41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri



Yüklə 35,63 Kb.
səhifə6/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   2   3   4   5   6   7   8   9   ...   14
pedaqogika 40 60 cvb

48. Dünyəvi təhsil və qadın təhsili.

XIX əsrdən etibarən Azərbaycanda maarifçilik ideyaları təşəkkül tapmağa başladı. Böyük ziyalılarımız əllərindən gəldikdə maarifçiliyi ictimai həyatın bütün sahələrində yaymağa çalışırdılar. Belə sahələrdən ən ümdəsi təhsil idi.

XIX əsrdən başlayaraq dini təhsildən dünyəvi təhsilə keçid yeni və möhtəşəm addım idi.

XIX əsrdə Azərbaycan qız məktəblərinin açılması ilə bağlı cəhdlərin genişlənməsinə baxmayaraq, qadın təhsili ağır vəziyyətdə idi. Azərbaycanlı qızlar demək olar ki, düzgün təşkil edilmiş təhsildən məhrum idilər. Bu ehtiyacı isə nisbətən ayrı-ayrı şəxslərin evlərində qadın müəllimlər ödəyirdi. Məsələn, mənbələrdən birində Bakıda – İçəri şəhərdə 2 qadın müəllimənin yanında 25 qızın oxuması göstərilir. Belə qadınlar tərəfindən açılan məktəblər Şuşa, Şamaxı, Gəncə, Nuxa və başqa şəhərlərdə də olmuşdur.

Belə məktəblərdən biri dövrünün maarifpərvər qadınlarından olan Gülbəyim Mir Mahmud qızı tərəfindən 1850-ci ildə Şamaxı şəhərində açmışdır.

Dünyəvi təhsil verən “Gülbəyim məktəbi” dövrə görə nadir məktəb idi. Onun səbəbkarı özünün bacarığı, qabiliyyəti və poetik yaradıcılığı ilə Şamaxıda fəaliyyət göstərmiş “Molla Pəri”, “Molla Tubnisə”, “Molla Xanım”, “Zeynəb xanım”, “Nisə xanım” və başqalarının məktəbləri qismən qızların müəyyən qədər təhsil almalarında rol oynamışdır.

Bu dövrdə mütərəqqi ictimaiyyətin nümayəndələri qadın təhsilinin genişləndirilməsi və Azərbaycan qadınının ictimai həyata cəlb olunması uğrunda fəal çıxış etməyə başladılar. Ziyalılarımız təkcə dünyəvi qız məktəblərinin açılması məsələlərini qaldırmırdılar, eyni zamanda bu istiqamətdə müəyyən addımlar da atırdılar. Belə ki, görkəmli pedaqoq, maarifçi Həsən bəy Zərdabi 1896-cı il yanvarın 19- da müsəlman qızlar üçün birsinifli məktəbin açılması xahişi ilə Bakı qubernatoruna müraciət etmişdirZeynalabdin Tağıyev bu ideyanı gerçəkləşdirdi Hal – hazırki dövrdə təhsilimiz yüksək inkişaf mərhələsindədir. Qadınlarımız təkcə Azərbaycanın təhsil müəssisələrində deyil, dünyanın bir sıra nüfuzlu universitetlərində təhsil alır, ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqedə dayanırlar


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin