21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)



Yüklə 0,67 Mb.
səhifə7/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Cavablar 21-30

Mayenin əvəz edilməsi üsulu. Bu halda quyuya buraxılmış boruların arxasına, sementləmə aqreqatı ilə xüsusi çəkisi quyudakı mayenin xüsusi çəkisindən az olan maye vurmaqla, quyudakı mayenin borunun içərisi ilə yer üzərinə qovular. Odur ki, quyudibi təzyiqi səlis olaraq azalır və quyuya axın yaradılır. Quyuda gilli məhlul olduqda o, su ilə əvəz edilir. Axının yaradılması üçün bu kifayət etmədikdə su yenidən neftlə əvəz edilir. Bu da kömək etmədikdə yuxarıdakı üsulların biri ilə quyudibi təzyiqini azaldırlar.
Bu üsul da quyudibi təzyiqinin səlis azalmasını təmin etdiyindən, zəif sementlənmiş laylarda həyata keçirilməlidir.
Dartaylama (jelonka) üsulu. Dartaylama üsulunun mahiyyəti, quyuda maye səviyyəsini xüsusi jelonkalarla aşağı salmaqdan ibarətdir. Jelonka, diametri 2÷5 olan borulardan hazırlanır. Jelonka polad tənabın ucunda endirilib qaldırılır. Jelonkanın aşağı ucunda yuxarı açılan nimçəli klapanın olması, onun həm quyudibindəki palçığı götürülməsinə, həm də jelonkanın yer üzərində boşaldılmasına imkan verir. Bu üsul az təzyiqli laylardan işləyəcək quyuları mənimsəmək üçün tövsiyyə olunur. Jelonkanın diametri, kəmərin diametrinin 0,7–dən artıq olmamalıdır. Jelonkanın endirilib – qaldırılması, qazıma bucurqadı və yaxud traktor qaldırıcısı ilə aparılır.
3. Quyunun bir müddət işlədilərək quyu dibinin və quyudibi zonanın təmizlənməsi. Quyunu qazanda və məhsuldar layı açanda quyuda dövr etdirilən gilin bir hissəsi quyudibi zonaya hopur və oranı zibilləyir. Digər tərəfdən quyu dibində şlam yaranır və quyunun divarında yapışıb qalır.
Təmiz gilli məhlulla qazma baltasının qazdığı süxur hissəciklərinin qarışığına şlam deyilir.
Mənimsəmə zamanı lay canlandıqda və laydan təmiz neft alındıqda bir neçə gün istismar edərək quyu dibi və quyudibi zona təmizlənir.
4. Quyunun hidrodinamiki üsullarla tədqiq edilməsi. Lay parametrlərinin təyin edilməsi, debit normasının (quyunun optimal iş rejiminin) tapılması. Bu mənimsəmənin sonuncu mərhələsi olur. Aşağıdakılar təyin edilir:

  1. Lay parametrlərinin təyini;

  2. Optimal iş rejiminin təyini;

  3. Quyunun debit normasının təyini;

  4. Yerüstü və yeraltı avadanlıqların seçilməsi.

Bununla da qazmadan alınan yeni quyunun istismara hazırlanması, yəni mənimsənilməsi prosesi sona çatır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin