1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb və Azərbaycan neft hasilatı
sahəsində dünya liderinə çevrilib. (Bu zaman ABŞ-da ildə cəmi 9,1 milyon ton neft hasil olunurdu).
1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq
edilmişdir.
1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunmuşdur.
1941-ci ildə dünyada ilk dəfə olaraq Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili
quyu qazılıb istifadəyə verilib.
1949-cu ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə neft hasilatının inkişafının
əsasını qoydu.
1971-ci ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı.
1994-cü ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil
olmuş saziş imzalandı. Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qoyuldu.
Dostları ilə paylaş: