32. Ailədə oyun fəaliyyətinin təşkilinə pedagoji yanaşmalar


Oyun zamanı oyuncaqlara verilən psixoloji, pedaqoji və gigiyenik tələblər



Yüklə 51,11 Kb.
səhifə3/5
tarix02.04.2023
ölçüsü51,11 Kb.
#92532
1   2   3   4   5
oyunlar imtahan 31-45

36. Oyun zamanı oyuncaqlara verilən psixoloji, pedaqoji və gigiyenik tələblər.
Gigiyenik tələblər dedikdə isə oyuncaqların uşaqların səhhətinə ziyan olub- olmamasını, təhlükəsizliyi başa düşülür. Bu səbəbdən də uşaqlara oyuncaq alarkən onun gigiyenik qaydalara cavab verməsinə diqqət yetirməliyik. Çünki, hal-hazırda ölkəmizə xarici ölkələrdən, xüsusən də Çindən müxtəlif oyuncaqlar gətirilir. Mütəxəssislərin qənaətinə görə əsasən Çindən gətirilən oyuncaqların çoxu sənaye tullantılarından hazırlanıb ixrac olunur. Bu da uşaqların zəhərlənməsinə, mənşəyi məlum olmayan xəstəliklərin yaranmasına səbəb olur.
Mütəxəssislərin məlumatına görə, Türkiyə, Almaniya, Kanada dünyanın əksər ölkəsində 19 milyon ədəd oyuncaq geri qaytarılıb. Məlum olub ki, uşaqların sevimli «Barbi» gəlinciklərinin hazırlanmasında tərkibində yüksək miqdarda qurğuşun olan boyaq maddəsindən və maqnitlərdən istifadə edilib. Qurğuşunun tərkibini araşdıran və bununla bağlı rəyini bildirən komissiyanın açıqlamasında göstərilib ki, oyuncaq uşaqların beyninə təsir edir.
Psixoloji tələblər dedikdə isə – oyuncaqların uşaqların psixikasına mənfi təsirini də yaddan çıxarmamaqları lazımdır. İndiki uşaqlar sovet dövründə çəkilən «Nu poqodi» və yaxud da Volt Disneyin istehsal etdiyi cizgi filmləri və qəhrəmanlarının oyuncaqları uşaqların diqqətini cəlb etmir.
Hal-hazırda uşaqları supermen, hörümçək adam, Bentten, döyüş və hərbi oyunlar və oyuncaqlar maraqlandırır. Psixoloqlar belə oyun və oyuncaqların uşaqların psixikasına zərərli təsirini iddia edirlər.
Döyüş oyun və oyuncaqları uşaqların psixologiyasını pozur. Belə oyun və oyuncaqlarda tərbiyəvi heç nə yoxdur, əksinə uşaqlara mənfi emosiya verir. Oğlanlarda zorakılığı təkcə kompyuter oyunları deyil, həm də oyuncaqlar artırır.
Qızlar həmişə olduğu kimi bəzəkli gəlinciklərə maraq göstərdiyi halda, oğlanlar yenə də oyuncaq tanklara, tapancalara və müxtəlif silah növlərinə meyllənirlər. Savaşı və hərbi texnikanın tətbiqini aparan oyuncaqların çeşidi isə çoxdur.
Ucuz qiymətə əsasən küçələrdə səyyar çin satıcıları tərəfindən çin mənşəli səyyar satıcılar tərəfindən satılan oyuncaqların keyfiyyəti bir tərəfə qalsın, uşaqların mənəviyyatı korlanır. Bu oyuncaqlar ucuz olduğu qədər də təhlükəlidir.
Bunlara misal olaraq, aşağıdakı bəzi oyuncaqların keyfiyyətinə verilən tələblərə baxaq.
Ağaclardan hazırlanmış oyuncaqların möhkəmliyinə çox fikir vermək lazımdır. Yapışqanla yapışdırılmış fiqurlar möhkəm olmalıdır. Faner oyuncaqlar yaxşı cilalanmış olmalıdır. Əgər faner cilalanmazsa, onda rəng onun üzərində pis qalar və tezliklə qopub tökülər.
Səsverən oyuncaqların rəngi möhkəm yapışdırılmalıdır. Bunlar yaxşı cilalanmalı və laklanmalıdır. Metal oyuncaqlarda da – lehimlənmiş və əridilib yapışdırılmış yerləri təmiz hamarlamaq lazımdır.
Kuklalar cəlbedici, şən həyatlı və sağlam gözəl uşaqları təsvir etməlidir. Kuklaların bədəninin bütün hissələri düzgün, başları simmetrik olmalıdır. Kuklaların sifətinin cizgiləri düzgün və sağlam olmalıdır.
Nəqliyyat oyuncaqlarında qapılar rahat açılmalı, təkərlər sərbəst, bir-birinə dəymədən, ox üzərində əsmədən fırlanmalıdır. Burulan mexanizmlər düzgün və yaxşı işləməli, lazımi məsafəni qət edə bilməlidirlər. Elektrik mühərrikli mexaniki oyuncaqlarda gərginlik 12 voltdan yüksək olmamalıdır. Yumşaq, içi hava ilə doldurulmuş oyuncaqlarda doldurulma bərabər olmalı, üst parça dartılmalı, tikişlərdə sökük və qırışıq olmamalıdır.
Oynaq vasitəsilə sərbəst hərəkət edən oyuncaqların detalları lazımi istiqamətə fırlanmalı və sistematik forma almalıdır. Oynaqlara detalların möhkəm birləşməsi təmin edilməlidir.
Musiqili, səsli oyuncaqlarda səs cihazları elə yerləşdirilir ki, onları zədələnmədən, yerindən çıxarmaq mümkün olmasın. Səs cihazı səsi düzgün təqlid etməli və heç bir maneə olmadan işləməlidir. Səs cihazları yapışqan vasitəsiləyapışdırılır, klapanlar dayağa möhkəm sıxılaraq möhkəmləndirilir. Oyuncaqların keyfiyyətini yoxlayan ekspert, oyuncaqlara qoyulan əsas sanitar-gigiyenik tələblərlə tanış olmalıdır.
Dövlət sanitar təftişi tərəfindən «Oynucaq istehsalı və satışı üzrə sanitar qaydaları» müəyyən edilmişdir. Oyuncaqlar elə materiallardan hazırlana bilər ki, onları sanitar epidemioloji orqanlar təsdiq etmiş olsun. Oyuncaqların hazırlanması üçün yalnız tərkibində insan sağlamlığına ziyan gətirə biləcək zəhərli maddələr olmayan, qoxusuz materiallardan istifadə edilməlidir. Oyuncaqlarda mexaniki xarakterli heç bir nöqsan olmamalıdır.
37. Ailədə uşaq oyunlarının təşkilində valideyn və tərbiyəçi-müəllim əməkdaşlığının şərtləri.
38. Oyunda yaşauyğunluq prinsipi gözlənilməsi.
39. Oyun prosesində uşaq fəaliyyətinə nəzarət və fəaliyyətin izlənilməsi.
40. Oyunların təşkili zamanı oyuncaqların seçilməsi metodikası (hər yaş qrupu üzrə).
41. Məktəbəqədər yaşlı uşaqların oyun fəaliyyətinin təşkilinin mahiyyəti, anlayışları və məqsədi

Yüklə 51,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin