5. Neft Kəmərləri İdarəsi;
6. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi;
7. Sərmayələr İdarəsi;
8. "Azərneftyağ" Neft Emalı Zavodu;
9. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu;
10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
11. Təhlükəsizlik İdarəsi
12. Sosial İnkişaf İdarəsi
13. Ekologiya İdarəsi
14. Qaz İxrac İdarəsi
15. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
16. Xəzər Dəniz Neft Donanması
17. “Neftqaztikinti“ Tresti
18. Kompleks Qazma İşləri Tresti
19. “Neftqazelmitədqiqatlayihə“ İnstitutu;
20. Qaz Emalı Zavodu;
21. Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi;
22. “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiyası.
Neftqaztikinti” Tresti: tikinti–quraşdırma və təmir işlərinin
həcmi genişlənir
ARDNŞ–in “Neftqaztikinti” Tresti neft–qaz yataqlarının abadlaşdırılması,
həmçinin dənizdə və quruda
hidrotexniki qurğuların, dayaq bloklarının, estakadaların, estakadaüstü və estakadayanı meydançaların,
həmçinin qaz–kompressor stansiyalarının, sualtı
və yerüstü boru kəmərlərinin, neft rezervuarlarının
tikintisi, texnoloji neft–qaz–mədən avadanlıqlarının quraşdırılması, sosial
obyektlərin tikintisi, asfalt–
beton örtüklərinin vurulması və magistral neft–qaz boru kəmərlərinin çəkilməsi üzrə podratçı
fəaliyyəti
ilə məşğul olur. “Neftqaztikinti” Trestinin struktur tərkibində 8 sayda Tikinti–Quraşdırma İdarəsi,
İxtisaslaşdırılmış Təmir–Tikinti İdarəsi, Yol Tikinti–Təmir İdarəsi, Sənaye Tikinti İdarəsi, Dəmir–Beton
Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi və
Gürcüstan Nümayəndəliyi fəaliyyət göstərir.
Dostları ilə paylaş: