bərabər hüquqlara, hətta daha mötəbər statusa malik
olduqlarının əyani təzahürüdür.
Bu faktlara sadəcə folklor yara-
dıcılığımızdan deyil, real həyatdan da
kifayət qədər misallar gətirmək olar.
Atabəylərin Möminə xatunu və Meh-
rican xatunu, XII əsr Şərq intibahının
Azərbaycan ulduzu Məhsəti Gəncəvi,
XV əsr Ağqoyunluların Sara xatunu,
Qarabağ xanlığının sonuncu vərəsəsi –
Xan qızı Natəvan, XX əsr Azərbaycan
qadınının əldə etdiyi ən yüksək
məziyyətləri özündə əks etdirən Zərifə
xanım Əliyeva, yeni dövr Azərbaycan
elmində önəmli iz buraxmış Aida
İmanquliyeva kimi mötəbər xanım-
lar tariximizin müxtəlif dövrlərində
cəmiyyətin və dövlətçiliyin
təkamülündə aparıcı qüvvə kimi
çıxış etmiş və özlərindən sonrakı
nəsillər üçün Azərbaycan qadınının
mükəmməl örnəyinə çevrilmişlər.
Tariximizin həssas məqamlarında
Azərbaycan xanımlarının göstərdiyi
sarsılmaz iradə, əvəzsiz fədakarlıq,
sonsuz vətənpərvərlik bugünkü dövlət
quruculuğumuzda, cəmiyyətimizin si-
yasi-iqtisadi, mənəvi-sosial inkişafında
yorulmadan çalışan Azərbaycan qadı-
nı üçün ilham və enerji mənbəyidir. Bu
yaradıcı enerjini xalq və dövlət üçün,
bugünkü və gələcək nəsillərın rifahı
üçün hərtərəfli real fəaliyyət proq-
ramına çevirmək missiyasını böyük
əzmkarlıqla öz üzərinə götürmüş XXI
əsrın ən görkəmli Azərbaycan xanımı
isə Mehriban Əliyevadır.
Mehriban xanım Əliyeva özü-
nün peşəkar fəaliyyəti, zəngin
təcrübəsi, böyük humanizmi və
hadisələrə genişmiqyaslı baxış
bucağı ilə Azərbaycan tarixində
qadın hərəkatının yeni bir səhifəsini
başlamışdır. Mehriban xanım Əliyeva
bu hərəkat tarixində ilk şəxsiyyətdir ki,
onun fəaliyyəti təhsildən səhiyyəyə,
idmandan mədəniyyətimizin
təbliğinə, xeyriyyəçilikdən ətraf
mühitin qorunmasına qədər geniş bir
fəaliyyət arealını əhatə edir. Onun
çoxistiqamətli fəaliyyətinin əsasında
xalq sevgisi, vətənpərvərlik, bəşəri
ideallara sadiqlik, zərif humanizm
dayanır. Mehriban Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən tədbirlər
təkcə Azərbaycanla məhdudlaşmır,
eyni zamanda, beynəlxalq sülh və
sabitliyin təmin edilməsində önəmli
rol oynayan sivilizasiyalararası dialoq
mühitinin formalaşdırılması, dünya
mədəni irsinin qorunması üzrə aktual
sahələri də əhatə edir. Mehriban xanım
Əliyevanın malik olduğu üstün mənəvi
məziyyətlərin nəcib ailə köklərinə
dərin bağlılıqdan qaynaqlanması, onun
Vətənimizə, dövlətçiliyimizə və xalqı-
mıza sadiqlik əzmini şərtləndirən əsas
amildir. Mehriban Əliyeva ölkənin
birinci xanımı olmaqla bərabər, həm
də nümunəvi anadır, məsuliyyətli
vətəndaşdır, dünyəvi və dini
dəyərlərimizə sadiq olan Azərbaycan
qadınının yeni simasıdır, ictimai-siya-
si xadimdir.
Mehriban Əliyeva qadının ailədə
rolu haqqında belə deyir: "Hər bir
qadın üçün onun ailəsi, onun uşaq-
ları həyatının ən vacib, ən mühüm
hissəsidir. Mən özüm üç uşaq anası
olaraq, analıq missiyasını həyatımın ən
vacib missiyası kimi dəyərləndirirəm".
Bu yanaşma ilə, o Azərbaycan xalqının
milli-mənəvi dəyərlər sistemində ailə
amilinin nə qədər önəmli olduğunu
diqqətə çatdırır.
Mehriban xanım Əliyevanın
fəaliyyət dairəsi çox genişdir. O,
Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun
prezidenti, UNESCO-nun və ISESCO-
nun xoşməramlı səfiri kimi sistemli
fəaliyyət göstərir. Hələ 1995-ci ildə
Azərbaycan Mədəniyyəti Fondunu
təsis edən Mehriban Əliyeva milli-
mənəvi dəyərlərimizin qorunma-
sını, incəsənətimizin inkişafı və
təbliğini, Azərbaycan mədəniyyətinin
ümumbəşəri mədəni dəyərlər sisteminə
inteqrasiyasını fəaliyyətinin başlıca
prinsipləri kimi müəyyənləşdirmişdi.
Fondun fəaliyyətinin əsas məqsədi
Azərbaycan mədəniyyətini təbliğ
etmək, onu bütün dünyaya tanıtdırmaq
idi. Ölkəmizin müstəqilliyini yenicə
bərpa etdiyi zamanlarda Mehriban
xanım Əliyevanın belə bir müqəddəs
missiyanı üzərinə götürməsi onun
zəngin mənəvi irsimizə sadiqliyinin
bariz göstəricisi idi. Bu təşəbbüs xal-
qımıza azərbaycançılıq məfkurəsinin
aşılanması, onun zəngin mədəniyyət
tariximizlə mənəvi bağlarının
möhkəmləndirilməsi yolu ilə Sovet
hakimiyyətinin süqutundan sonra
yaranmış ideoloji boşluğun aradan
qaldırılması baxımından xüsusi önəm
kəsb edirdi.
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun dəstəyi ilə
"Azərbaycan-İrs" jurnalı işıq üzü gör-
müş, milli musiqimizin korifeylərinin
albomları hazırlanmış, həm ölkə
daxilində, həm də beynəlxalq are-
nada Azərbaycan mədəniyyətini və
tarixini təbliğ edən çoxsaylı təqdimat
mərasimləri, sərgilər, festivallar,
mədəniyyət günləri təşkil edilmişdir.
Bakı Muğam Mərkəzinin yaradılma-
sı, "Qarabağ xanəndələri" musiqili
albomunun buraxılışı, "Bakı payızı",
Beynəlxalq Bakı Caz festivalları-
nın təşkili kimi ölkəmizin incəsənət
tarixində xüsusi yer tutan mədəniyyət
hadisələri Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə reallı-
ğa çevrilmişdir.
Azərbaycanın "Eurovision" mahnı
müsabiqəsində iştirakının təşəbbüskarı
kimi çıxış etmiş Mehriban xanım
Əliyeva bu musiqi yarışması vasitəsilə
Azərbaycanın və onun musiqisinin
dünyada tanıdılmasına xüsusi səy
göstərmişdir. Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
2012-ci il "Eurovision" mahnı
müsabiqəsinin təşkili və keçirilməsi
haqqında müvafiq sərəncamı ilə yara-
dılmış Təşkilat Komitəsinə rəhbərlik
edən Mehriban xanım Əliyeva bu
musiqi yarışmasının Azərbaycanda
ən yüksək səviyyədə keçirilməsinə
nail olmuş və Azərbaycanın müxtəlif
məzmunlu beynəlxalq tədbirlərin
təşkilində qabaqcıl dövlətlərdən birinə
çevrildiyini ortaya qoymuşdur.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın Milli Məclisin
deputatı kimi də fəaliyyəti peşəkarlıq
və səmərəlilik baxımından xüsusilə
diqqətəlayiqdir. 2005, 2010 və 2015-
ci illərdə Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilən seçkilərdə
namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülmüş Mehriban
Əliyeva seçicilərin böyük səs çoxluğu
ilə deputat seçilmişdir. Bu, həm də
Mehriban xanım Əliyevanın
fəaliyyətinə verilmiş layiqli vətəndaş
qiymətinin bariz nümunəsidir.
Azərbaycan seçicisi bu seçimlə
dövlətçiliyimizin möhkəmləndirilməsi
və xalqın rifahının yüksəldilməsi
işində həm dövlət başçısı cənab
İlham Əliyevin, həm də bütün
təşəbbüslərində ona öz dəstəyini
əsirgəməyən birinci xanım Mehriban
Əliyevanın yanında olduğunu bir daha
sübut etmişdir. 2004-cü ildən Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının
üzvü, 2013-cü ildən isə partiyanın
sədr müavini olan Mehriban Əliyeva
Azərbaycanın siyasi elitasının aparıcı
qüvvələrindən birinə çevrilmişdir.
