalıdır.
Buraxılış işinin rəhbəri tamamlanmış variantı oxuyub müdafiəyə təqdim etmək üçün rəy yazır. Kafedra müdirinin təqdimatı ilə buraxılış işinə əlavə rəyçi təyin edilir. Buraxılış işi Yekun Dövlət Attestasiya Komissiyasının açıq iclasında müdafiə olunur. Komissiya üzvlərinin yekdil rəyi əsasında buraxılış işi qəbul olunmuş meyarlar əsasında qiymətləndirilir. Buraxılış işinin müdafiəsi ilə ali məktəbdə təhsil prosesi başa çatır.
Magistr dissertasiyası – magistratura tələbəsinin müstəqil elmi-tədqiqat işinin məhsuludur. Buraxılış işində olduğu kimi, magistr dissertasiyası da ali məktəb müəlliminin rəhbərliyi ilə yazılır. Magistrant dissertasiya yazarkən plagiata yol verməməli və əsl tədqiqatçı fəaliyyəti aparmalıdır.
Məsləhətlər –Məsləhət (konsultasiya) latınca «consultatio» sözündən götürülüb mənası müzakirə deməkdir. Məsləhətlər, tələbələrin müstəqil işlərinə istiqamət vermək üçün təşkil olunur. Məsləhətlər,bir qayda olaraq, mühazirələr, seminarlar, tələbələrin müstəqil işləri ilə bağlı olur.
İmtahanlar və zaçotlar Avropanın ali təhsil müəssisələrində tələbələrin biliklərinin imtahan formasında yoxlanması təcrübəsi çoxdan yaranmışdır. İmtahanlar müxtəlif formalarda keçirilir: tədris məşğələləri başa çatdıqdan sonra, şəxsin vəzifəyə yararlığını yoxlamaq məqsədilə, təhsil alanların müəyyən bir əmək növünə qabilliyini aşkarlamaq məqsədilə və s. Təhsilalanların ixtisasa nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək məqsədilə keçirilən imtahanlar «dövlət imtahanı» adlanır.