Kanserogen maddələr orqanizmə daxil olaraq onda bəzi hüceyrələrin və bəd xassəli şişlərin yaranmasına səbəb olan maddələrdir.
14-15İstehsalatda meteroloji ,hava şərait-Yer səthini əhatə
edən atmosfer qatının tərkibi əsasən azot(78%), oksigen(20.95%),
karbon, təsirsiz qazlar və.s ilə yanaşı su buxarından ibarətdir
. Bunlarla bərabər, atmosferdə müxtəlif toz hissəcikləri, bakteriya
və mikroorqanizm, yer səthində olan radioaktiv şüalanma və
kosmik şüaların təsiri ilə əmələ gələn ionlar vardır. Göstərilən
qazlardan başqa digər qazların sənaye müəssisələri tərəfindən
atmosferə tullanması onun çirklənməsinə səbəb olur.Atmosferdə
gedən müxtəlif proseslərin dəyişməsi yer kürəsində iqlimin qeyr
i sabitliyinə gətirib çıxarır. Bununla yanaşı, hər bir regionda
atmosferdə gedən proseslərin təkrar olunması qanunauyğunluğu
mövcuddur ki, bunun köməyilə və çoxillik müşahidələr əsasında
əvvəlcədən iqlim haqqında məlumat vermək mümkündür.Yerli şəraitin iqlimindən və ilin fəsillərindən asılı olaraq havanın tərkibindəki nəmlik dəyişir. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işsinin sağlamlığına, təhlükəsizliyinə və onun əmək məhsuldarlığına mühüm təsir göstərir.İstehsalat havasının meteoroloji şəraiti temperatur, nisbi nəmlik, havanın hərəkət sürəti və təzyiqi, həmçinin qızdırılmış avadanlıq, emal edilmiş material və məmulatların istilik şüalanması ilə xarakterizə edilir. Bu parametrlər geniş hüdudlarda dəyişə bilər. Lakin onların elə uyğunluqları da vardır ki, bu zaman optimal mikroiqlim şəraiti yaranır.
Ventilyasiya sistemləri.İstehsal otaqlarında iş zonası
havasının sanitariya norma-ları üzrə tələb olunan
parametrlərini əldə etmək üçün ventilyasiya sistemlərindən
istifadə edilir. Qapalı istehsal otaqlarında hava mübadiləsini
müxtəlif surətdə təşkil etmək olar. İstehsal otağında
təbii ventilyasiya xarici və daxili havanın sıxlıqları
fərqindən yaranan hava basqısı hesabına əldə edilir.
Mexaniki ventilyasiya sistemlərində havanın yerdəyişməsi
ventilyatorların yaratdıqları hava basqısı hesabına əldə edilir
. İstehsal otağının hər bir yerində bərabər hava mübadiləsi
yaradılırsa, belə sistemlərə ümumi, otağın müəyyən bir
hissə-sində hava mübadiləsi edilirsə yerli, zərərli
maddələr ayrılan yerlərdən hava sorulursa bu lokal
ventilyasiya sistemi adlan-dırılır. Qəza zamanı
otaqda zərərli maddələrin qatılığının artma-sının
qarşısı xüsusi qəza ventilyasiyası vasitəsilə alınır.
təbii ventilyasiya.Təbii ventilyasiya otaq daxilindək
i və xaricdəki havanın temperatur (yaxud xüsusi çəki) fərqi və külək təsiri nəticəsində baş verir. Qeyri-mütəşəkkil təbii ventilyasiya həmişə mövcuddur, o, qapı, pəncərə və baca örtüklərinin kip olmaması nəticəsində yaranır.