və monoqrafiyaların hamı-
sında müxtəlif tip elektron
mikroskopları ilə çəkilmiş
şəkillər üstünlük təşkil
edirlər. Hal-hazırda istifadə
olunan mikroskopik texni-
kalar içərisində elektron
mikroskopunun imkanları-
nı ABŞ-ın Kaliforniya Uni-
versitetinin
əməkdaşları
G.A. Perkins və b. (2009)
belə
səciyyələndirirlər:
“Müasir flüoressent kon-
fokal
mikroskopların
köməkliyi ilə nişanlanmış
zülalların hüceyrə daxilində
hərəkətini belə izləmək
mümkün olsa da, böyütmə
imkanı məhdud olduğundan
orqanellərin ultrastruktu-
runu tədqiq etmək imkanı
vermir. Sonuncu imkan an-
caq üçölçülü elektron mik-
roskopunun (elektron to-
moqrafiyası) vasitəsilə tam
dəqiqliklə həyata keçirilə
bilir”..
Bioloji elmlər sahəsində müa-
sir istiqamətlərdən biri müxtəlif
şəraitlərdə (yaşla əlaqədar, ekspe-
rimental və patoloji vəziyyətlərdə)
hüceyrələrin
ölüm
formaları-
nın müəyyən edilməsidir. Bu
sahədə çox həssas flüressent,
immunhistokimyəvi və s. metod-
lar kəşf olunmasına baxmayaraq,
hüceyrələrin ölüm formalarının
aşkar edilməsinin “qızıl standart-
ları” hələ də elektron mikroskopik
tədqiqatların nəticələrinə əsasən
müəyyən edilir (S.C.Taatjes et al.,
2008; A.Tinari et al., 2008).
Müasir elektron mikroskopunun
əldə olunmasının aktuallığının bi-
rinci göstəricisi respublikada işlək
vəziyyətda olan bu tip aparatın ol-
mamasıdır. Qeyd etmək lazımdır
ki, keçən əsrin 70-80-cı illərində
AMEA-nın bir çox institutları və
Azərbaycan Tibb Universiteti üçün
keçmış SSR-də, Çexoslovakiya-
da və Yaponyada istehsal olunmuş
10-dan çox TEM əldə edilmiş-
dir. Hal-hazırda onlardan biri də
işlək vəziyyətdə deyildir. Bununla
bərabər o dövrlərdə əldə edilmiş
TEM seriyaları müasir tələblərə ca-
vab vermədiyindən və artıq istehsal
olunmadığından respublikada olan-
ların təmirini təşkil etmək də müm-
kün deyil.
Respublikada elektron mikros-
kopu vasitəsilə yerinə yetirilmış
işlərin səthi analizi göstərir ki,
Sovetlər birliyi dövründə çox sayda
elmi-tədqiqat idarələrinin TEM əldə
etməsi heç də özünü dogrultmamış-
dır. Bu mənada respublikada muasir
tələblərə cavab verən elektron mik-
roskopik mərkəzlərin yaradılması
daha məqsədəuyğun olar. Misal üçün
qeyd etmək olar ki, böyük elmi po-
tensiala malik, 295 institut və klini-
kaları özündə birləşdirən, 7 fakültəsi
olan Surix Universitetində ancaq bir
“Mikroskopiya və təsvirin analizi
mərkəzi” fəaliyyət göstərir. Özü də
həmin mərkəz TEM-lə yanaşı, butun
müasir mikroskop növləri, köməkçi
cihaz və materiallarla tam təhciz
olunmuşdur.
Biologiya və tibb sahəsində mü-
asir tələblərə cavab verən, impakt
faktoru yüksək olan jurnallarda çap
olunan elmi-tədqiqat işlərinin bö-
yük əksəriyyəti müxtəlif növ elekt-
ron mikrospik texnikaların vastəsilə
yerinə yetirilir. Respublikada bu
tipdə işlək vəziyyətdə olan cihazın
olmaması morfologiya sahəsində
texniki geriqalmaların dərəcəsini
günu-gündən artırırdı. Azərbaycan
Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu (EİF) 2011-ci
ildə Gənc alim və mutəxəssislərin
1-ci musabiqəsində, qısa müddət
ərzində əhəmiyyətli elmi nəticələrin
alınmasını stimullaşdırmaq məq-
sədilə, “Biologiya, tibb və aqrar
elmləri” üzrə 1 000 000 manat
məbləğində Pilot layihəsi elan etmiş-
di. AMEA Tibb və Biologiya Elmləri
Bölməsinin akademik-katibi, aka-
demik Əhliman Əmiraslanovun
göstəruşi ilə Azərbaycan Tibb Uni-
versitetinin “histologiya, embriolo-
giya və sitologiya, “patanatomiya”
kafedralarının, AMEA-nın Generik
Ehtiyatlar, Botanika, Zoologiya,
Mikrobiologiya, Fiziologiya institut-
ları əməkdaşlarından ibarət işci qrup
“Respublikada biologiya və tibb
sahəsində ultrastruktur tədqiqtların
müasir səviyyədə təşkili üçün Trans-
missiya Elektron Mikroskopunun,
müvafiq cihaz, avadanlıq və material-
ların alınması” pilot layihəsini tərtib
edib EİF-ə təqdim etdi. Göstərilən
pilot layihəsi EİF səhmdarlar şura-
sının qərarı ilə qalib elan edildikdən
sonra çox gərgin fəaliyyət, ələlxüsus
EİF əməkdaşlarının operativ işləri
nəticəsində 2012-ci ilin dekabr
ayında Yaponyanın JEOL firması-
nın istehsalı olan JEM-1400 trans-
missiya elektron mikroskopu (şəkil
1), Almaniyanın LEİCA firmasının
istehsalı olan Ultracut EM UC7
markalı ultramikrotomu, Leica EM
KMR3 markalı (şəkil 2) şüşə bıçaq
düzəldəni və lazımı reaktivlər əldə
olunmuşdur. Pilot layihəsinin icrası
bizim universitetə həvalə olundu-
ğundan yuxarıda sadalanan apa-
ratura və ləvazımatlar ATU-nun
4-cü korpusunun (fizika-kimya) bi-
rinci mərtəbəsində ayrılmış xüsusi
otaqlarda yerləşdirilmişdir. Qeyd
etmək lazımdır ki, 2013-cü ilin fev-
ral ayından elektron mikroskopu və
əlavə avadanlıqların hamısı işlək
vəziyyətdədir. Nümunə üçün yuxarı-
da qeyd olunan aparaturalar vasitəsi
ilə onurğa beyninin ağ maddəsinin
işıq mikroskopunda, baş-beyin qişa-
sının, dişli bağın və Ganguleterakis
dispar parazitinin orta bağırsağının
isə elektron mikroskopunda çəkilmiş
şəkilləri nümayiş etdirilir (şəkil 3).
