arasında bəzən söz-söhbət
gəzir ki, hazırda insanların yo-
luxduğu qrip “donuz qripi”ndən
güclüdür. Bu səbəbdən qəbul
edilən dərman preparatları və
antibakterial maddələr müsbət
təsir göstərmək gücündə de-
yil. Bu həqiqətənmi belədir?
Bu və digər suallara cavab
almaq məqsədilə Azərbaycan
Tibb Universitetinin yoluxucu
xəstəliklər kafedrasının dosen-
ti Cəlal İsayevə müraciət et-
dik. Cəlal müəllim qış fəslində
daha geniş yayılan xəstəliklərlə
bağlı “Təbib” qəzetinə maraqlı
açıqlamalar verdi:
-
Qış fəslində adətən daha
çox rast gəldiyimiz xəstəlik yuxarı
tənəffüs yollarının virus infeksiya-
larıdır. Yəni bunun da əsas səbəbi
virusların soyuğa davamlı olması
ilə əlaqədardır. Elə bu davamlılıq
xəstəliyin yayılmasını şərtləndirən
əsas faktorlardan biridir. Doğrudur,
orqanizmin soyuqla bağlı immuni-
tetinin zəifləməsi də xəstələnmə ilə
nəticələnə bilər. Amma əsas şərt
həmin virusların soyuğa davamlılı-
ğıdır. Məsələn, ən çox trans olunan
bir xəstəlik - qrip haqqında söhbət
açaq. Məlumdur ki, qrip virusları
soyuğa daha davamlıdır. Otaq tem-
peraturunda adətən onlar haradasa
3-4 saat davam gətirə bilirlərsə, şax-
talı havada illərlə qala bilirlər. Ona
görə də ilin soyuq fəsillərində bu tipli
xəstəliklərin artımı müşahidə olunur.
Onu da qeyd edək ki, qripin,
ümumiyyətlə, reseptor virus infek-
siyalarının yayılmasında müəyyən
bir qanunauyğunluq da mövcuddur.
Əvvəllər hər 3-5 ildən bir bu virus-
ların epidemiya şəklində yayılması
müşahidə olunurdu və bu epidemi-
yalarda adətən 5-10 milyon insan yo-
luxurdu. İndi bu qanunauyğunluqda
müəyyən dəyişmələr hiss olunmağa
başlayıb. Yəni epidemiyaların ya-
yılma müddəti qısalıb və artıq hər
il kütləvi şəkildə yoluxma halları
müşahidə olunur. Buna səbəb kimi
insanların əlaqələrinin genişlənməsi,
onlar arasındakı məsafənin yaxınlaş-
ması, ictimai nəqliyyat vasitələrindən
istifadə, ticari, mədəni əlaqələri
və.s misal çəkmək olar. Yuxarıda
sadaladığım halların mövcudluğu
xəstəliyin qarşısının alınması üçün
lazımi tədbirlərin görülməsinə im-
kan vermir. Bu da sonda xəstəliyin
epidemiya şəkilində yayılmasına
səbəb olur. Son 10 ildə qripin demək
olar ki, hər il epidemiyası baş verir.
Dostları ilə paylaş: |