43.Müəllim kadrları hazırlığı problemləri. Zaqafqaziya Müəllimlər Seminariyasının və onun nəznində Azərbaycan şöbəsinin təşkili.
1917-ci ildə rus imperiyasının süqutundan sonra Qori seminariyasının fəaliyyəti dayandırıldı. 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Milli Şurası yaradıldı. Milli Şura Azərbaycan dövlət müstəqilliyini və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsinə dair Azərbaycan ziyalılarının başda N. Nərimanov,M.Ə.Rəsulzadə olmaqla,böyük bir dəstənin arzularını həyata keçirirdi. Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürlməsi məqsədilə bölmənin keçmiş inspektoru F. Köçərlinin sərəncamına 5 min rubl pul ayrıldı. Azərbaycan bölməsi müstəqil seminariyaya çevrilərək Qazaxa köçürüldü və burda fəaliyyətini davam etdirdi. F. Köçərli seminariyanın direktoru təyin edildi. O,13 oktyabr 1918-ci il tarixli “Azərbaycan” qəzetində Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi barədə” məqalə dərc etdirib. Bütünlüklə seminariyanın yetirmələri bu təhsil ocağına xüsusi qayğı göstərirdilər. Mövcud olduğu 40 il ərzində seminariyanın yetirmələri tədris dairəsi rəhbərlərinin ruslaşdırma tendesiyasına baxmayaraq,bütün sınaqlardan şərəflə çıxaraq Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşdular.
Qazax Müəllimlər Seminariyası 1918-ci il noyabırın 10-dan fəaliyyətə başlamışdır. Seminariyanın açılışında yerli hökümət idarələrinin məmurları,şəhərin fəxri sakinləri,yeni qəbul olunmuş şagirdlərin valideyinləri və.s iştirak etmişdir. Qori Müəllimlər Seminariyasının məzunları Şərqdə ilk demokratik,hüquqi dövlət olan AXC dövründə xalq təhsili,maarifi və mədəniyyətinin inkişaf etdirilməsində,təhsilin yeni milli köklər üzərində yenidən qurulmasında,məktəb islahatlarının aparılmasında,anadilli məktəblərin yaradılmasında,ana dilli dərsliklərin hazırlanmasında Azərbaycanda təhsilin,maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə aparmışlar.
Dostları ilə paylaş: |