Tərtib olunan layihənin məqsədi
göstərilən sahələrdə elmi-tədqiqat
işləri aparan əməkdaşların birgə
istifadəsi üçün Transmission Elekt-
ron Mikroskopu (TEM), köməkci
avadanlıq və materialların alınması-
dır. Layihədə nəzərdə tutulmuş TEM-
in alınması, dar ixtisas çərçivəsində
deyil, respublikada biologiya və tibb
sahələrində aparılan elmi-tədqiqat
işlərinin əsas istiqamətləri ilə yaxn-
dan tanış olan gənc mütəxəssislərin
hazırlanmasına xidmət edəcəkdir.
Bir milyona qədər böyütmə imkanı-
na malik TEM tətbiqi respublikanın
yerli, introduksiya edilmiş və süni
əldə olunmuş flora və faunasının
bütün nümayəndələrinin struktur
xüsusiyyətlərini, onların pasport-
laşdırılmasını 0,38 nm dəqiqliklə
tədqiq etmək imkanına malikdir.
Layihənin
qarşıya
qoyulan
məsələləri:
Viruslardan başlamış istər pro-
karot (bakteriyalar, aktinomisetlər,
göy-yaşıl yosunlar), istərsə də
euka riotların (göbələklər, bitki
və heyvani hüceyrələr) quruluş
xüsusiyyətlərinin
ultrastrukrur
səviyyədə tədqiqi;
Virus və bakteriaya ştammları-
nın, müxtəlif ibtidai bitki və heyvan
növlərinin oxşar və fərqli morfoloji
xüsusiyyətlərinin 0,2 nm dəqiqliyi
ilə aşkarlanması;
Ontogenezin müxtəlif mərhə-
lələrində
bitki
və
heyvani
hüceyrələrin genom daşıyıcı struk-
turlarında baş verən ultrastruk-
tur dəyişikliklərin hüceyrə və to-
xumalarda baş verən degenerativ
proseslərin inkişafında mümkün ro-
lunun araşdırılması;
Prokariotların
eukariotlarla
simbiozu nəticəsində formalaş-
mış orqanellərin (xloroplastlar,
mitoxondrilər) hüceyrələrin həyat
fəaliyyətində və ölümündə iştirakla-
rının molekulyar əsaslarının ultrast-
rutur səviyyədə tədqiqi;
Respublikamızda neft məhsulları
qalıqları ilə çirklənmiş torpaq
sahələrinin və su hövzələrinin ya-
rarlı vəziyyətə gətirilməsində iştirak
edə biləcək bakteriyalarin ultrast-
ruktur tədqiqi və onların aktivlik
dərəcələrinin tənzimi yollarının
müəyyən edilməsi;
maddələrinin bioloji səddlərin
mövcud olduğu orqanlara (mərkəzi
sinir sistemi, xaya və yumurtalıqlar)
çatdırılma yollarının elektron mik-
roskopik olaraq tədqiqi;
Bəd xassəli şişlərin differensial
diaqnostikasında, müalicə üsulla-
rının seçilməsində və proqnozu-
nun müəyyən olunmasinda TEM-in
tətbiqi;
Eksperimental peritonit zama-
nı həyat üçün vacib orqanların da-
mar, birləşdirici toxuma və işcil
törəmələrində baş verən ultrastruk-
tur dəyişikliklər və onların korreksi-
ya yollarının araşdırılması;
Kəskin endotoksemiya zama-
nı mərkəzi və periferik sinir sis-
temlərinin müxtəlif törəmələrində
qişa, damar və sinir elementlərinin
histotopoqrafiyalarında və mikrost-
rukturlarında baş verən də yişik-
liklərin ultrastruktur xarakteristika-
sı;
Müxtəlif mənşəli eksperimental
ödem şəraitində sinir hüceyrələrinin
ölüm formalarının elektrton mikros-
kopik olaraq dəqiqləşdirilməsi;
Respublika alimləri və digər
müəlliflər tərəfindən əldə olunmuş
nanohissəciklərin canlı orqanimlərdə
əmələ gətirdikləri komplekslərin
müxtəlif orqan və sistemlərin mor-
fo-funksional vəziyyətinə təsirinin
müəyyən edilməsi;
Respublikada sintez olunmuş hey-
vani və bitki mənşəli bioloji aktiv
maddələrin ayrı-ayrı orqanlara və
sistemlərə təsir mexanizmlərinin
dəqiqləşdirilməsi və müalicəvi doza-
ların ultrastruktur əsaslandırılması.
Dostları ilə paylaş: |