5-ci sinif Softswitchi


SI3000 CS proqram kommutatoru



Yüklə 0,71 Mb.
səhifə7/33
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#43395
1   2   3   4   5   6   7   8   9   10   ...   33
NGN 32-61

SI3000 CS proqram kommutatoru


SI3000 CS (Call Server) proqram kommutatoru müxtəlif prot-okolları istifadə etməklə NGN şəbəkəsinin elementlərini idarə edir, xidmətlərin, çağrışların və birləşmələrin idarə olunmasını həyata keçirir. SI3000 CS-in funksional imkanları onu yerli stansiya (sinif 5), tranzit stansiya (sinif4) yaxud bunların kombinasiyası kimi istifadə etməyə imkan verir.

SI3000 CS uyğun protokollardan istifadə etməklə aşağıda göstə-rilən avadanlıqları idarə edir:

1) IР-terminalı və terminallar adapteri- SIP, MGCP, H.248 prot-okolları;

2) analoqlu və ISDN terminal avadanlıqlarının qoşulmasına imkan verən daxilolma şlüzləri- MGCP, H.248, IUA protokolları;

3) TDM şəbəkəsinə qoşulmanı reallaşdıran siqnallaşma şlüzləri və media-şlüzlər-MGCP, Н.248, SIGTRAN (M2UA, M3UA, IUA) protocolları;

4) tonal siqnalları, konferens-rabitə çağrışlarını, xəbərdarlıq etmə funksiyalarını və Voice XML-in generasiyasını və tanınma-sını reallaşdıran, SMG-in tərkibinə daxil olan media-server - MGCP protokolunu;

5) digər tədarükçülərin proqram kommutatorları – SIP, SIP-T, H.323 protokolları;

6) intellektual şəbəkənin IN SCP xidmətlərini idarə edən qovşaq – INAP protokolu.

İstifadə olunan müxtəlif növ prosessorlar zamanı SI3000 CS-in məhsuldarlıq xarakteristikaları cədvəl 7.2-də göstərilib.

SI3000 CS proqram kommutatorunun məntiqi strukturu şək.7.8-də verilib. SI3000 CS proqram kommutatorunun məntiqi stukturu biri aktiv (Active Node), digəri ehtiyatda (Stand bay Node) olan təkrarlanan qovşaqlardan ibarətdir.

Cədvəl 7.2. İstifadə olunan müxtəlif növ prosessorlar zamanı SI3000 CS-in məhsuldarlıq xarakteristikaları

Xarakteristikalar

Prosessorların sayı və tipi

Bir MEA

Bir ATCA

Birneçə ATCA

ƏBYS-da xidmət olunan çağrışların sayı

150 min.

1 mln.

4 mln.

Xidmət olunan abonent-lərin sayı

30 min.

250 min.

1mln.

Şək.7.8. SI3000 CS proqram kommutatorunun məntiqi strukturu

Qovşaqların hər biri özünə aralarında dəqiq təiyn olunmuş interfeyslərlə bir neçə asılı olmayan funksional blokları qoşur. SI3000 CS-in əsasını Monta Vista CGE Linux əməliyyat sisteminin idarə edilməsilə işləyən Intel Pentium-un aparat platforması təşkil edir. Yüksək hazırlıqlı aralıq proqram təminatı (Middleware) sistemi işə salır, tətbiqlər proseslərini idarə edir və sistemin həddən artıq yüklənməsinin, baş verən səhvlərin və aparatlarda baş verə bilən imtinaların qarşısını alan tədbirlər görür. O, həm də yüksək hazırlıqlı aralıq proqram təminatının ayrılmaz hissəsi olan proses-sor platasının imtinası halında aktiv qovşaqdan ehtiyata hamar keç-məyi təmin edən НА-ın (Heart Beat) iş qabliyyətinə nəzarət edir.

Verilənlər bazası serveri (Data Base) Solid özündə real zamanda yeniləşən proqram kommutatorunun konfiqurasiyasının verilənlər-inin saxlanılmasını əks etdirir. İdarə etmə əməliyyatının gedişində О&М tətbiqi idarəetmə qovşağının VB-sı ilə qarşılıqlı əlaqədə olur. Solid serverinin Smart Flow təkrar olunma mexanizmi idarəetmə qovşağının verilənlərinin və proqram kommutatorunun daimi sin-xronlaşmasına zəmanət verir. Proqram kommutatorunun özünün aktiv və passiv tərəflərinin verilənləri Solid Hot Stand By-un tək-rarlanması mexanizmini istifadə etməklə sinxronlaşdırılır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin