40. Mirzə Kazım bəy



Yüklə 14,43 Kb.
tarix01.01.2022
ölçüsü14,43 Kb.
#50805
40. kazim bey


40.Mirzə Kazım bəy

Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr etmişdir və yenə də fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın , Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq , Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir. Mirzə Kazım bəyin atası Hacı Məhəmməd Qasım Kazım bəy məşhur qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuşdur. Mirzə Kazım bəy 1802-ci ildə Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürmüşdürlər .

Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkkəyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür.

Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir.



Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran leyhinə casusluq fəaliyyətində suçlanır, bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxana sürgün edilir.

Kazımbəy dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirmısinə imkan vermir.
Yüklə 14,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin