41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri



Yüklə 35,63 Kb.
səhifə10/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   ...   6   7   8   9   10   11   12   13   14
pedaqogika 40 60 cvb

54 sual 45 sualnan eynidi.

55. Mirzə Şəfi Vazehin elmi pedaqoji fəaliyyəti və təlim tərbiyə haqqında fikirləri

56. Axundovun elmi pedaqoji fikirləri.

M.F. Axundzadə maarifçilik və demokratik baxışlarını 1857 – ci ildə yazmış olduğu “Aldanmış kəvakib” povestində və 1860 – cı ildə yazmış olduğu “Kəmalüddövlə məktubları” fəlsəfi traktatında geniş şəkildə əks etdirmişdir. M.F. Axundzadənin yeni əlifba uğrunda apardığı 30 illik mübarizə onun maarifçilik fəaliyyətinin əsasını təşkil edir. Onun maarifçilik görüşlərinin kökünü yeni əlifba layihəsi uğrunda mübarizəsində axtaran akademik Feyzulla Qasımzadə “M.F. Axundovun həyat və yaradıcılığı” adlı monoqrafiyasında yazır: “M. F. Axundov bütün ömrü boyu xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparmışdır. Yeni əlifbanın maariflənmə və savadsızlığın ləğvi işində müstəsna əhəmiyyəti olacağını bilən Axundov onun həyata keçirilməsi uğrunda 30 ilə yaxın çalışmış, İrana və Türkiyəyə getmiş, Rusiya və Avropa ölkələrinə məktublar göndərmiş, dost və tərəfdaşları ilə yazışmış, onun gənc nəsil tərəfindən öyrənilməsi üçün yollar və vasitələrə əl atmış, heç bir şeyi əsirgəməmişdir”. Axundzadənin pedaqoji görüşləri çoxcəhətli olmuşdur.Onun maarifçi görüşlərində uşağın ailədə tərbiyəsi mühüm yer tutur. Maraqlıdır ki, bu böyük mütəfəkkir ailə tərbiyəsi haqqında sadəcə fikir söyləməmiş, öz qənaətlərini,özünə, öz ailəsinə tətbiq etmişdirM.F.Axundzadənin maarifçi görüşlərinin əsas qayəsi cəhalətə, mövhumata və fanatizmə qarşı mübarizə, elm və maarif uğrunda çalışmaq, Avropa ölkələrinin üstün mədəniyyətini Azərbaycanda yaymaq, şəxsiyyətin azadlığına nail olmaq idi. Mirzə Fətəlinin demək olar ki, bütün əsərlərində qaldırdığı mühüm ictimai problemlər bütün müsəlman aləminin həyat tərzi, dünyagörüşü ilə bağlı idi və umumbəşəri əhəmiyyət kəsb edirdi. Bu problemlər ədibin əsərlərində mücərrəd şəkildə qoyulmamış, o, həmin məsələlərə xurafatla barışmaz mübarizə fonunda yanaşmışdı. Əbəs deyil ki, ədəbiyyat tarixi ədibin “Kəmalüddövlə məktubları”nı yüksək dəyərləndirərək “xurafatla mübarizədə yüz minlik bir ordunun görə bilmədiyi bir işi görən əsər” kimi öymüşdü.

Bir sözlə, dahi M.F.Axundzadə maarifçi görüşlərində bəşəriyyətə xidmət etmiş, xalqların maariflənməsi, tərəqqi yolu ilə irəliləməsi, millətlərin dostluğu və qardaşlığı, insanın azad və xoşbəxt yaşaması uğrunda döyüşən bir vətənpərvər kimi özünü göstərərək dünya ədəbiyyatının ölməz simaları sırasına öz adını qızıl hərflərlə yazmışdır. Sanki dahi dramaturq aşağıda ifadə etdiyi kəlamı öz həyatı üçün söyləmişdi: “Dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər”


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin