SI2000 sisteminin daxiolma qovşağı abonentlərin SI2000 sist-emlərinə yaxud V5.2 standart interfeysinin köməyi ilə digər tədar-ükçü–firmaların sistemlərinə qoşmaq üçündür. Sistem V5.2 stan-dart interfeysi istifadə edir və birləşməni həm ISDN, həm də analoq terminalı kimi təmin edir. ANSI2000 qovşağı sistemin miqyaslı-lığını təyin edir (hansı ki, onun tərkib hissəsini təşkil edir), eləcə də ISDN və POTS-un bütün əlavə xidmətlərini təqdim edə bilir. ANSI2000 qovşağı həm də stansiyadan fiziki olaraq uzaqda yerləşə bilər, bunun da sayəsində bir mərkəzdən kənd yerlərini, kiçik şə-hərləri yaxud iri şəhər mikrorayonlarını rabitə ilə asanlıqla təmin edir. ANSI2000 qovşağı E1 traktının, eləcə də analoqlu və ISDN-abonentlərinin qoşulduğu xətti modulundan (XM) ibarətdir. Yux-arıda dayayanan stansiyaya qoşmaq üçün E1 traktı və V5.2 inter-feysi istifadə olunur. Xətti modul təkrarlanan prosessor blokuna malik ola bilər. İdarəetmə MN idarəetmə qovşağını istifadə et-məklə reallaşdırılıb və bir neçə SI2000 sistemi üçün distansiyalı və mərkəzləşdirilmiş ola bilər. Qida, SI2000-in elektrik qida sistemi ilə yaxud digər tədarükçülərin uyğun sistemi ilə təmin olunur.