3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 236,42 Kb.
səhifə42/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Azadl-Azad

Viləşçay hövzəsi. Lənkəran vilayətində sahəsinə görə Viləşçay hövzəsi üçüncü çay hövzəsi hesab olunur. Onun sahəsi 935 km2 olub,Viləşçayın sağ və sol sahillərini əhatə edir. Ərazisinin orta ölçülərinə baxmayaraq ,Viləşçay hövzəsində Lənkəran vilayəti üçün səciyyəvi olan əksər landşaft komplekslərinin və torpaq zonalarını müşahidə etmək mümkündür. Əvvəlki çay hövzələrindən fərqli olaraq Viləşçay hövzəsi insanın təsərrüfat fəaliyyətinə daha çox məruz qalmışdır. Ərazinin düzən, dağətəyi və alçaq dağlıq əraziləri demək olar ki ,meşəsizləşdirilmişdir. Qırılmış meşələrin yerində əkin sahələri,örüş və biçənəklər yaranmışdır. Bu çay hövzəsində insanın təsərrüfat (əkinçilik)fəaliyyəti ənənəvi yay otlaqlarını da qismən əhatə etmişdir (Yardımlı rayonu ərazisində). Nəticədə Viləşçay hövzəsi Lənkəran vilayətinin digər hövzələri ilə müqayisədə eroziya proseslərinə daha çox məruz qalmışdır.Bu hövzədə insanın təsərrüfat fəaliyyətinin işlərinə təbii biogeosenozlarda (meşələrin seyrəkləşməsi və qarışması,yay otlaqlarının hədsiz otarılması,su anbarlarının salınması və s.)da müşahidə etmək mümkündür. Nəticədə landşaft komplekslərində baş verən dəyişikliklər torpaq örtüyündə də ayrı-ayrı torpaqların təbii xassələrində də baş vermişdir. Bunu hövzə ərazisinin orta dağlıq hissəsində yayılmış qonur dağ-meşə(tranzit ekoloji rayonu)və qəhvəyi dağ-meşə torpaqlarında torpaq göstəricilərinin çoxillik dəyişkənliyindən də görmək mümkündür. (cədvəl 3.4)

Cədvəl 3.4

Viləşçay hövzəsi tranzit ekoloji rayonu torpaqlarının münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ]

Münbitlik göstəriciləri



Qonur dağ-meşə

Qəhvəyi dağ-meşə




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

6,3 5, 7 -0,6

5,60 4,72 -0,88

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



139 125 -13

190 185 -5
284 260 -24

130 109 -21

274 254 -20


370 325 -45

Ümumi azot,%

0,25 0,23 -0,02

0,30 0,25 -0,05

Ümumi fosfor, %

0,20 0,20 -

0,23 0,21 -0,20

Ümumi kalium,%

4,8

4,7

-0,1

3,1

3,0

-0,1

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



35,6

33,6

-2,0

46,5

46,2

-0,3

pH (su)

6,3

7,0

+0,7

6,8

7,0

-0,2

Cədvəldən göründüyü kimi, Viləşçay hövzəsinin tranzit ekoloji rayonunun qonur dağ-meşə və qəhvəyi dağ-meşə torpaqların sabit təbii biosenozlar-mezofil və kserofil tipli enliyarpaqlı meşələr altında olmasına baxmayaraq,müşahidə müddətində münbitlik göstəricilərinin dinamikasına malik olmuşdur.Hətta torpağın sabit diaqnostik əlamətləri hesab olunan humus,azot,fosfor,İƏC və s.bu müddətdə nəzərə çarpacaq dərəcədə dəyişikliyə uğramışdır;qonur dağ-meşə torpaqlarda profilin üst qatında humus 0,6 dərəcə (9,52%) azalaraq 5,7%-ə qədər aşağı düşmüşdür.Qəhvəyi dağ-meşə torpaqlarda bu azalma 0,88dərəcə(15,7%),yəni bir qədər də çox olmuşdur.Azalma humusun ehtiyat formalarında da təbii ki müşahidə olunmuşdur. Humusa uyğun olaraq azotun ümumi formasının azalmasına ( 8%, 17% ) baxmayaraq , bu təbii torpaqlarda fosfor ( 0%, 8,7.%) və kaliumun (2,1%, 3,2% ) miqdarı da sabit qalmış ya da cüzi miqdarda dəyişmişdir . Eynilə udulmuş əsasların cəmi göstəricisi də az ( 5,61%- qonur dağ-meşə torpaqlarda) və ya heç dəyişməmişdir(0,6% qəhvəyi dağ – meşə torpaqlarda). Hər iki torpaqda torpaq reaksiysasının qələviləşməsi müşahidə olunmuşdur.

Beləliklə, Lənkəran vilayətinin Viləşçay hövzəsinin tranzit ekoloji rayonun mezofil və kserofil meşə biogeosenozlaraltı qonur-dağ-meşə və qəhvəyi dağ meşə torpaqlarının ekoloji monitorinqi onların potensial münbitlik göstəricilərində son 50-59 ildə dəyişikliklərinin olduğunu göstərdi. Bunu bir neçə səbəb ilə izah etmək mümkündür:

1.Lənkəran vilayətində aşağı və orta dağlıq ərazilərin meşə örtüyünün antropogen səbəblərdən seyrəkləşməsi,tərkibinin dəyişməsi nəticəsində torpağa meşə döşənəyi şəklində daxil olan üzvi qalıqların azalması.Nəticədə humusun miqdarının və ehtiyyat formalarının azalması;

2.Meşələrin seyrəkləşməsi nəticəsində meşə biosenozunun aşağı yarısında sız ot örtüyünün yaranması.Nəticədə torpağın neytrallaşması,udulmuş əsasların cəmində Ca++Mg+ kationlarının üstünlük əldə etməsi.

Qeyd edək ki,ərazinin torpaq örtüyündə baş verən dəyişiklikləri təkcə antropogen səbəblərlə izah etmək düzgün olmazdı.Burada regionda baş verən ümumi aridləşmənin və nəhayət,qlobal iqlim istiqamətlərinin də rolu olmuşdur.Bizim tərəfimizdən aparılmış araşdırmalar regionda temperaturun son 45 ildə 0,60C artdığını göstərir[11].

Viləşçay hövzəsində akumulyasiya ekoloji rayonu torpaqlarının potensial münbitlik göstəricilərinin monitorinqi bu torpaqlarda da dəyişikliklərin getdiyini göstərir.Bunu hövzənin aşağı axarlarında yayılmış bərkimiş yuyulmuş qəhvəyi və yuyulmuş çəmən-qəhvəyi torpaqların monitorinqindən də görmək mümkündür. (cədvəl 3.5).

Cədvəl 3.5

Viləşçay hövzəsi akumulyasiya ekoloji rayonu torpaqlarının münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ] )



Münbitlik göstəriciləri



Bərkimiş yuyulmuş qəhvəyi

Yuyulmuş çəmən-qəhvəyi




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

3,62 3,10 -0,52

3,38 2,10 -1,28

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



88 76 -12




170 145 -25

284 263 -21



90 57 -33
150 119 -31

270 218 -52



Ümumi azot,%

0,18 0,22 +0,04

0,28 0,20 -0,08

Ümumi fosfor, %

0,18 0,20 +0,02

0,18 0,18 0

Ümumi kalium,%

2,53 3,0 +0,47

2,6 2,4 -0,2

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



30,8 32,6 +1,80

35,0 33,6 -1,4

pH (su)

5,8 6,7 +0,9

7,3 7,5 +0,2

pH (duz)

4,7 6,3 +1,6

6,1 7,0 +0,9

Cədvəldən göründüyü kimi, Viləşçay hövzəsinin akumulyasiya ekoloji rayonunda yayılmış bərkimiş yuyulmuş qəhvəyi və yuyulmuş çəmən-qəhvəyi torpaqlarda münbitlik göstəricilərinin dəyişməsində bəzi oxşar və fərqli cəhətləri görmək mümkündür.Hər iki torpaqda humusun azalması,fərqli intensivlikdə də olsa,nəzərə çarpacaq dərəcədədir.Bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda da 14,3%,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda isə 38% olmuşdur.Humusun ehtiyyat formaları da yuyulmuş çəmən-qəhvəyi torpaqlarda ayrı-ayrı qatlarda bərkimiş yuyulmuş qəhvəyi torpaqlardan iki dəfə çox olmuşdur.Bu onunla izah edilə bilər ki,bərkimiş yuyulmuş qəhvəyi torpaqlra dəmyə,yuyulmuş çəmən-qəhvəyi torpaqlar isə suvarma əkinçiliyində istifadə olunur.

Hər iki torpaqda münbitlik göstəricilərinin dəyişməsi fərqli şəkildə getmişdir.Yuyulmuş çəmən-qəhvəyi torpaqlarda azot 28,6%azaldığı halda,bərkimiş yuyulmuşqəhvəyi torpaqlarda əksinə 18,2%artmışdır. Bunu humusun minerallaşması,üzvi və mineral gübrələrin tətbiqi,suvarmanın olmaması ilə izah etmək mümkündür.

Ümumi fosfor və kaliumun da çoxillik dəyişməsi hər iki torpaqda fərqli olmuşdur.Bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda fosfor 10%artdığı halda,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda bu göstərici sabit qalmışdır. Ümumi kalium bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda 15,7% artdığı halda,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda bu göstərici 7,7% azalmışdır. Həmin qanunauyğunluq udulmuş əsasların cəm göstəricinin dəyişkənliyində də müşahidə olunmuşdur. Qeyd edək ki, hər iki torpaqda torpaq reaksiyasının dəyişməsi qələviləşmə istiqamətində olmuşdur.


Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin