58.1920-1991-ci illərdə Azərbaycanda məktəb və pedaqogika(Ə.Həşimov,H.Əhmədov,N.Kazımov).
XX əsrin 60-70-ci illərində prof. Əliheydər Həşimov Azərbaycan xalq pedaqogikası ilə bağlı ciddi araşdırmalar aparmış,folklor nümunələrini xalq pedaqogikasının qiymətli incisi,yadigarı və milyonların tərbiyə məktəbi kimi təhlil etmiş,xalq yaradıcılığı materiallarını, zəhmətkeş kütlələrin tərbiyə ilə bağlı adət-ənənələrini,etnoqrafik mənbələri sistemləşdirilmiş,dəyərli əsərlər yaratmışdır. Onun “Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirləri”(1958), ”Azərbaycan xalq pedaqogikasından mühazirələr” (1968), ”Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri”(1970) kitabları xalq pedaqogikasının tədqiqi ilə bağlı qiymətli əsərlərdir.
Azərbaycanda məktəb tarixinin bir əsrlik dövrünün öyrənilməsi akademik Hüseyn Əhmədovun adı,uzun illik səmərəli və gərgin axtarışları ilə bağlıdır. Onun “XIX əsr Azərbaycan məktəb tarixi”(1985,2000,2005) monoqrafiyası və silsilə məqalələri XIX əsr Azərbaycan məktəb təhsilini öyrənmək baxımından çox qiymətli və dəyərli mənbədir. Bir əsrlik məktəb və maarif tariximizin salnaməsi olan bu kitabda bir çox əsrlərdən bəri fəaliyyət göstərən məktəb və mədrəsələrin XIX əsrdəki vəziyyəti,onların qurluşu,təhsilin məzmunu və üsulları,həmin məktəblərin bir tədris müəssisəsi kimi Şərqdə,o cümlədən, Azərbaycanda maarifin inkişafındakı tarixi rolu müəyyənləşdirilmiş, Azərbaycanda meydana gələn dövlət məktəblərinin inkişaf yolları,mütərəqqi rus pedaqoji ideyalarının təhsilin inkişafına təsiri üzə çıxarılmışdır. Kitabda Azərbaycanın Rusiya tərəfindən işğalından sonra xalq maarifi və məktəb təhsilinin ümumi vəziyyəti,məktəb və mədrəsə təhsilinin səciyyəvi cəhətləri araşdırılmış,1829,1835,1848,1853-cü il məktəb əsasnamələri,onların fərqli və qüsurlu cəhətləri,məqsəd və məzmunu,xalq maarifinin inkişafındakı rolu,qəza,kənd,şəhər,rus-Azərbaycan,natamam orta,orta məktəblərin və qadın təhsilinin inkişafı öz elmi-pedaqoji həllini tapmışdır. H. Əhmədovun təşəbbüsü ilə 1977-ci ildə “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun proqramı hazırlamış,həmin proqram əsasında dərs vəsaitləri yazılmış, xüsusi kursun tədrisi təmin edilmişdir.
Nazim Kazımov pedaqoji fəaliyyət göstərmişdir.
Dostları ilə paylaş: |