41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


Ana dili təliminin həyata keçirilməsində M.Qasirin , H. Zərdabinin xidmətləri



Yüklə 35,63 Kb.
səhifə7/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   2   3   4   5   6   7   8   9   10   ...   14
pedaqogika 40 60 cvb

49. Ana dili təliminin həyata keçirilməsində M.Qasirin , H. Zərdabinin xidmətləri.

Mirzə İsmayıl Qasirin ana dili məktəbi. XIX əsrin ortalarında və ikinci yarısında açılan ana dili məktəblərindən biri Mirzə İsmayıl Qasirin məktəbidir. İstər M.İ. Qasirin (1806-1900) ana dili məktəbi, istərsə də onun maarifçilik fəaliyyəti demək olar ki, tədqiq olunmamışdır. “Azərbaycan ədəbiyyatı tarixində” onun ədəbi fəaliyyə­tindən bəhs olunur, “üsuli-cədid” məktəbi açması göstə­rilir. Prof. M.M.Mehdizadənin doktorluq dissertasiyasında yeni üsulla ana dili məktəbi açanlar cərgəsində Qasirin də adı çəkilir. Qasir təxəllüsü ilə məşhur olan Mirzə İsmayıl Hacı Molla Səlim oğlu Axundov 1806-cı ildə Şirvanın Ləki kəndində anadan olmuşdur. Qasir gənclik illərində Cənubi Azərbaycanın bir sıra şəhərlərini gəzmiş, ərəb və fars dillərini mükəmməl mənimsəmiş, Talış mahalının Rusiyaya birləş­dirilməsi nəticəsində rus dilini öyrənmiş 1840-cı illərdə Qaradonlu sərhəd idarəsində tərcüməçilik etmişdir.Qasir şagirdlərə məişətdə çox işlənən əməli yazdar - məktub, ərizə nü­munələri məcmuəsi tərtib etmişdi. O, tədris etdiyi materialları toplayaraq 1894-cü ildə “Qanuni-Mirzə İsmayıl Qasir” adlı bir dərs vəsaiti düzəltmişdir. Sövti-üsul ilə tərtib etdiyi bu dərslikdə o ərəb əlifbasında olan çətinlik və uyğunsuzluqları aradan qaldırmağa səy etmişdir.

Qasir təlimdə höccələmə üsulunu islah etməyə, hərfləri nisbətən köhnə adları ilə deyil, sözün daxilində işlədilən səs ilə göstərməyə cəhd edir, hərflərdən heca, hecalardan isə sözlər düzəltməyi üstün tuturdu. Qasirin həmin dərsliyi uzun müddət Talış mahalında ən çox işlədilən bir vəsait olmuşdur. M.İ.Qasir 1860-cı illərdə digər ziyalılarla birlikdə talış dilinin qrammatikasına aid bir kitabça da tərtib etmişdir.

Qasir ömrünün təxminən son 18 ilini (1883-1900) Lənkəran ikisinifli ibtidai məktəbində ana dili və şəriət müəllimi vəzifəsində işləmişdir. Həsən bəy Zərdabi. XIX əsrin ikinci yarısında Azərbaycan maarifçiləri içərisində Həsən bəy Zərdabi (Məlikov) (1837-1907) fəxri yer tutur. Azərbaycanda ictimai və pedaqoji fikir tarixinin ən parlaq səhifələrindən birini xalqımızın fəxri olan H.Zərdabi 28 iyun 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Azərbaycanın görkəmli ziya­lısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi,

Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet olan "Əkinçi"nin naşiri (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllim­lərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olmuşdur.

Zərdabinin ən mühüm xidmətlərindən biri və birincisi budur ki, o, mövhumat və orta əsr geriliyinin hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün sonunadək bu məşəli əlindən yerə qoymamışdır. “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur.

Həsən bəy Zərdabinin tarixi xidmətlərindən biri də budur ki, o, M.F.Axundzadədən sonra ana dili təlimi ideyasını inkişaf etdirərək yeni yük­səkliyə qaldırdı. Savad təlimi ideyasını irəli sürən Həsən bəy M.F. Axundov­dan fərqli olaraq, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq əsaslandırdı. Mürtəce adamların, cahil ruhanilərin onun cəhdlərinin müvəffəqiyyətlə nəticələn­məsinə imkan verməmələrinə baxmayaraq, o, ömrünün sonunadək bu ide­yaya sadiq qaldı. O haqlı olaraq Azərbaycanda ana dilində təhsilin, həmçinin qadın təhsilinin, Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir.

Onun müəllimlik fəaliyyəti dövründə ən mühüm xidmətlərindən biri Azərbaycan dilində ilk dəfə qəzet nəşr etməsidir. Zərdabi öz arzusunu həyata keçirmək - doğma ana dilində qəzet çıxarmaq üçün 1873-cü ildə bilavasitə əməli fəaliyyətə başlayır.

Beləliklə, 1875-ci il iyul ayının 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin birinci nömrəsi çapdan çıxdı. “Əkinçi” qəzeti özünün meydana gəlməsilə bütün Rusiya müsəlmanlarını hərəkətə gətirdi.

Sütunlarında maarif, elm ziyası nurlanan “Əkinçi”nin nüsxələri dövrün qabaqcıl adamlarının qəlbini riqqətə gətirdi, onları maarifçilik işi uğrunda mübarizəyə ruhlandırdı.

Rusiyanın bir çox şəhərlərindən göndərilən təbrik teleqramlarında “Əkinçi” “maarif xəzinəsinin qapısım yazıq dağlı xalqlarının üzünə açan sehrli bir açar” adlandırılırdı.

Həsən bəy Bakı realnı məktəbində 1878-ci ilə qədər işləyə bildi və “Əkinçi”ni də ancaq bu dövrdə çıxarmağa nail oldu.




Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin