26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə ARDNŞ-nin



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə ARDNŞ-nin 
tərkibində Bakı Ali Neft Məktəbi yaradılmışdır.


Ali məktəbin yaradılmasında məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris 
planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə 
cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə 
hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli 
mühəndis kadrları hazırlamaqdır. 2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 2012-ci ilin mayında isə 
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) 
verilmişdir. Bakı Ali Neft Məktəbinə qəbul iki ixtisas (“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) üzrə 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Tədris ingilis dilində və Avropa Kredit 
Transferi Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Bakı Ali Neft Məktəbi ilə 
Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. BANM-da 
Heriot-
Uatt Universitetinin tədris proqramları tətbiq olunur və bunun nəticəsi olaraq gələcəkdə məzunlara 
ikili 
diplom veriləcəkdir. Tələbələrə birinci il intensiv şəkildə ingilis dili və informasiya-kommunikasiya 
texnologiyaları tədris edilir, sonraki 4 ildə isə müvafiq ixtisaslar üzrə biliklər veriləcəkdir. Tədris prosesinə 
müxtəlif xarici ölkə universitetlərinin professor və müəllim heyəti cəlb olunacaqdır. Bakı Ali Neft 
Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə 
yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-nin müxtəlif müəssisələrində təcrübə 
keçəcəklər. 2012-2013-cü tədris ilində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 
121 nəfər 600-dən yüksək bal toplamış abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. 
Bu nəticə Respublika üzrə I qrupda 600 baldan çox toplayan (234 nəfər) bütün abituriyentlərin 45,4 faizini 
təşkil edir. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 636,2, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 626 
olmuşdur. Ümumiyyətlə, BANM üzrə qəbulda orta bal 631,10 olmuşdur. Azərbaycan Respublikasının 
Pre
zidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə 2012/2013-cü tədris ilində tələbə 
qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident 
təqaüdünə layiq görülmüşdür. ARDNŞ, Bakı Ali Neft Məktəbinin yataqxanaya ehtiyacı olan tələbələrini 
yüksək səviyyədə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş yataqxana ilə təmin etmişdir. Eyni 
zamanda, Bakı Ali Neft Məktəbinin hər tələbəsinə 100 manat məbləğində tələbə təqaüdü verilir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin