5-ci sinif Softswitchi


SI3000 MSAN -ın abonent daxiolmasının multiservis qovşağı



Yüklə 0,71 Mb.
səhifə6/33
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#43395
1   2   3   4   5   6   7   8   9   ...   33
NGN 32-61

SI3000 MSAN -ın abonent daxiolmasının multiservis qovşağı

SI3000 MSAN-ın abonent daxiolmasının multiservis qovşağı- abonent daxilolması, müxtəlif daxilolma texnologiyaların istifadə olunması və xidmətlərin təqdim olunmasını həyata keçirir. SI3000 MSAN aşağıdakı növ daxilolmaları təmin edir:


  • ÜİTf şəbəkəsinin analoqlu abonent daxilolmasını;

  • genişzolaqlı xDSL daxilolmasını (ADSL2+, VDSL2, SHD- SL) ;

  • optik daxilolmanı FTTx;

  • WiMAX texnologiyasını istifadə etməklə məftilsiz daxilol-manı;

  • Metro Ethernet daxilolmanı.

SI3000 MSAN müxtəlif qurğular halında istifadə oluna bilər: qovşaqdan yalnız TDM-daxilolma yaxud genişzolaqlı daxilolma qovşağından universal daxilolma qovşağınadək daxilolma şlüzü kimi.

Baxılan halda SI3000 MSAN yalnız TDM-daxilolma və univer-sal daxilolma kimi istifadə olunur.

MSAN-ın aparat komponentləri halında aşağıdakılar istifadə olunur:


  • seksiya stativ+ şinli və birləşməli arxa plata;

  • seksiya stativinin kontrolleri;

  • aqreqasiya və kommutasiyanın ümumi bloku;

  • şəbəkə interfeys bloku;

  • ventilyatorlar bloku.

SI3000 MSAN-ın aparat platforması özündə qurğuların müxt-əlif platalarının biri-birilə qarşılıqlı əlaqəsini təmin edən Gigabit Ethernet texnologiyası bazasında daxili şəbəkə strukturunu əks etdirir. Bütün seksiyaların/plataların aqreqisiyası buraxma qabliy-yəti 38/76 Qbit/s olan bloklaşmayan mərkəzi Ethernet- kommu-tatoru (Ethernet Switch, ES) üzərindən imtinaya davamlı ikiqat ulduz əsasında həyata keçirilir. Şəbəkə və istifadəçi interfeyslərini (E1, Ethernet, analoqlu ÜİTf, ADSL2+, VDSL2, optiklifli və Wi-MAX) istifadə edən müxtəlif servis (istifadəçi) plataları mövcud-dur. SI3000 MSAN-ın arxitekturası şək.7.6-da göstərilib.

Şək.7.6. SI3000MSAN-ın arxitekturası

SI3000 MSAN- da iki növ mərkəzi plata istifadə oluna bilər:



  1. Aqreqasiya şəbəkəsinə qoşulmaq üçün mərkəzi Ethernet-kommutatoru ES;

  2. Səs xidmətlərini reallaşdırmaq üçün çıxmaqda olan V5.2 kanal interfeyslərinin üzərindən ÜİTf şəbəkəsi ilə bağlayıcı bənd olan abonent daxilolma şlüzü (Access Gateway, AGW).

Mərkəzi Ethernet-kommutatoru ES SI3000 MSAN-ı aqreqresiya şəbəkəsi ilə və şəbəkə elementlərinin kaskad birləşməsini həyata keçirmək üçündür. GE portları həm də müxtəlif SI3000 MSAN-ları öz aralarında, eləcə də onları digər tədarükçülərin şəbəkə qov-şaqları ilə birləşdirmək üçün istifadə oluna bilər. İstənilən SI3000 platforması məlum olduğu kimi fəaliyyət göstərir və həm də SI3000 MSAN-ın digər platformalarını özünə birləşdirməyə imkan verə bilir, həm də rabitənin imtinaya davamlılığını və yüksək etibarlığını təmin edir.

SI3000 MSAN platformasında istifadə olunan arxa panel sistem-in buraxma qabliyyətinə təsir göstərməyən passiv elementdir.

SI3000 MSAN-ın platalarının sayı istifadə olunan seksiyalardan asılıdır. Baxılan halda MEA 20 seksiyası istifadə olunur və ES-in təkrarlanması həyata keçirilir. Bu halda MSAN-da maksimum müxtəlif növ abonent platası ola bilər və onlar seksiyaların 1-dən 8-ədək və 11-dən 20-yədək slotlarında yerləşirlər.

Hər bir mərkəzi ES kommutatoru “bir qat ulduz” topologiyası üzrə şəbəkə birləşməsi vasitəsilə bütün abonent plataları ilə əlaqəli-dirlər; abonent platalarının hər iki kommutatorla birləşməsi zamanı “ikiqat ulduz “ topologiyası yaranır.

Bir mərkəzi kommutator zamanı arxa panelin buraxma qabliy-yəti 19 Qbit/s-dir (bir slota 1 Qbit/s). İki mərkəzi kommutatordan istifadə olunan halda arxa panelin buraxma qabliyyəti 38 Qbit/s olur (bir slota 2 Qbit/s). Mərkəzi kommutatorların plataları arasında arxa panel vasitəsilə yaradılan qarşılıqlı əlaqənin sürəti, 2 Qbit/s-dir. “İkiqat ulduz” topologiyalı arxa panel sistemin işini həm isti rejimdə, həm də yükün ayrılması rejimində təmin edə bilir.

SI3000 MSAN sistemində bütün seksiyaların idarə olunması üçün uzaq idarəolunma üsulundan istifadə olunur və bütün plat-formalar üçün idarə olunmanın aşağıdakı funksiyaları istifadə olu-nur:



  • intellektual idarəetmə interfeysindən IPMI (Intelligent Plat-form Management Interface) seksiyanın diaqnostikası;

  • MSAN-ın seksiyalarının eyniləşdirilməsi-fiziki və topoloji yeri, MSAN-ın istifadə olunma növləri;

  • enerjinin istifadə olunması haqda və istənilən platanın mikro-sxem səviyyəsinədək qida gərginliyi barədə informasiyanın alın-ması;

  • plataların vəziyyəti (aktiv, ehtiyatda və ya saz) haqda infor-masiyanın alınması, aktivləşdirmə və platanın açılması;

  • ventilyatorların vəziyyəti haqda informasiyanın alınması, fır-lanma sürətinin avtomatik qoyulması və tənzimlənməsi.

SI3000 MSAN-da aşağıdakı növ platalar istifadə oluna bilər:

  • DSL (ADSL, VDSL2, SHDSL) platası;

  • Ethernet-ə (Fast Ethernet, Gigabit Ethernet) optik-lifli daxilol-ma interfeys plataları;

  • WiMAX platası;

  • analoqlu abonent xətt platası (POTS);

  • abonent şlüzü daxilolma platası (AGW).

Baxılan halda POTS və AGW abonent plataları istifadə olunur.

Abonent şlüzü daxilolma platası (AGW) “IP üstü səs” (VoIP) trafikini TDM (Time Division Multiplexing-kanalların zamana görə ayrılmasına ilə multipleksləşmə) trafikinə və əksinə çevirir. Şlüz, V5.2 (E1-in 16 traktı) interfeysi üzrə ÜİTf şəbəkəsinə, iki GE interfeysi vasitəsilə isə IP-şəbəkəsinə qoşulur. Daxilolma şlüzün platası özünə media-şlüzü və siqnallaşma şlüzünü qoşur.

Media-şlüz TDM media selini RTP danışıq selinə və əksinə çevirir. Siqnallaşma şlüzü V5.2 siqnallaşmasını paket şəbəkəsinin avadanlıqlarının idarə olunması üçün istifadə olunan IP- siqnal-laşmasına (MGCP, Network based Gall Signalling (NCS), H.323) çevirir.

Analoqlu abonent xətt platası (POTS) adi analoqlu telefon rabi-təsinin POTS (Plain Old Telephone Service) şleyfi üzrə standart siqnallaşmalı 64 porta malikdir. Platanın idarə olunması ya TDM kommutatoru, ya da MGCP, H.248, SIP protokolları və proqram kommutatorları ilə həyata keçirilir. POTS platası MSAN daxili şəbəkə ilə MEA seksiyasının arxa panelindəki 100 Mbit/s sürətli iki interfeyslə birləşir.

Portların idarə olunması, TDM şəbəkəsində əsas və əlavə xid-mətləri reallaşdıran plata a/b portlarında standart analoq siqnallaş-masını (DEK, DTMF, 12/16 kHs tarifləşmə siqnalını, qüt-büləri dəyişdirməni) istifadə edir. Plata G.711, G.723, G.729 audio-kodeklərini istifadə edir.

ES-lə təkrarlanan MEA 20 seksiyası üçün AGW və POTS plat-alarının portlarının maksimum sayı cədvəl 7.1-də verilib.

Cədvəl 7.1. MEA 20 seksiyasında AGW və POTS platalarının portlarının maksimum sayı

Plataların növləri

AGW

Bir platada E1 traktların sayı

16

MEA 20 seksiyasında E1 traktlarının maksimum sayı

288

POTS

Bir platada portların sayı

64

MEA 20 seksiyasında portların maksimum sayı

1152

Sual 40

Siqnallaşma şlüzü və SI3000 SMG media-şlüzü

Siqnallaşma şlüzü və SI3000 SMG media-şlüz ÜİTf şəbəkəsi ilə NGN arasında interfeys rolunu oynayır. Bu şlüz ayrı-ayrılıqda yaxud bir aparat təminatında istənilən uyğunlaşdırmada istifadə oluna bilən üç funksional qovşağa (siqnallaşma şlüzünə, media-şlüzə və media- serverə) malikdir. SI3000 SMG-in məntiqi struk-turası şək.7.7-də göstərilib.

Media-şlüz (Media Gateway, MG) müxtəlif kodeklərin (G.711, G.723, G.726, G.729) köməyi ilə TDM kanalının nitq informa-siyasını VoIP paketlərinin nitq selinə və əksinə çevirir. Nitq informasiyasının IP-şəbəkəsi üzrə verilməsi RTP protokolunun köməyi ilə təmin olunur, seansın idarə olunması isə IP- RTCP prot-okolu vasitəsilə həyata keçirilir. TDM nitq siqnallarının RTP/RT CP protokollarının paketlərinə çevrilməsi rəqəmli DSP siqnal prosessorunun yığımı ilə yerinə yetirilir.


Şək.7.7. SI3000 SMG-in məntiqi strukturası

Siqnallaşma şlüzü (Signalling Gateway, SG) ənənəvi TDM şəbəkəsinin siqnallaşmasını NGN şəbəkəsində birləşmələrin idarə olunması protokoluna və IP- şəbəkəsi vasitəsilə proqram kommut-atoruna və əksinə çevirməyə imkan verir.

SI3000 SMG şlüzü aşağıdakı növ siqnallaşma sistemlərini istifa-də etməyə imkan yaradır:



  • TDM şəbəkəsinin protokollarını: DSS1/PRI, ÜKS№7 (MTP - 2 və MTP-3), 2ВСК, V5.2;

  • IP-şəbəkəsi protokollarını: IUA/SCTP (IP-şəbəkəsindən DS S1məlumatlarının verilməsi), M2UA/SCTP, M3UA/SCTP M2 PA /SCTP (IP-şəbəkəsindən ÜKS №7 məumatlarının verilməsi), V5U A/SCTP (IP-şəbəkəsindən V5.2 məlumatlarının verilməsi), MGCP (IP-şəbəkəsindən 2ВСК məlumatlarının verilməsi), daimi IP-birləşməsi IPNUC (IPNailed-Up Connection)-avtonom (birləşmə-nin parametrləri yerli SMG verilənlər bazasında yerləşirlər) yaxud idarə olunan proqram kommutatorlarını.

Media-server (Media Server,MS) generasiya olunmanı və DT MF tonal siqnalların tanınmasını, konferens-rabitə çağrışlarını, məlumatların yenidən hasil ediməsini, yazılışını həyata keçirir və Voice XML tətbiqini yerinə yetirir.

Voice XML-in köməkliyi ilə xidmətlərin məntiqi yerinə yetiril-məsi mühütündə müxtəlif funksiyaları məntiqi olaraq kombinasiya etmək, qurmaq olar ki, bu da çoxlu sayda baza və genişləndirilmiş xidmətləri reallaşdırmağa imkan verir.

Media-server MGCP və H.248 protokollarının məlumatlarını istifadə etməklə proqram kommutatorundan düşən sorğuları emal edir.

SI3000 SMG sistemində xarici sinxronlaşma üçün iki xüsusi portdan yaxud MEA korpusunun arxa platasından istifadə etməklə TDM şəbəkəsilə sinxronlaşma həll edilir. Sinxronlaşdırma mənbəyi konfiquriyalaşdırılmış olur, yəni həm birinci və həm də ikinci sin-xronlaşdırma mənbəyinə köklənə bilər. Əgər xarici sinxronlaşma mənbəyi yoxdursa, SMG şlüzündə Beynəlxalq Telekommunika-siya İttifaqının tövsiyəsinə uyğun olaraq bütün növ sinxron-laşdırmaların tələblərinə cavab verən şəxsi mənbə olduğuna görə sistem onsuz olaraq tutub saxlama rejimində işləyə bilər. Sinx-ronlaşdırma sxemi modulların və sistemin bütövlükdə sinxron-laşmasını təmin edir. Bu sxemdə sinxrosiqnalın keyfiyyəti yoxlan-ılır və çıxış səhvi olmayan mənbə seçilir. SI3000SMG NTP (Netw ork Time Protocol) protokolu üzrə zaman serveri ilə müvəqqəti sin-xronlaşmanı həyata keçirir.

Siqnallaşma şlüzü və SI3000SMG media-şlüzünün plataları MEA korpusu bazasında konstruksiyanı istifadə edir. Platada iki prosessor yerləşir:


  • qurulmuş aqreqasiyalı mərkəzi prosessor CPU (Central Proc-essor Unit) (DSP rəqəmli siqnal prosessoru yığımının köməyi ilə VoLP trafikinin və Voice XML-in funksional imkanlarının aqre-qasiyası);

  • çağrışların/siqnallaşmanın idarə olunması prosessoru PMC (çağ-rışların və siqnallaşma şlüzünün funksional imkanlarının idarə ol-unması). SI3000SMG platası E1-in maksimum 32 interfeysi avad-anlıqlarına (minumum konfiqurasiya -16 Е1) və arxa platanın vasitəsilə TDM Gigabit Ethernet-in (GE) 2 interfeysi ilə IP-şəbə-ksinə qoşulqa bilər.

Sual 41


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin