Uşaqlarda diş sağlamlığı
Rəsmlər uşaqların ifadə qabiliyyətlərini
göstərir
Tez yatıb tez qalxmaq
piylənməyə təsir edir
m
Ağız nahiyəsində qaynaşma, bəz, yara, səpinti əmələ
gəldikdə qoz ləpəsi yеməк məsləhətdir.
m
İflic vurmuş adamı qoz yağı ilə yağlayıb,
həvəngdəstədə əzilmiş ləpə ilə bir ay təpitmə etmək
xəstənin sağalmasına yaxşı təsir göstərir.
m
Qulağı ağrıyan adamın qulağına ilk uşağı olan
gəlinin südündən sağıb töksən, ağrısı kəsər.
m
Pürrəngi çayı südlə qarışdırıb, qurtum-qurtum içmək
əsəbləri sakitləşdirər, yorğunluğu alar.
m
Zökəm olan adama zoğallı çay və ya turş nar şirəsi
içmək məsləhətdir.
m
İştahası olmayan adamlara səhər-səhər acqarına
turş nar şirəsi içmək məsləhətdir. Bu, iştahanın açılması-
na çox yaxşı təsir göstərir.
m
Göyöskürəyə, mədə-bağırsaq xəstəliyinə tutulanlara
acqarına tut bəhməzi (doşabı) içmək məsləhətdir.
m
Böyrək və öd kisəsi ağrılarından əziyyət çəkənlərə
acqarına təbii yarpız yеməк və ya yeməkdən qabaq yarpız
yarpağının şirəsini içmək məsləhətdir. Bu, xəstənin halını
yaxşılaşdırar, müalicəsinə kömək edər.
m
Sarılıq xəstəliyinə tutulanlara çoxlu acı qıjı yеməк
məsləhətdir.
m
Bənövşəni iyləyən zökəm xəstəliyinə tutulmaz.
Bənövşəni təbii halda yedikdə qulaq ağrımaz, əsəblər sa-
kit olar.
m
Qırxbuğumu dəmləyib içmək böyrək ağrısına yaxşı
təsir edir.
m
Gəndəlaş çiçəyi ilə başı yuduqda saç tökülməz, həm
də ağarmaz.
Tərtib edəni:
Nibar Həkimova,
biologiya üzrə fəlsəfə doktoru
TÜRKAÇARƏLƏRƏ AİD
TÜTYƏLƏR
Körpənizi ana südündən
məhrum etməyin....
Xalq təbabəti
Analara məsləhət