21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)



Yüklə 0,67 Mb.
səhifə1/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
  1   2   3   4   5   6   7   8   9   ...   18
Cavablar 21-30


21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)
Bu üsullar aşağıdakılardır:

  1. Quyu layın açılma dərəcəsinə görə hidrodinaik tamamlanmış və açılma xarakterinə görə hidrodinamik tamamlanmış olur;

  2. Quyu layın açılma xarakterinə görə hidrodinamik tamamlanmış və layın açılma dərəcəsinə görə tamamlanmamış olur;

  3. Quyu açılma dərəcəsinə görə tamamlanmamış, açılma xarakterinə görə tamamlanmış olur;

  4. Quyu həm açılma dərəcəsinə, həm də açılma xarakterinə görə tamamlanmamış olur.



(9.1)
1 № - li quyuda C1 = 0, C2 =0 və C=0
2 № - li quyuda C1 0, C2 =0 və C 0
3 № - li quyuda C1 = 0, C2 0 və C 0
4 № - li quyuda C1 0, C2 0 və C 0
Burada C1 – layın açılma dərəcəsinə görə hidrodinamiki natamamlıq əmsalıdır;

1 2 3 4



Şəkil 9.6. Lay ilə əlaqsinə görə quyuların nöləri

C2 – layın açılma xarakterinə görə hidrodinamiki natamamlıq əmsalıdır. Bu əmsalların qiyməti Şurov əyrilərindən tapılır.




Şəkil 9.7. C1 əmsalının tapılması üçün nomoqram

Bunun üçün aşağıdakıları bilmək lazımdır:



  1. İstismar kəməri üçün qazılan gövdənin diametri (qazma baltasının diametri);

  2. Quyu ilə layın açılan hissəsinin qalınlığı;

  3. Layın tam qalınlığı;

  4. İstismar kəmərinin 1m – də açılan perforasiya dəliklərinin sayı;

  5. Hər bir perforasiya dəliyinin diametri;

  6. Perforasiya gülləsinin layı dəlmə məsafəsi.

22. Əsas perforasiya növləri və onların qısa xarakteristikası
Yuxarıda qeyd etdiyimiz kimi layların açılmasının iki növü mövcuddur:

  1. İlkin açılma;

  2. Təkrar açılma.

Təkrar açılma zamanı lay ilə quyu gövdəsi arasında əlaqənin yaradılması üçün müxtəlif növlü və konstruksiyalı deşici və partlayış yaradan aparatlardan istifadə olunur. Layların təkrar açılması perforatorlar vasitəsilə həyata keçirilir. Bir neçə növ perforator vardır:

  1. Hidroqumşırnaqlı;

  2. Kumulyativ;

  3. Gülləli;

  4. Torpedalı.

Quyuların hidroqumşınaqlı perforatorla açılmasının mədən sınağı və təcrübəsi göstərir ki, bu üsul ilə daha dərin (uzun) kanallar açmaq mümkündür. Bu zaman quyuların tamamlıq dərəcəsi və məhsuldarlığı artır, qoruyucu kəmərlərdə və sement halqasındaçatların əmələ gəlməsi kimi mürəkkəbləşmələr aradan qaldırılır. Bu perforasiya üsulu qoruyucu kəmər, sement halqası və lay süxurlarında yerli erroziya yaradılması əsasında həyata keçirilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin