3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 236,42 Kb.
səhifə41/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Azadl-Azad

Lənkərançay hövzəsi. Lənkəran vilayətində Lənkərançayın hövzəsi (1080km2)sahəsinə görə yalnız Bolqarçay hövzəsindən (2170km2)geri qalır. Bu çay hövzəsi uzunluğu 81km olan Lənkərançayın sağ və sol ərazilərini əhatə edir. Hövzənin meyilliyi 29,8%-ə bərabərdir. Bununla belə,bu çay hövzəsi daxilində çayçılıq,sitrusçuluq,tərəvəzçilik və digər sahələrdə yüksək qiymətləndirilən sarı dağ-meşə(o cümlədən meşə altından çıxmış) Sarı podzolu və sarı podzollu-qleyli torpaqların böyük hissəsi cəmləşmişdir. Hövzədə vilayətin ekologiyası üçün böyük əhəmiyyət kəsb edən su və torpaqqoruyucu funksiyaya malik nadir (endemik)bitki tərkibinə malik Hirkan tipli meşələrin də çox hissəsi toplanmışdır.Bu meşələrin böyük hissəsinin qırılmasına baxmayaraq,onlar çay hövzəsində əhəmiyyətli dərəcədə xüsusi çəkiyə malikdirlər.

Lənkərançay hövzəsinin tranzit ekoloji rayonunda çayaltı dağ sarı və podzollu-sarı torpaqların bəzi münbitlik göstəricilərinin tarixi dövrlər(1953-56 və 1997-02-ci illər)üzrə müqayisəsi əsasında onların dəyişkənliyini müəyyən etməyə imkan vermişdir(cədvəl 3.2) .

Cədvəl 3.2.

Lənkərançay hövzəsi tranzit ekoloji rayonu torpaqlarının münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova C.Z . görə, [5] )



Münbitlik göstəriciləri


Dağ sarı

1953-1956



1997-2005



fərq



Podzollu-sarı

1953-1956



1997-2005



fərq


1

2

3

4

5

6

7

Humusun miqdarı, %

3,1

2,5

-0,6

2,4

1,9

-0,5

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm

130,4

101,7

-28,7

105,8

79,4

-26,4


199,9

162,2

-38,7

154,8

132,1

-22,7

236,3

200,1

-36,2

211,3

196,6

-14,7

Ümumi azot, %

0,19

0,14

-0,05

0,17

0,13

-0,04

Ümumi fosfor, %

0,20

0,17

-0,03

0,16

0,13

-0,03

Ümumi kalium, %

3,62

3,48

-0,14

2,55

2,42

-0,13

Udulmuş əsasların cəmi, mq-ekv/100 q. torpaqda

31,4

27,7

-3,74

26,6

23,1

-3,62

Ca2+ +Mg2+ , %

97,3

94,5

-2,8

95,8

92,6

-3,2

Al3+, %

0,68

0,93

+0,25

0,75

1,00

+0,28

pH (su)

6,0

5,5

-0,5

5,9

5,3

-0,6

pH (duz)

4,9

4,5

-0,4

4,8

4,3

-0,5

Sarı dağ torpaqların münbitlik göstəriciləri,müşahidə materiallarından göründüyü kimi,podzollu-sarı torpaqlarla müqayisədə daha çox transformasiya etmişdir.Podzollu-sarı torpaqlarda bir metrlik qatda humusun ehtiyyatı(236,3 t/ha)bu göstərici (-36,2)15,3% olmuşdur.Bunu da dağ-sarı torpaqların yayıldığı qurşaqda eroziya proseslərinin antropogen səbəblərdən artması ilə izah etmək olar. Çay və sitrus bitkiləri üçün böyük əhəmiyyət kəsb edən torpaq mühitinin reaksiyası (pH)hər iki torpaqda turşulaşma istiqamətində(pH 4,5-5,5 və 4,3-5,3)olmuşdur. Bu torpaqda həm humus maddəsinin (1,9-2,5 %) azalması,həm torpağa turşulaşdırıcı maddələrin və mineral gübrələrin verilməsi ilə izah edilə bilər. Münbitliyin digər göstəricilərinin dəyişkənliyi nəzərə çarpacaq dərəcədədir.

Astaraçay hövzəsi. Astaraçay hövzəsi sahəsinə görə (242km2) Lənkəran vilayətində yalnız Təngərüdçay hövzəsindən (230km2) iri hesab olunur. Bununla belə,bu çay hövzəsinin 1500 m hündürlükdən dəniz səviyyəsindən 28m aşağıya kimi uzanması burada təbii komplekslərin şaquli qurşaqlıqlar üzrə dəyişkənliyini görmək mümkündür.Hövzənin meylliyi böyük olub (40%),onun yalnız sol sahili Azərbaycan Respublikası ərazisinə düşmüşdür. Lənkərançay hövzəsində olduğu kimi, Astaraçay hövzəsi ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada da aşağı və orta dağlıq ərazilərdə Hirkan tipli meşələr,çay hövzəsinin meyilliyini nəzərə alaraq,su və torpaq qoruyucu əhəmiyyətə malikdirlər.

Meşə sahələrindən təmizlənmiş torpaqlarda çay, sitrus əkinləri meşə biogeosenozlarının ekoloji funksiyasını daşımaq iqtidarında olmadığında,plantasiyalarda və açıq sahələrdə açıq və örtülü formada eroziya prosesləri getmişdir. Eroziya prosesləri hövzənin sutoplayıcı hissəsində,yüksək dağlığın dağ çəmən-boz torpaqlarında və meşənin yuxarı sərhəddində,meşəsizləşmiş ərazilərində daha intensiv xarakter almışdır. Bu da denudasiya prosesləri nəticəsində çay hövzəsinin su toplayıcı hissəsindən, tranzit sahədən keçməklə akumulyasiya hissəsində maddələrin axım və toplama prosesini sürətləndirmişdir.

Akumulyasiya ekoloji rayonu torpaqlarının, o cümlədən ərazidə daha yüksək çəkiyə malik sarı-podzollu-qleyli torpaqların münbitlik göstəricilərinin dəyişkənliyinə onların uzun illər intensiv becərilməsi,suvarılması kimi antropogen amillər də təsir göstərmişdir.(cədvəl 3.3)

Cədvəl 3.3

Astaraçay hövzəsi akumulyasiya ekoloji rayonusarı-podzollu-qleyli torpaqların

münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ] )




Dağ sarı

Münbitlik göstəriciləri



1953-1956



1997-2005



fərq


1

2

3

4

Humusun miqdarı, %

2,3

1,9

-17,1

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm

89,9

72,8



-18,3

150,4

132,1

-26,3

203,8

177,5

-0,03

Ümumi azot, %

0,15

0,12

-0,03

Ümumi fosfor, %

0,18

0,15

-0,03

Ümumi kalium, %

2,58

2,47

-0,11

Müşahidə materiallarından göründüyü kimi,son 40-45 il ərzində sarı-podzollu-qleyli torpaqlarda potensial münbitliyin əksər göstəriciləri dəyişikliyə məruz qalmışdır. Bu dəyişkənliklər,azalma humus,azot və fosfor kimi əhəmiyyətli maddələrdə daha çox nəzərə çarpan olmuşdur;humusun 0-20 sm dərinlikdə azalması 19%,0-50sm-də 12,3%,0-100 sm-də isə 12,9% olmuşdur. Bu azalma azotda 20% olub həmin dərinlikdə (0-20 sm) humusla demək olar ki,eyni (19%) olmuşdur. Həmin dövrdə fosforun azalması 16,6% olmuşdur.Bu dövrdə yalnız kaliumun azalması cüzi miqdarda (4,26%)olmuşdur. Bu dinamika udulmuş əsasların cəmində,xüsusən də Ca,Mg,Al-un miqdarında da özünü göstərmişdir.


Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin