- Bəs qripə yoluxanlar üçün
hansı preparatlardan istifadə
etməyi məsləhət görərdiniz?
- Virusa yoluxanlar üçün Ozelta-
mivir (həmçinin Tamiflu da adlanır)
və Zanamivir (Relenza) dərmanları
virusun bədənə yayılmasının qarşısı-
nı aldığı üçün müəyyən müsbət təsir
göstərir.
Əsas şərtlərdən biri orqanizmin
müqavimətinin
yüksəldilməsidir.
Yoxsa hansısa xüsusi bir preparat
yoxdur ki, onu qəbul etməklə dərhal
sağalasan.
Xəstədə yüksək hərarətin 6 gündən
artıq davam etməsi xəstəliyin ağır-
laşmasından xəbər verir. Bu zaman
yalnız həkimin məsləhəti ilə antibak-
terial maddələrdən istifadə olunur.
Qripdən əsas qorunmanın yolu
profilaktik olaraq peyvəndlərin apa-
rılmasıdır. Yoluxma ehtimalı olan
qrip virus ştampının peyvəndi apa-
rılmalıdır. Digər ştamp peyvəndinin
aparılması istənilən effekt vermir.
Göstərmək lazımdır ki, qrip epide-
miyası zamanı karantin tədbirlərinin
aparılması da önəmli rol oynayır. İn-
sanların sıx olduğu məkanlarda yo-
luxma ehtimalı dəfələrlə artır.
Dostları ilə paylaş: |