13. Qeyri-səlis çoxluqlar üzərində əməllər
Fərz edəkki A və B X-də mənsubiyyət funksiyaları uyğun olaraq, μAvə μB olan qeyri-səlis çoxuqlardır. Qeyri-səlis çoxluqlar üzərində birləşmə, kəsişmə və tamamlama nəzəri-çoxluq əməlləri onların mənsubiyyət funksiyaları ilə aşağıdakı kimi təyin edilir.
A və B qeyri-səlis çoxluqlarının birləşməsi mənsubiyyət funksiyası μA⌒B olan qeyri-səlis çoxluqdur
∀x∊X, μA⌒B(x)=max{μA(x), μB(x)}
A və B qeyri-səlis çoxluqlarının kəsişməsi mənsubiyyət funksiyası μA⋂B olan qeyri-səlis çoxluqdur
∀x∊X, μA⋂B(x)=min{μA(x), μB(x)}
A qeyri-səlis çoxluqlarının tamamlayıcısı mənsubiyyət funksiyası (x) olan qeyri-səlis çoxluqdur:
∀x∊X, (x)=1-μA(x)
Bu deyilənlər göstərirki, qeyri-səlis çoxluqlar üzərində əməlləri yerinə yetirmək üçün geniş operatorlar spektri mövcuddur. Hansı halda hansı operatordan istifadə etmək az əhəmiyyətli məsələ deyil. Münasib operatorun seçiləsi üçün 8 meyar təklif edilir:
aksiomatik qüvvə,
emprik yararlılıq,
adaptivlik imkanı,
hesablama effektivliyi,
kompensasiya, kompensasiya sərhəddi,
əməlin fəaliyyəti,
mənsubiyyət funksiyasının tələb olunan şkalaşdırma səviyyəsi
Mürəkkəb sistemlərdə baş verən sinergetik proseslərin Qeyri-səlis riyaziyyatla təsvirinin daha adekvat olması müddəası irəli sürülmüşdür. İkinci növ qeyri-səlis çoxluqların üstün cəhətləri və modelləşdirmə prosesində daha böyük imkanlara malik olması haqqında məlumatlar verilmişdir. Lütfi Zadə yaradıcılığında böyük əhəmiyyət daşıyan Uyuşmazlıq prinsipi və Z ədədləri barədə təhlillər aparılmışdır
Dostları ilə paylaş: |