Milli Məclisdəki fəaliyyəti
dövründə Mehriban xanım Əliyeva
humanizm prinsiplərinə sadiqliyi-
ni dəfələrlə sübut etmişdir. Onun
təşəbbüsü ilə hazırlanmış Amnistiya
aktları 2007, 2009, 2013 və 2016-cı
illərdə Milli Məclis tərəfindən qəbul
olunmuş, nəticədə, ümumilikdə 30
mindən çox məhkum müxtəlif növ
cəzalardan azad edilmişdir. Cəmiyyətə
layiqli vətəndaş qazandırmağın onu
cəzalandırmaqla deyil, bağışlamaqla,
sosial həyata inteqrasiyasına lazı-
mi şərait yaratmaqla mümkünlüyü
düşüncəsində olan Mehriban Əliyeva
hər zaman məsuliyyətli qərarlar
vermək bacarığını nümayiş etdirmiş-
dir. Azərbaycan Parlamentində "28
May – Respublika Günü münasibətilə
amnistiya elan edilməsi haqqında"
sonuncu Qanun layihəsinin müzakirəsi
zamanı söylədiyi fikirlərlə Mehriban
xanım Əliyeva cəmiyyətdə humanizm
prinsiplərinin rəhbər tutulmasının nə
qədər önəmli olduğunu ifadə etmiş-
dir: "Hər bir cəmiyyətdə mərhəmət,
insanpərvərlik, qayğı kimi hisslər
əsas yer tutmalıdır. O cəmiyyətdə ki,
həm dövlət qurumları, həm vətəndaş
cəmiyyəti məhz bu prinsiplər əsasında,
həm öz həyatını, həm öz fəaliyyətini
qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu
cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə
düşən insanlara yardım əlini uzat-
maq deyil. Mərhəmət bəzən çətin və
məsuliyyətli qərar qəbul etməyi tələb
edir".
Mehriban Əliyevanın simasında
Azərbaycan qadını ilk dəfə olaraq
humanist dəyərləri mənəvi kamilliyin
əsas meyarı kimi önə çıxarır, ədalətli
cəmiyyətin bərqərar edilməsinin zəruri
şərtlərini müəyyən edir. Beləliklə,
Azərbaycanın qadın hərəkatında güclü
dövlət, ədalətli cəmiyyət və azad qadın
anlayışı bir-birinə möhkəm tellərlə
bağlanaraq, sosial-mədəni inkişafımı-
zın mütəhərrik qüvvəsinə çevrilir.
2004-cü ildə Mehriban xanım
Əliyevanın prezidenti olduğu Heydər
Əliyev Fondunun təsis edilməsi
müasir Azərbaycan tarixinin əlamətdar
hadisələrindən biridir. Heydər Əliyev
Fondu Azərbaycanın dövlətçilik
tarixini zənginləşdirmiş ümummilli
liderimizin xatirəsinə Azərbaycan xal-
qının ehtiramını ifadə etmək məramı
ilə, ulu öndərin zəngin mənəvi-siyasi
irsinin öyrənilməsi, milli dövlətçilik
ideyalarının nəsildən-nəsilə ötürülməsi
zərurətindən yaranmışdır.
Heydər Əliyev Fondu ölkəmizin
və müasir dünyanın yeni və qabaqcıl
ideyalarla hərəkət edən ən innovativ
təsisatlarından biri olaraq təhsil,
mədəniyyət, səhiyyə, idman, elm
və texnologiya, ekologiya və sosial
sahələrdə cəmiyyət və dövlətimiz
üçün aktual olan layihələrin həyata
keçirilməsində təşəbbüskar və
təşkilatçı qurum kimi çıxış edir.
Xüsusi qayğıya ehtiyacı olan insan-
lara yardım göstərilməsi, Azərbaycan
vətəndaşlarının yaradıcı potensia-
lının üzə çıxarılmasına və inkişaf
etdirilməsinə, mənəvi dəyərlərimizin
qorunmasına dəstək verilməsi,
azərbaycançılıq ideologiyasının
təbliği Heydər Əliyev Fondunun əsas
fəaliyyət istiqamətləridir. Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılma-
sına, Azərbaycan Respublikasının
beynəlxalq nüfuzunun artırılma-
sına yönəlmiş tədbirlərinin həyata
keçirilməsi fondun fəaliyyət dairəsinə
daxil olan prioritet sahələrdir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Müqəddəs Marçellinio və Pietro
katakombalarının, Luvr muzeyinin bir
hissəsinin bərpası Azərbaycanın nadir
bir tolerantlıq məkanı kimi dünya
miqyasında mədəniyyətlər və
dinlərarası dialoqda oynadığı tarixi
rolun təzahürüdür.
Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətində ölkə
səhiyyəsinin inkişafı və təhsil sis-
teminin qabaqcıl dünya standartları
əsasında təkmilləşdirilməsi də xü-
susi yer tutur. 2005-ci ildən etibarən
Heydər Əliyev Fondunun dəstəyi
ilə ölkəmizin müxtəlif bölgələrində
təhsil və səhiyyə ocaqlarının bərpası
və yeniləri ilə əvəzlənməsi müasir
Azərbaycanın inkişaf tarixində parlaq
bir səhifədir. "Yeniləşən Azərbaycana
yeni məktəb", Uşaq evləri və
internat məktəblərinin inkişafına
dəstək layihələrinin gerçəkləşməsi,
Daun Sindromlu Şəxslərin Reabi-
litasiyası Mərkəzinin, Talassemiya
Mərkəzinin tikilməsi, 50 mindən çox
insana sağlamlığına qovuşması üçün
zəruri dəstəyin göstərilməsi kimi
vacib tədbirlər Mehriban Əliyevanın
ölkəmizdə fiziki və əqli cəhətdən
sağlam nəslin yetişməsinə verdiyi
əhəmiyyətin parlaq təzahürüdür.
Ölkəmizin birinci xanımı
Mehriban Əliyevanın ictimai-
siyasi-mədəni sahələrdə çoxsay-
lı təşəbbüslərin müəllifi kimi önə
çıxması Azərbaycan qadınının
inkişafı üçün yeni üfüqlər açmışdır.
Bu ənənənin davamı olaraq, Heydər
Əliyev Fondunun vitse-prezidenti və
Rusiya Nümayəndəliyinin rəhbəri,
İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq
üzrə baş əlaqələndiricisi, Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının
sədri, Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq təşəbbüsünün
(IDEA) təsisçisi Leyla Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən tədbirlər
artıq gənc Azərbaycan xanımının
cəmiyyət üçün aktual olan məsələlərin
həllində söz sahibinə çevrildiyini
göstərir.
İdmana qayğı, ölkəmizdə sağlam
nəslin yetişməsinə dəstək də Mehri-
ban xanım Əliyevanın fəaliyyətində
prioritet sahələrdəndir. O, 2002-ci ildə
Azərbaycan Gimnastika Federasiyasının
prezidenti, 2004-cü ildə Milli Olimpiya
Komitəsinin İcraiyyə Komitəsinin üzvü
seçilmişdir. Müvafiq olaraq, 2005, 2007,
2009 və 2014-cü illərdə gimnastika
üzrə dünya və Avropa çempionatlarının
Azərbaycanda keçirilməsi ölkəmizdə
bu idman növünə marağın artmasında
və Azərbaycanın idman ölkəsi kimi
dünyada tanıdılmasında mühüm rol
oynamışdır.
2013-cü ilin yanvarında dövlət
başçısı cənab İlham Əliyevin birinci
Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsini təmin etmək məqsədilə
imzaladığı sərəncama müvafiq olaraq
Təşkilat Komitəsi yaradılmış və
Mehriban Əliyeva həmin komitənin
sədri təyin edilmişdir. Dünyanın
aparıcı şəhərlərində I Avropa Oyun-
larına dair təqdimatların keçirilməsi
Azərbaycanın dünyada tanıdılması
üçün tarixi fürsət olmuşdur. Birinci
Avropa Oyunlarına hazırlıq işlərinin
mükəmməl şəkildə tamamlanması və
bu mötəbər yarışın Olimpiya Oyunları
səviyyəsində təşkili Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Təşkilat
Komitəsinin gərgin əməyi sayəsində
mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin 2015-ci il 29 iyun
tarixli sərəncamı ilə ölkəmizin birinci
xanımı Mehriban Əliyeva Azərbaycan
Respublikasında mədəniyyətin, təhsilin,
səhiyyənin və idmanın inkişafında
səmərəli fəaliyyətinə, Azərbaycan
xalqının mədəni irsinin beynəlxalq
miqyasda geniş təbliğinə və birinci
Avropa Oyunlarının təşkilində böyük
xidmətlərinə görə "Heydər Əliyev" orde-
ni ilə təltif edilmişdir. Mehriban xanım
Əliyevanın ölkəmizin ali mükafatı olan
"Heydər Əliyev" ordeni ilə təltif olun-
ması Azərbaycanın birinci xanımının
fəaliyyətinə verilmiş ən yüksək dəyərdir.
Bu mükafatla dövlət başçısı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən tədbirlərin Azərbaycan xalqı
və dövləti üçün nə qədər əhəmiyyətli
olduğunu göstərmişdir.
Prezident İlham Əliyev birinci
Avropa Oyunları ilə əlaqədar keçirilən
mükafatlandırma mərasimindəki
çıxışında Mehriban xanım Əliyevanın
fəaliyyətinə səmimiyyətlə dəyər
verir: "Təşkilat Komitəsinə rəhbərlik
etmiş Mehriban Əliyevanın bö-
yük fəaliyyətini xüsusilə yüksək
qiymətləndirirəm. O, bu Oyunların
keçirilməsinə çox böyük töhfə ver-
mişdir. Deyə bilərəm ki, bu Oyunların
bu səviyyədə keçirilməsinə öz canını
qoymuşdur".
Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə idman, mədəniyyət,
təhsil sahəsində və ümumiyyətlə,
dünyada Azərbaycanın müsbət imici-
nin formalaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər ölkə
ictimaiyyəti tərəfindən də yüksək
qiymətləndirilir. İdmandan təhsilə
qədər, mədəniyyətdən səhiyyəyə
qədər, xeyriyyəçilikdən multikul-
turalizm təşəbbüskarlığına qədər
əhatəli fəaliyyət potensialına malik
olan Mehriban Əliyevanın ölkəmizin
bütün ictimai, siyasi, mədəni dairələri
tərəfindən işgüzar və görkəmli
Azərbaycan qadını kimi tanınması
cəmiyyətimizdə Azərbaycan qadınına
verilən yüksək dəyərin ifadəsidir.
Mehriban xanımın ölkə və
qlobal səviyyədə gördüyü işlər
beynəlxalq aləmdə də yüksək
qiymətləndirilməkdədir. 2016-cı ildə
Mehriban xanım Əliyeva Avropada
idmanın inkişafına göstərdiyi xüsusi
xidmətlərə görə Avropa Olimpiya
Komitəsinin ən yüksək mükafatı
olan Ali Ordenlə təltif edilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Fransanın "Şərəf Legionu"
ordeninə və bir çox dövlətlərin orden
və medallarına, çoxsaylı mükafatlarına
layiq görülmüşdür.
Azərbaycan xanımına xas
olan bütün nəcib xüsusiyyətləri
özündə əks etdirən Mehriban xanım
Əliyevanın səyləri nəticəsində bu
gün Azərbaycanda qadın hərəkatı
keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş,
ölkəmizin siyasi sistemində güclü "Bi-
rinci xanım" institutu formalaşmışdır.
Mehriban xanım Əliyevanın maddi
və qeyri-maddi irsimizin qorunması,
Azərbaycan gerçəkliklərinin, Dağ-
lıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, xeyriyyəçilik və huma-
nitar təşəbbüslərin irəli sürülməsi
kimi çoxşaxəli fəaliyyət dairəsi
Azərbaycan xanımının tükənməz
gücünü nümayiş etdirir. Bütün bunlar
müasir Azərbaycan xanımının öz tarixi
missiyasını ləyaqətlə davam etdirdiyini,
milli-mənəvi dəyərlərimizin keşiyində
cəsarətlə durduğunu göstərir.
Xalqımız Mehriban Əliyevanın
fəaliyyətinə layiqli qiymət verərək
onun bütün təşəbbüslərini dəstəkləyir
və onun şəxsində Azərbaycan xanı-
mına ən yüksək hörmət və ehtiramını
ifadə edir. Xüsusilə bu gün, Mehriban
xanım Əliyevanın doğum günündə
milyonlarla insanın ürəyində sevinc
və minnətdarlıq hissi yaşanır. Bu
ürəklərdə səslənən ən xoş arzular xalq
üçün, Vətənimiz üçün yorulmadan,
usanmadan çalışan fədakar insana
– Mehriban Əliyevaya ünvanlanır.
Sonsuz xalq sevgisinə sahib olan
Mehriban Əliyevaya milli maraqları-
mızın müdafiəsinə, dövlətçiliyimizin
möhkəmləndirilməsinə və xüsusən,
Azərbaycan qadınının mənəvi
yüksəlişinə xidmət edən yorulmaz
fəaliyyətində davamlı uğurlar arzu
edirik.
Dostları ilə paylaş: |