2016 Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı



Yüklə 176.79 Kb.

tarix24.06.2017
ölçüsü176.79 Kb.

AzJESS 

2016 

 

 



                                             Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı 

www.azjess.com 

Volume 3, Number 1/İl 3, Say 1, 2016 



 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA NAR İSTEHSALININ ARTIRILMASI 



MƏSƏLƏLƏRİ

 

Sadıqov Akif Həbibulla oğlu 

Az.ETKTİ və Tİ-nun böyük elmi işçisi 

 

Xülasə 


Azərbaycanın  torpaq-iqlim  şəraiti  alma,  armud,  üzüm,  nar,  gavalı,  alça,  heyva, 

şaftalı, ərik, gilas, gilənar və s. meyvələrin becərilməsinə imkan verir. Bu məqalədə  isə 

respublikamızda nar istehsalının artırılması məsələləri araşdırılır. Qeyd edilir ki, 2014-

cü  ildə  respublikamızda  153423  ton  nar  istehsal  edilmişdir.  Bu  isə  2000-ci  illə 

müqayisədə 2 dəfə çoxdur. Yeni nar bağlarının salınması isə qarşıdakı illərdə bu sahədə 

məhsul  istehsalının  artacağından  xəbər  verir.  Müəllif  məqalədə  respublikamızda  nar 

istehsalının artırılmasının zəruriliyini əsaslandırır və bu sahədəki problemlərin həlli ilə 

bağlı təkliflər verir. 

 

Açar sözlər: Azərbaycan, nar, istehsal, nar şirəsi, nar ağacı 



 

 

İnsanların  tarazlaşdırılmış  və  səmərəli  qidalanmasında  meyvə-tərəvəzlərdən 



istifadə  xüsusi  yer  tutur.  Hələ  qədim  zamanlardan  meyvə-tərəvəzlərdən  qida  məhsulu 

kimi,  pəhriz  və  müalicə-  profilaktika  məqsədi  ilə  həm  təzə  halda,  həm  də  emal 

məhsulları  (müxtəlif  şirələr,  içkilər,  nektar,  kompot,  mürəbbə,  cem,  şoraba  və  s.) 

şəklində istifadə olunmuşdur [1-3] . 

Azərbaycan  Respublikasının  əlverişli  təbii  və  iqlim  şəraiti,  aparılan  torpaq 

islahatı  və  özəlləşdirmə,  aqrar  sferanın  kökündən  dəyişdirilərək  bazar  iqtisadiyyatına 

uyğun yenidən qurulması əsas ərzaq məhsullarına olan daxili tələbatın, emal, yüngül və 

qida  sənayesinin  xammalla  təchizatının  təmin  edilməsi  sahəsində  aqrar  sektorun 

qarşısında geniş imkan yaratmışdır [3-4] .  

Azərbaycanın  torpaq-iqlim  şəraiti  alma,  üzüm,  nar,  armud,  gavalı,  alça,  heyva, 

şaftalı,  ərik,  gilas,  gilənar  və  s.  kimi  bir  çox  meyvələrin,  həmçinin  pomidor,  qarpız, 

yemiş,  kökümeyvəlilər  və  s.  kimi  tərəvəzlərin  sənaye  üsulu  ilə  becərilməsinə  imkan 

verir.  Göstərilən  meyvə-tərəvəz  əhalinin  həyatyanı  sahələrində  də  kifayət  qədər 

becərilir.  Respublikanın  meşələrində  çoxsaylı  yabanı  meyvə  (36  cinsə  və  15  ailəyə 

məxsus 150-dən çox növ), dərman, efir yağlı, ədviyyə, dekorativ və digər bitkilər yetişir 

ki,  bunlardan  qida  məhsulu  kimi  istifadə  olunur,  tibbdə  tətbiq  edilir,  əczaçılıq,  boyaq, 

vitamin  və  sənayedə  xammal  rolunu  oynayır.  Məs:  qırmızı  kitaba  düşmüş  sarağan 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



117 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

ağacının  budaqları  ipəkçilik  sənayesində  boyaq  maddəsidir,  yarpaqları  isə  yeyinti 

sənayesində təbii boyaq alınmasında, yun ipin boyanmasında  istifadə olunur [3-7] .  

Göründüyü kimi respublikada kifayət qədər xammal ehtiyatı, həmçinin istehsal 

gücləri vardır ki, bu da geniş çeşiddə və həcmdə meyvə-tərəvəz şirələri istehsal etməyə 

imkan verir.  

Qeyd  edildiyi  kimi  Azərbaycan    Respublikasının  ərazisi    bir  çox  subtropik  

bitkilərin,  xüsusilə  narın  yetişdirilməsi  üçün  ən  yaxşı  torpaq  –  iqlim    şəraitinə  və 

imkanlara malikdir. Bu məhsulun keyfiyyəti ilk növbədə ekoloji amillərdən - torpaqdan, 

onun dəniz səviyyəsinə görə hündürlüyündən, iqlim şəraitindən və zonanın meteoroloji 

xüsusiyyətlərindən asılıdır. 

Özünün  kimyəvi  tərkibinə  görə nar meyvələri  digər  meyvə-tərəvəz  bitkiləri 

arasında xüsusi yer tutur. Nar meyvələri  və  onlardan  hazırlanan  məhsullar  özünün  

kimyəvi  tərkibinə  görə  qida,  pəhriz  və müalicə - profilaktika  məhsulu olub, geniş  

fizioloji    fəal    maddələr  spektrinə,  yüksək    orqanoleptik  xüsusiyyətlərə  malikdir.  [  1-

7,11] 


Qədim  zamanlardan  Şərqdə  insanlar  nara  ehtiram  və  pərəstiş  nümayiş  etdirir, 

onu  təbiətin  neməti,  bütün  nemətlərin  «şahı»  hesab  edirlər.  Bu  meyvənin  forması 

hökmdarların  taclarının  formasının  müəyyənləşdirilməsində  mühüm  rol  oynamışdır. 

İnqilabaqədərki  Rusiyada  və  İranda  hökmdarların  mütləq  hakimiyyət  simvolu    nar 

meyvəsinin  formasında  olmuşdur.  Qədim  xalqların  mifologiyasında  dəfələrlə  nar 

haqqında  məlumatlara  rast  gəlinir.  Nar  qədim  bitkilərdən  biridir.  Hələ  b.e.ə.  V  əsrdə 

Herodot nardan bəhs etmiş, Homer özünün «Odissey» əsərində Finikiya və Frakiyadakı 

nar  bağlarını  təsvir  etmişdir.  Yeni  eradan  əvvəl  XIII-XII  əsrə  aid  olan  yazılarda  onun 

Misirdə yetişdirildiyi barədə məlumatlar vardır. Növbəti üç əsrdə bu bitki Yaxın Şərqin 

və Aralıq dənizi sahillərinin bir çox ölkələrində yayılmışdır. Teofrast yeni eradan əvvəl 

IV əsrdə yazdığı «Bitkilərin təbii tarixi» əsərində Yunanıstan və Yunan arxipelaqındakı 

narçılığın inkişafından yazır. Roma tarixçisi Böyük Pliniyin yazdığına görə yeni eranın 

birinci minilliyində Roma bağlarında narın olması adi hadisə sayılırdı. Azərbaycan İraq 

və  Əfqanıstanla  yanaşı  bu  qədim  bitkinin  beşiyi,  vətəni  sayılır.  Burada  da  bu  qədim 

bitki hələ qədim zamanlarda yetişdirilirdi ki, bunu müasir dövrə qədər bizə gəlib çatmış 

milli ədəbiyyat və memarlıq nümunələri sübut edir. 

Qədim  memarlıq  abidəsi  kimi  fəaliyyətdə  olan  Şəki  Xan  sarayının  ikinci 

mərtəbəsində olan üç otağın birincisində, ən görkəmli yerdə nəqş edilmiş nar ağacı və 

onun  meyvələri,  meyvələrin  bir  hissəsi  saf  nar  kimi,  bir  hissəsi  isə  içərisində  dənələri 

görünməklə  (çapallamış)  vəziyyətdə  təsvir  edilmişdir.  Senzuradan  keçmiş 

ekskursavotlar  öz  izahatlarını  turistlərə  belə  başlayırlar:  Ulularımızın  bizə  çatdırdığı 

budur  ki,  nar  bitkisi  cənnət  bitkisidir.  Təsvir  olunmuş  saf  nar  daxilində  sirlər,  sözlər, 

əməllər  açılmayıbsa  sən  onun  ağasısan.  Sirlər  boxçasıdır  deməkdir.  Dənələri  görünən 

(çapallamış) narlar  isə  ona  işarədir  ki,  nə  zaman  ki,  sirlər  boxçası  açıldı,  sirlər,  sözlər, 

əməllər  göründü,  sən  onun  qulusan.  Çox  vaxtlar  xanlar  danışdıqlarından  sonrakı  etapı 

öz  çaparları  ilə  digər  xanlara  saf  nar  və  ya  çapal  nar  yollayardı.  Bu  da  məktub  ələ 

düşməsin deyə danışıq işarələri idi və yaxud daxilindəkilərdən asılı olmayaraq bütov ol 

kəlamını əvəz edib və s. 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



118 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

Maraqlıdır ki, qədim Çinə nar meyvəsinin mədəni forması yeni eradan təxminən 

150  il  əvvəl  Səmərqənddən  gətirilmişdir.  Orta  Asiyada  onun  mövcudluğu  tarixi 

təxminən iki min ildən çoxdur [ 2,7]. 

Nar bitkisi həm yabanı halda yetişir, həm də mədəni şəkildə becərilir. 

Adi  yabanı  nar-nar  fəsiləsinə  daxildir.  Boyu  bəzən  5  metrə  çatan  ağac  və  ya 

koldur.  Vətəni  əsasən  Qafqaz  (Azərbaycan,  Gürcüstan),  Orta  Asiya  (Tacikistan, 

Türkmənistan) , İran və Əfqanıstan hesab olunur. 

Azərbaycanda  təbii  halda  Astara-Lənkəranda,  Samur-Dəvəçi  düzənliyində, 

Alazan-Əyriçay  vadisində,  Kür  sahili  Tuqay  meşələrində,  Kiçik  və  Böyük  Qafqazın 

dağətəyi bölgələrində, düzəndən başlamış dəniz səviyyəsindən 600-700 m yüksəklikdə, 

kolluqlarda tək-tək və ya qrup halında bitir. 

Nar  kolları  bitdiyi  şəraitdən  asılı  olaraq,  may  ayında  çiçəkləməyə  başlayır. 

Meyvəsi  avqust-oktyabr  aylarında  yetişir.  Çiçəyin  ömrü  8-10  gün  olsa  da  kolun 

çiçəklənməsi  75  gün  davam  edir.  Bitki  üzərində  eyni  vaxtda  həm  çiçək,  həm  də  tam 

formalaşmış  meyvə  olur.  Nar  bitkisinin  vegetasiya  müddəti  iqlim  şəraitindən  asılı 

olaraq, 215-220 gün davam edir. Meyvələr 120-160 günə tam formalaşıb yetişir. Narın 

üstünlük təşkil etdiyi kolluqların ərazisi respublikamızda 5000 hektara yaxındır [6] . 

Qeyd  edildiyi  kimi  yabanı  nar  kolları  ilə  yanaşı  respublika  ərazisində  geniş 

sahələrdə mədəni şəkildə nar bitkisi becərilir. 

Mədəni  şəkildə  becərilən  nar  bitkisi  2-3  m  hündürlüyündə  kollardan,  bəzi  isti 

rayonlarda  isə  daha  böyük  ölçüdə  ağaclardan  ibarətdir.  Nar  bitkisinin  demək  olar  ki, 

bütün hissələrindən- meyvəsi, çiçəyi,  yarpaqları, ağacın gövdəsi və kökündən müxtəlif 

məqsədlər  üçün  istifadə  edilir.  Meyvələrdən  həm  təzə  halda,  həm  də  emal  məhsulları 

kimi istifadə olunur. Aparılmış təcrübələr göstərmişdir ki, meyvənin həm şirəsi, həm də 

qabığı, giləsi, toxumcuğu, bölməarası pərdələri kimyəvi tərkibinə görə çox qiymətlidir 

[1,2,7]. 

Narın tumundan qiymətli bitki yağı (tərkibində E vitamini,  tokoferollar və s.), 

həm də un hazırlanır .     

Narın  qabığında  39,2  %-ə  qədər  kül,  28,4  %-ə  qədər  aşı  maddələri  vardır. 

Taninin  bu  miqdarı  ondan  gön-dəri  sənayesində  aşılayıcı  maddə  kimi  məmulatların 

rənglənməsində və tibbdə istifadə olunur. Qalıq  kütlədən isə un və  ya toz alınır.  Həm 

tumdan, həm də qabıqdan hazırlanmış undan heyvandarlıqda  yem əlavəsi  kimi istifadə 

olunur. Lakin unun kimyəvi tərkibi imkan verir ki, ondan funksional təyinatlı müalicə- 

profilaktika məqsədli qida əlavələri hazır-lamaq mümkün olsun. 

Nar çiçəyinin ləçəklərindən yüksək keyfiyyətli boya alınır, həmçinin profilaktika 

məqsədi üçün dəmləmələr hazırlanır. 

Ağacın  yarpaqlarında  və  kökünün  təzə  qabığında  tibbdə  istifadə  olunan 

pelleterin alkolondi vardır. 

 Yabanı nar meyvələri limon turşusu istehsalı üçün qiymətli xammaldır. 

Nar  ağacının  oduncağı  bərkdir,  yaxşı  cilalanır,  qiymətli  bəzək  elementi  kimi 

istifadə olunur.  

Nar  bitkisindən  dekorativ  bağçılıqda  da  istifadə  olunur.  Uzunmüddətli  çiçək-

ləməsi,  çiçəyin  gözəl  rəngi  bu  bitkinin  parklarda,  bulvar,  bağ  və  bağçalarda  əkilməsi 

üçün yaxşı imkan yaradır. Nar kollarından səpələnən qumsal yerlərin, dağ yamaclarının, 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



119 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

yarğanların bərkidilməsi, bağqoruyucu meşə zolaqlarının salınması üçün istifadə olunur, 

ekoloji təmiz hava yaradır. 

Respublika  ərazisində  narın  aqroiqlimə  görə  rayonlaşdırılmasına  əsasən  nar  

aqroiqlimi  qurşağı    müəyyən  edilmişdir.  Bu    qurşaq  16  rayonun  və  21  yarımrayonun 

daxil  olduğu  5  aqroiqlim  vilayəti    ərazisinin  bir hissəsini tutur. Bunlardan 3  vilayətdə, 

10  rayonda  və  bütün  yarımrayonlarda    narın  örtüksüz  yetişdirilməsi    mümkündür.  Bu  

bitki  üçün  aşağıdakı  aqroiqlim vilayətləri  tövsiyyə olunur. 

Böyük    Qafqaz    vilayəti,  buna  aşağıdakı  rayonlar  daxil  edilir:  qışı    mülayim  

keçən  Balakən- Acınohur;  yarımquru, qışı   mülayim   keçən  Şərqi – Ceyrançöl;  qışı  

mötədil  –  mülayim    keçən  Mingəçevir-Pirsaat;  qışı  çox  mülayim  keçən  Abşeron-

Qobustan əraziləri. Bu  yerlərin dəniz səviyyəsindən  hündürlüyü 28 m-dən 500 m-dək, 

10°  S-dən  yuxarı  aktiv  temperaturun  cəmi  vegetasiya  dövründə    400-dən    4550-dək, 

iqlimi  suvarma  norması  350-750  mm,vegetasiya  dövrünün  davamı  müddəti  195-225 

gündür. 

Kiçik  Qafqaz  vilayəti ,  bura  aşağıdakı  rayonlar  daxildir : yarımquru ,  qışı 

mülayim  keçən  Poylu  -  Tovuz,  qışı    mötədil  –  mülayim  keçən  Şəmkir-Ağdam;  qışı  

mülayim keçən  Fizuli-Əsgəran. Dəniz səviyyəsindən  hündürlüyü 100 m-dən  550  m-

dək, 10° S -dən  yuxarı  aktiv  temperaturun  cəmi-vegetasiya   dövründə   4000 - 4500,  

iqlimi    suvarma    norması    450-  700    mm,    vegetasiya    dövrünün  davamı    210-  225 

gündür. 

Kür  -  Araz  ovalığı    vilayəti;  qışı  mötədil-mülayim  keçən  Ağcabədi-Göyçay-

Səlyan  rayonları; qışı mülayim keçən Mərkəzi Kür-Araz ovalığı. Dəniz səviyyəsindən 

hündürlüyü  10-300  m,  10°  S-dən  yuxarı    aktiv    temperaturun    cəmi  -  vegetasiya  

dövründə      4200-  4700,    iqlimi    suvarma  norması  60-  850  mm,  vegetasiya  dövrünün 

davamı müddəti 210- 225 gündür. 

Beləliklə,  respublika    ərazisində    saxlamaya    davamlı    və    emal    üçün   yararlı  

narın    normal  inkişafı  və  bar  verməsi  üçün  vegetasiya  dövrü    210-  225  gün,  aktiv 

temperaturun  cəmi  isə  ən  azı 4000° S olması lazımdır. 

Torpağın saxlanması sistemi, suvarma  və  gübrələmə, habelə  nar   bağlarında  

ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə bitkinin yetişdirilməsinə dair aqrotexniki 

qaydalara  uyğun  olaraq  bu  və  ya  digər  aqroiqlim  rayonlarının  meteoroloji  

xüsusiyyətlərini  nəzərə  almaqla  həyata keçirilir [4,5,7] . 

 Respublikamızda    bir    sıra    nar    sortlarının  -  Azərbaycan    güleyşəsi,  Çəhrayı 

güleyşə,  Bala mürsəl, Qırmızı  Vələs, Nazik  qabıq, Yaxşılaşdırılmış kazake, Şirin nar 

və  s.  becərilməsi,  saxlanması,  emalı  və  kimyəvi  tərkibinin  öyrənilməsinə  dair 

tədqiqatlar aparılmışdır [1-5,4,8] .  

Bununla  yanaşı  bir sıra   yeni  və  perspektivli  sortlar  (Qəşəng, Yeni güleyşə, 

Ərəş, Qara roza və  s. ) yetişdirilir  ki , həmin  sortların  bioloji , fiziki ,  kimyəvi  və  

digər  xassələri  haqqında məlumat yoxdur və ya kifayət deyildir [4]. 

Bütün  bunları  nəzərə  alaraq  2002-2006-ci  illərdə  Azərbaycan  Bağçılıq  və 

Subtropik  Bitkilər  İnstitunun Göyçay  Təcrübə    Bazasında    yetişdirilən    yeni      sortlarla  

ənənəvi    sortların  müqayisəli  öyrənilməsi  həyata    keçirilmişdir  .  Göstərilən      sortların  

bəzilərinin    fiziki    və    kimyəvi    göstəriciləri  müvafiq  olaraq  cədvəl  1  və  2-də 

göstərilmişdir. 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



120 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

Fiziki    və    kimyəvi    göstəricilərin    analizi    göstərir    ki,  yeni    sortlar    öz 

xassəlarinə və qidalılıq qiymətliliyinə görə heç də ənənəvi  sortlardan  geri  qalmır, hətta 

bəzi hallarda  onları üstələyirlər. Məsələn, quru     maddənin   ümumi  miqdarına  görə  

«Qəşəng»    və    «Ərəş»    sortları,  S    vitaminin  miqdarına  görə  isə    «Qəşəng»    sortu  

üstünlük    təşkil    edir.  Lakin  şirə  çıxımına  görə  «Qəşəng»  sortu  (33,96  %)  digər 

sortlardan geri qalır. Ona görə də bu  sortdan  şirə  istehsalında  deyil, təzə halda istifadə 

edilməsi daha məqsədəuyğundur. 

Eyni zamanda göstərilən nar sortlarının həm adi şəraitdə, həm də  modifikasiya 

olunmuş atmosferdə (MA) saxlanması prosesi  öyrənilərkən müəyyən  olunmuşdur  ki , 

meyvənin    həm  orqanoleptik    və    fiziki    göstəriciləri,  həm    də  kimyəvi  tərkibindəki 

qiymətli maddələr MA şəraitində daha yaxşı saxlanılır. Bu zaman ümumi kütlə itkisi adi 

şəraitdə saxlamaya nisbətən azdır. Qəşəng  və  Qara roza sortları saxlamaya az davamlı 

olduqları üçün onlardan  təzə  halda istifadə olunması məqsədəuyğundur. 

Məlumdur  ki,    bir    çox    qida    xammallarının,  o    cümlədən    nar    meyvələrinin  

həm  təzə  halda  saxlanması,  həm    də    emalı    zamanı  istilik  və    elektrofiziki   xassələr,  

onların  dəyişməsi   xüsusi əhəmiyyət kəsb edir [3,4,7] 

Subtropik  bitkilərin  içərisində  özünəməxsus  yer  tutan  nar  meyvəsinin  müxtəlif 

hissələri «qabıq, şirə, toxum» kimyəvi tərkibinin zənginliyinə və bioloji aktiv maddələr 

spektrinin genişliyinə görə xüsusi əhəmiyyət kəsb edir.  

Nar  meyvəsinin  emalı  və  saxlanması  zamanı  müxtəlif  texnoloji  üsullardan 

istifadə edilərkən onun tərkibi güclü dəyişikliyə məruz qalır ki, bu da məhsulun qida və 

müalicə əhəmiyyətinə mənfi təsir edir. 

Bir  sıra  hallarda  isə  yüksək  qidalılıq  əhəmiyyətinə  malik  məhsulların 

istehsalında  kiçik  və  yüksək  molekullu  maddələrin,  o  cümlədən  bioloji  aktiv 

komponentlərin ayrılması çətinləşir. 

Göstərilən nöqsanları aradan qaldırmaq və yüksək keyfiyyətli məhsul istehsalını 

təmin etmək üçün membran texnologiyasının bir sıra üsullarının tətbiqi öyrənilmişdir. 

Nar  şirəsinin  şəffaflaşdırılması  zamanı  ultrafiltrasiyadan,  narın  saxlanması 

zamanı isə qazoseleftiv membranından istifadə müsbət nəticələr vermişdir. 

Nardan  qatılaşdırılmış  şirə  və  ekstraktların  alınması  prosesində,  o  cümlədən 

istiliklə  emalda  bir  çox  problemlər  mövcuddur.  Bu  zaman  nəinki  məhsulun  fiziki, 

kimyəvi,  bioloji  tərkibi,  həm  də  orqanoleptiki  göstəriciləri  güclü  dəyişikliyə  məruz 

qalır.  Əkskosmos  üsulu  ilə  şirənin  və  başqa  mayelərin  qatışdırılması  zamanı  35-40% 

qatılıqda  konsentrat  «qatılaşdırılmış  şirə,  ekstrakt,  o  cümlədən    qabıqdan  həm  də  aşı 

maddəsi  kimi  istifadə  olunan  bioloji  ekstrakt»  alınır.  Burada  yüksək  temperaturdan 

istifadə  edilmədiyi  üçün  həm  keyfiyyətli  məhsul  alınır,  həm  də  kiçik  molekullu 

komponentlərin və aromatik maddələrin itkisi bir neçə dəfə azalır. 

Narın  qurudulmuş  qabığının  emalı  zamanı  yüksək  molekullu  pektin 

biopolimerləri (0.5... 0.9%) və kiçik molekullu birləşmələr (0.9.... 1.6%) əmələ gəlir ki, 

bunlar  da  həm  texnoloji  proseslərə,  həm  də  pektinin  texnoloji  keyfiyyətinə  təsir  edir. 

Həmin ekstraktın membran texnologiyası ilə təmizlənməsi və qarışdırılması nəticəsində 

keyfiyyətli pektin konsentratı alınmışdır. Bu zaman lifli materiallardan hazırlanmış boru 

tipli membranlar daha yüksək nəticə vermişdir. 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



121 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

Bütün bunlar belə nəticəyə gəlməyə imkan verir ki, nar emalı zamanı membran 

texnologiyasının  tətbiqi  üçün  elmi  əsaslandırılmış  texnoloji  reqlament  hazırlanmalı, 

digər  amillərlə  narın  müxtəlif  hissələrinin  və  alınan  məhsulların  kimyəvi  tərkibi, 

xammalın fiziki, bioloji və teplofiziki xüsusiyyətləri nəzərə alınmalıdır. 

 Cədvəl  1 

Nar meyvələrinin fiziki göstəriciləri 

 

 



 

№ 

Sortun 



adı 

 

Hissələrin çəkisi 



Gilələr 

Ümumi 


şirə çıxımı,%-lə 

əd



əd

in

 o



rta

 ç

ək



isi

 q

-la



 

qabıq 


gilələr 

pərdə 


əd

əd



 m

ey



 o

rta



 sa

 ə



dlə


 

əd



əd

 g

il



əd

ə 

şirə



nin

 o

rta



 ç

ək

isi



 

Gilələ


 n

isb



ətən

 

M



ey



 n

isb


ətən

 

 



 



 

 



 



 

 



 

1. 


 

 

2. 



 

 

3. 



 

4. 


 

5. 


 

 

 



 

 

 



1. 

 

2. 



 

3. 


 

4. 


Ənənəvi 

sortlar 


 

Nazik 


qabıq 

 

Bala 



mürsəl 

 

İridənə 



 

Vələs 


 

Yaxşılaş-

dırılmış 

kazake 


 

Yeni 


sortlar 

 

Qəşəng 



 

Yeni 


güleyşə 

 

Ərəş 



 

Qara roza 

 

 

 



366.7 

 

 



296.7 

 

 



300.0 

 

360.0 



 

425.0 


 

 

 



 

 

 



265.0 

 

340.0 



 

 

300.0 



 

295.0 


 

 

 



148.3 

 

 



126.7 

 

 



103.3 

 

107.5 



 

150.0 


 

 

 



 

 

 



92.5 

 

120 



 

 

75.0 



 

115.0 


 

 

 



40.45 

 

 



42.69 

 

 



34.44 

 

29.86 



 

35.30 


 

 

 



 

 

 



34.90 

 

35.29 



 

 

25.0 



 

38.98 


 

 

 



210 

 

 



156.7 

 

176.66 



 

 

245 



 

265 


 

 

 



 

 

 



165.0 

 

200.0 



 

 

215.0 



 

170 


 

 

 



57.26 

 

 



52.81 

 

58.88 



 

 

60.05 



 

62.35 


 

 

 



 

 

 



62.26 

 

58.82 



 

 

71.66 



 

57.63 


 

 

 



8.33 

 

 



13.33 

 

20.0 



 

 

7.5 



 

10.0 


 

 

 



 

 

 



7.5 

 

20.0 



 

 

10.0 



 

10.0 


 

 

 



2.27 

 

 



4.49 

 

6.66 



 

 

2.08 



 

2.35 


 

 

 



 

 

 



2.83 

 

5.88 



 

 

3.33 



 

3.39 


 

 

 



548 

 

 



265 

 

317 



 

 

645 



 

430 


 

 

 



 

 

 



588 

 

456 



 

 

444 



 

544 


 

 

 



 

0.382 


 

 

0.591 



 

0.557 


 

 

0.380 



 

0.616 


 

 

 



 

 

 



0.280 

 

0.438 



 

 

0.484 



 

0.312 


 

 

 



 

84.12 


 

 

77.14 



 

78.38 


 

 

73.47 



 

67.92 


 

 

 



 

 

 



54.54 

 

80.00 



 

 

57.14 



 

73.53 


 

 

 



 

48.17 


 

 

42.18 



 

48.33 


 

 

50.00 



 

42.35 


 

 

 



 

 

 



33.96 

 

47.06 



 

 

46.67 



 

42.37 


 

AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



122 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

  Cədvəl  2 

Nar şirəsinin kimyəvi tərkibi 

 

 



 

 

 



S/S 

 

 



 

 

Sortların adı 



K i m y ə v i     g ö s t ə r i c i l ə r. 

q

u



ru

 m

ad



ni

 



 %

-lə


 

üm

um



şə



rlər

 

 



İn

ve

rt



 şə



%

 

C



 v

it

am



in

10



¯³

 %

 



 

ti

trl



ən

ən

 t



 

urşu


lu

%



-dg

 

Aşı



 və

 b

o



y

aq

 



m

ad



lər

 ü

m



um

m



iq

d

ar



%

-lə



 

 

1. 



 

2. 


 

3. 


 

4. 


 

5. 


 

 

 



 

1. 


 

2. 


 

3. 


 

4. 


Ənənəvi sortlar 

 

Nazik qabıq 



 

Bala mürsəl 

 

İridənə 


 

Vələs 


 

Yaxşılaşdırılmış 

kazake 

 

Yeni sortlar 



 

Qəşəng 


 

Yeni güleyşə 

 

Ərəş 


 

Qara roza 

 

 

 



16.8 

 

16.2 



 

17.0 


 

16.2 


 

15.0 


 

 

 



 

17.2 


 

16.8 


 

18.0 


 

15.4 


 

 

 



13.1 

 

12.5 



 

14.2 


 

13.6 


 

14.0 


 

 

 



 

15.1 


 

15.2 


 

13.6 


 

12.1 


 

 

 



11.08 

 

10.76 



 

11.46 


 

11.05 


 

12.92 


 

 

 



 

14.00 


 

14.34 


 

12.26 


 

10.98 


 

 

 



6.32 

 

6.25 



 

7.62 


 

5.34 


 

7.74 


 

 

 



 

8.14 


 

7.42 


 

4.96 


 

5.88 


 

 

 



2.15 

 

2.06 



 

1.43 


 

1.25 


 

1.79 


 

 

 



 

0.36 


 

1.88 


 

0.98 


 

3.13 


 

 

 



1.02 

 

0.98 



 

1.06 


 

0.96 


 

0.88 


 

 

 



 

0.98 


 

0.94 


 

1.04 


 

1.16 


 

Cədvəllərdən göründüyü kimi:  

-

 

nazikqabıq  nar  sortu  fiziki  və  kimyəvi  tərkibinə  görə  şirə  istehsalına 



istiqamətlidir. Emal məqsədilə bu  sortun əkilib becərilməsinin artırılmasına ehtiyac 

var. 


-

 

Bala  mürsəl  nar  sortu  orta  çəkilidir,  iri  dənəlidir,  invert  şəkər  %-i  azdır, 



aromatlıdır, ağacda qalması uzun müddətlidir. Qidalanmaq üçün çox dadlıdır. Odur 

ki,  təsərrüfat  sahibləri  bu  sortu  özləri  üçün  bəsləyirlər.  Qabığı  nazik  olduğu, 

qabığının  rəngi  cəlbedici  olmadığını  nəzərə  alaraq  ixracı  və  daxili  bazarlarda  satışı 

çətinliklər törədir. Bu səbəbdən də bu sortu artırmağa üstünlük  vermirlər. 

-

 

Yeni  güleyşə  nar  sortu  qalınqabıq,  tünd  qırmızı,  boyük  çəkisi  olmaqla  satış 



görkəmli, cəlbedici məhsuldur. Bunun da xarici  və daxili bazarlara satışa çıxarılma 

imkanı var. Odur ki, bu məhsulun hər birinin satış məqsədi ilə əkilib becərilməsinin 

artırılması məqsədyönlüdür. 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



123 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

Misal üçün göstərdiyimiz bu üç sortdan başqa digər sortlar üçün də bitkiçilikdə 

marketinq fəaliyyətinin təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. 

Qeyd olunanları nəzərə alaraq  bir  neçə  ildir  ki, nar meyvəsinin həm təzə halda 

saxlanması,  həm  də  emalı  zamanı,  həmçinin  digər  meyvə-tərəvəz  şirələrinin  istilik  və 

elektrofiziki xassələrin  öyrənilməsinə  dair  müvafiq  tədqiqat işləri yerinə yetirilmişdir. 

Aparılan    tədqiqatlar    əsasən    aşağıdakı    xassələri    əhatə    etmişdir:  sıxlıq  ,  dinamik 

özlülük,  istilik,  temperatur  və  elektrik  keçiriciliyi,  istilik  tutumu,  səthi  gərilmə  [3,4,8-

17].   

Beləliklə,  nar    meyvələrinin  bioekoloji,  fiziki,  kimyəvi,  istilik  və  elektrofiziki 



xassələrinin  öyrənilməsi  nəticəsində  müəyyən  edilmişdir  ki,  respublika  ərazisində 

yüksək qidalılıq və müalicəvi-profilaktik  əhəmiyyətə malik həm ənənəvi, həm də yeni 

perspektivli  sortların  yetişdirilməsi  üçün  kifayət  qədər  lazımi  şərait  vardır.  Müsbət 

haldır ki, son illər respublikada nar bağlarının sahəsində artım müşahidə olunur. 



Cədvəl 3 

Azərbaycan Respublikasında nar bağları – cəmi əkmələr, ha 

 

Mənbə: http://www.stat.gov.az/source/agriculture/ 



 Qeyd  edək  ki,  2014-cü  ildə  respublikamızda  mövcud  olan  21324  hektar  nar 

bağının 17415 hektarı bar verən yaşda olmuşdur. 2000-ci illə müqayisədə 2014-cü ildə 

respublikamızda  nar  bağlarını  sahəsi  2.3  dəfə  atmışdır.  2014-cü  ildə  nar  bağlarında 

hektardan  məhsuldarlıqda  8.7  ton  olmuşdur.  Rəsmi  statistik  məlumata  görə,  2014-cü 

ildə respublikamızda 153423 ton nar istehsal edilmişdir. Bu isə 2000-ci illə müqayisədə 

2  dəfə  çoxdur.  Yeni  nar  bağlarının  salınması  isə  bu  sahədə  məhsul  istehsalının 

artacağından xəbər verir. 

Nar meyvələrinin modifikasiya olunmuş hava şəraitində saxlanması zamanı həm 

ümumi kütlə itkisi, həm  də  meyvənin  tərkibindəki qiymətli  maddələrin  itkisi  azalır. 

Müxtəlif  sort  meyvədən  hazırlanmış  təbii  və  qatılaşdırılmış  nar  şirəsinin    istilik  və 

  

2000 


2005 

2010 


2011 

2012 


2013 

2014 


Respublika üzrə cəmi 

9299 


11212 

19026 


19763 

20520 


20834 

21324 


Bakı şəhəri  

69 


81 

168 


168 

168 


221 

217 


Abşeron iqtisadi rayonu 

57 


49 

135 


139 

146 


139 

142 


Gəncə-Qazax iqtisadi rayonu 

556 


699 

1292 


1339 

1350 


1367 

1375 


Şəki-Zaqatala iqtisadi rayonu 

92 


129 

181 


184 

186 


188 

191 


Lənkəran  iqtisadi rayonu 

66 


97 

168 


168 

172 


173 

175 


Quba-Xaçmaz iqtisadi rayonu 

187 


218 

283 


301 

304 


306 

295 


Aran iqtisadi rayonu 

7475 


9032 

13500 


13933 

14639 


14865 

14936 


Yuxarı Qarabağ iqtisadi rayonu 

133 


155 

312 


323 

331 


331 

337 


Dağlıq Şirvan iqtisadi rayonu 

624 


712 

2936 


3157 

3172 


3191 

3602 


Naxçıvan iqtisadi rayonu 

40 


40 

51 


52 

53 


54 

54 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



124 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

elekrofiziki  xassələrinin öyrənilməsi zamanı  təklif  olunan riyazi və analitik  modellər 

texnoloji və istilik  proseslərinin  düzgün  tərtib  olunmasına  və  təkmilləşdirilməsinə, 

bir sıra  xassələrin  əvvəlcədən  proqnozlaşdırılmasına, proses, maşın və qurğuların işçi 

parametrlərinin optimallaşdırılmasına imkan yaradır. 

Nar  meyvəsinin  və  onun  şirəsinin  müxtəlif  xassələrinin  tədqiqi  zamanı  alınmış 

nəticələr  və  riyazi  modellər  həmçinin  texnoloji  rejimlərin  və  parametrlərin 

optimallaşdırılmasına imkan verir. «Az Nar» və «Quba konserv» ASC- nin Göyçay və 

Quba konserv zavodlarında keçirilmiş sınaqlar daha yüksək keyfiyyətə və orqanoleptik 

göstəricilərə  malik  məhsul  almağa  imkan  vermişdir.  Bu  zaman  məhsulun  tərkibindəki 

qiymətli  qida  maddələrinin  daha  yaxşı  saxlandığı  müəyyən  olunmuşdur.  Həmin 

zavodların  hesablamaları  göstərmişdir  ki,  hər  mln.  şərti  banka  məhsul  istehsalından 

800-820  AZN  iqtisadi  səmərə  əldə  etmək  mümkündür.  Bunun  üçün  qarşıdakı  illərdə 

respublikanın  rayonlarında  nar  bağlarının  genişləndirilməsi  və  yeni,  daha  məhsuldar 

sortlardan istifadə olunması zəruridir. 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

1.

 



Бережной  И.М.,  Капцинель  М.А.,  Нестеренко  Г.А.  Субтропические 

культуры. М.:   Сельхозгиз, 1951, 576 с.  

2.

 

Məhərrəmov  M.Ə.   Narın bioekoloji, fiziki,  istilik-  və  elektrofiziki  xassələri  // 



Azərbaycan Milli Elmlər Akademiyası. Gəncə Regional Elmi Mərkəzi. Xəbərlər 

məcmuəsi. Gəncə, «Elm»,  2007, №27, c. 68-74. 

3.

 

Məhərrəmov  M.Ə.      Narın  yığılması,  daşınması  və  modifikasiya  olunmuş  qaz 



mühitində    (MQM)  saxlanmasına  dair  tövsiyyələr.  Azərdövlətaqrosənaye 

Komitəsi. Elm  və  təbliğat  Baş İdarəsi.  Bakı,1987, 24 c. 

4.

 

Магеррамов  М.А.  Свойства  плодов  граната  и  их  хранение  в 



модифицированной  атмосфере.  Баку, ААСУ, 2002, 185 с. 

5.

 



Магеррамов  М.А.  Теплофизические  свойства  натурального  гранатового 

сока //Хранение и  переработка сельхозсырья. 2005, № 4, с. 27-29. 

6.

 

Магеррамов М.А.Электропроводность гранатового сока при температурах  



293-2-383  К  и  концентрациях  сухого  вещества  до  50%  /  Ученые  записки 

АзТУ. Фундаментальные науки, 2005, том ЫV (15), №3,с. 20-28.  

7.

 

Горенков  Э.С.,  Магеррамов  М.А.  Теплофизические  свойства  соков  из 



плодов  субтропических  культур  //  Пиво  и  напитки,  безалкогольные  и 

алкогольные, соки,   вино. 2006. № 2, с. 56-59. 



 

 

 



 

 

 



 

 

 



 

AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                      

Volume 3, Number 1

, 2016 

 

 



125 | 

.

 



Akif Sadıqov. Azərbaycan Respublikasında nar istehsalının artırılması məsələləri 

 

 

 

 



 

The problems of increasing pomegranate production in Azerbaijan 

Akif Sadigov 

Summary 

Soil  and  climatic  conditions  of  Azerbaijan  allow  cultivation  of    apples,  pears, 

grapes, pomegranate, plum, quince, peach, apricot, cherry and other fruits. The issues of 

increasing  the  production  of  pomegranate  in  country  is  researched  in  this  article.  In 

2014, 153423 tons of pomegranate was produced in Azerbaijan. This is 2 times  more 

compared  to  2000.  The  importance  of  increase  the  production  pomegranate  is  put 

forward by the author and proposals related to the solution of problems in this area are 

prepared. 

 

Keywords: Azerbaijan, pomegranate, production, pomegranate juice, 



pomegranate tree. 

 

 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə