Üçüncü nəsil adlandırılan kollektiv hüquqlar təbii hüquqlar deyil və cəmiyyətin, yaxud kollektivin maraqlarına uyğun formalaşır. Ekoloji hüquqları, inkişaf hüququnu, sülh hüququ¬nu və sair hüquqları buna misal göstərmək olar. Bunlar fərdi hü¬quqlarla sıx bağlı olmaqla, onların pozulmasına yönəlməməlidir. Əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar dövlət tə¬rəfindən tanınır və mahiyyətcə ictimai hüquqlardır, yəni insa¬nın cəmiyyət halında yaşamasından irəli gəlir. Beləliklə, insan hüquqları öz strukturuna görə fərdi və kollektiv hüquqlara ayrılır.
Qeyd etmək lazımdır ki, siyasi və mülki hüquqların ehtiva edildiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Bey-nəlxalq Paktı, bu Pakta əlavə olaraq qəbul edilmiş Fakültativ Protokollar, iqtisadi, sosial və mədəni hüquqların təsbit edildiyi İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi birlikdə insan hüquqları üzrə Bill kimi tanınır.
İnsan hüquqları təsnifatlarından söz açdıqda, onu da demək lazımdır ki, qeyd etdiyimiz ümumi hüquqlardan başqa, əhalinin ayrı-ayrı qruplarının ─ qadınların, uşaqların, ahılların, əlilliyi olan insanların, hərbi qulluqçuların, məhkumların və digərlərinin xüsusi, onlara mənsub (spesifik) hüquqları da vardır ki, bunlar da ayrı-ayrı beynəlxalq konvensiyalar və milli qanunvericiliklə tənzimlənir.
Digər bir ümumi təsnifat bütün hüquqların pozitiv və neqativ hüquqlara bölünməsidir. Bu təsnifatın əsasını həmin hüquqlarda azadlığın neqativ və pozitiv cəhətlərinin təyin olunması təşkil edir. Neqativ mənada azadlıq hər hansı zorakılığın, fərdə münasibətdə hər hansı məhdudiyyətin olmaması, müsbət mənada isə seçim azadlığı, ən əsası isə insanın öz məqsədlərinə nail olmaq qabiliyyəti kimi başa düşülür.
BMT yarandığı andan bu günədək qadın hüquqları problemi onun qarşısında duran ən vacib məsələlərdən biri olmuşdur. Dünyada qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, onların ictimai həyatda, iqtisadi və sosial inkişafın bütün sahələrində bərabər hüquqlarının qerçəkləşdirilməsi üçün eyni imkanların təmin olunmasına dövlətlərin diqqətini cəlb edilməsi sahəsində bu qurum ən böyük təcrübəyə malik olan bir təşkilatdır. BMT-nin təşəbbüsü ilə keçirilmiş bir sıra tədbirlər qadınların hüquqlarının müdafiəsi üzrə kampaniyalardan fərqli olaraq onlara daha intensiv və genış dəstək verilməsini təmin etdi. BMT-nin 1945-ci ildə San-Fransiskoda imzalanmış Xartiyası cinslərin bərabərliyini fundamental insan hüquqlarının əsası kimi bəyan edən ilk beynəlxalq saziş olmuşdur.
Praktiki olaraq 1975-ci ildən keçirilən bütün beynəlxalq konfranslarda bu və ya digər dərəcədə qadın məsələlərinə toxunulmuşdur. Məhz bu vaxtdan etibarən BMT çərçivəsində ümumdünya qadın hərəkatının fəallığı da artmışdır. Bu prosesin başlanğıcı kimi, hüqüq bərabərsizliyi məsələsi qaldırılan sənəd kimi İnsan Hüquqları Ümumi Bəyannaməsini (1948-ci il) və Təhsil sahəsində ayrı-seçkiliyin qarşını almaq Konvensiyasını (1960-cı il) göstərmək olar ki, bu da cinslərə fərq qoymadan bütün insanların hüquqlarının müdafiəsi sahəsində BMT-nin davamlı fəaliyyətini təsdiqləyir. Konkret olaraq, qadın problemlərinə dair BMT-nin təşəbbüsü və iştirakı ilə dörd ümumdünya konfransı keçirilmişdir.
Qadınların vəziyyətinə dair BMT tərəfin keçən əsrin son 25-ilində çağırılmış dörd Ümumdünya konfransı gender bərabərliyi problemni dünya cəmiyyətlərinin diqqət mərkəzinə qoymağa kömək etdi. Konfransların qərarları ictimai və şəxsi həyatın bütün sferasında qadınların vəziyyətini yaxşılaşdırmaq haqqında effektiv fəaliyyət planı hazırlayaraq, bir sıra ümumi məqsədlərə nail olmaq üçün bütün dünya əhalisini birləşdirdi.
BMT-nın yaranmasından keçən birinci üç onilliyikdə təşkilatın əsas fəaliyyəti ilk növbədə qadın problemlərinin həlli üzrə, onların hüquqi və vətəndaş hüquqlarını müəyyən etmək və bütün dünyada qadınların vəziyyəti haqqında informasiya toplamaq üzərində cəmləşib. Qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair strategiya və fəaliyyət planlarını işləyib hazırlamaq üçün BMT-nin təşəbbüsü ilə ümumdünya konfranslarının çağırılması gender bərabərliyi uğrunda mübarizənin ikinci mərhələsi oldu.
Dostları ilə paylaş: |