Birinci nəsil hüquqları həm də klassik və ya təbii hüquqlar adlandırırlar. Təbii hüquqlar kimi, ilk növbədə, yaşamaq və azadlıq hüququnu misal göstərmək olar. Mülki hüquq və azad-lıqlara ləyaqət hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunulmazlığı hüququ, vicdan azadlığı və digərləri də daxildir. Siyasi hüquq və azadlıqlar isə yalnız ölkənin vətəndaşına aiddir. Buraya söz və etiqad, dinc yığıncaq və birləşmək azadlığı, dövlətin və cəmiyyətin idarə edilməsində iştirak etmək kimi hüquqlar daxildir.
Seçki hüququ da ən mühüm siyasi hüquqlardandır. Bu hü-quq vətəndaşın dövlətin seçkili orqanları və yerli özünüidarəetmə orqanlarının formalaşmasında iştirakını, bununla da xalqın suverenliyi və xalq hakimiyyəti prinsipini təmin edir. Beləliklə, vətəndaşlar öz seçmək və seçilmək hüququnu gerçəkləşdirir. Azərbaycan Şərqdə ilk dövlətdir ki, burada hələ 1918-ci ildə Cumhuriyyət tərəfindən qadınlara seçmək və seçilmək hüququ verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddə-sin¬də ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçil-mək, habelə referendumda iştirak etmək hüququ təsbit olun-muşdur.
Dostları ilə paylaş: |