26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi


ARDNŞ-in vəzifələri və fəaliyyətinin predmeti



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi

ARDNŞ-in vəzifələri və fəaliyyətinin predmeti 
ARDNŞ respublikanın bütün ərazisində - quruda və dənizdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, 
hazırlanması və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin 


onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına 
olan tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat 
və layihə işləri yerinə yetirir. 
ARDNŞ-in fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının 
təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti haqqında www.socar.az internet saytında daim 
yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür. 
Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı 
fəaliyyət növlərini həyata keçirir: 
- sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki, iqtisadi və sosial 
proqramların işlənib hazırlanmasını; 
- istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata 
keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin 
yaradılmasını; 
- sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti 
orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini; 
- sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin 
modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz 
edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini; 
- müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin 
aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin 
sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində 
mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və 
sürətinin artırılmasını; 
- təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq 
edilməsini; 
- iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici 
banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını; 
- kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının 
artırılmasının təşkilini; 
- sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı 
üçün əlverişli imkanlar yaradılmasını; 
- dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini; 
- geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq 
qaydada təsdiqlənməsinin təmin edilməsini; 
- yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr 
tərəfindən istismar olunan yataqların təcrübə, sənaye-istismar layihələrinin, texnoloji sxemlərinin, neft, 
qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq 
edilməsini; 


- neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun 
olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini; 
- hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə 
müəyyən edilmiş nəql haqqının ödənilməsini; 
- xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən 
göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini
- xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin 
müvafiq qaydada ödənilməsini
- torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini; 
- qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin