20. Şəkil və məzmuna görə söz qrupları ( sözün forması və mənası haqqında)
Sinonimika üç mənada işlədilir: 1) leksikologiyanın sinonimləri öyrənən bölməsi, 2) hər hansı bir dilin sinonimlərinin toplusu, 3) əsas mənada uyğun gələn morfem, söz sintaktik konstruksiya və frazeologizmlər.
Sinonimlər (yun. eyni adlı) gerçəkliyin eyni əşya, hadisə, əlamət və ya hərəkəti ilə bağlı olan, lakin onu müxtəlif formalarda adlandıran semasioloji hadisədir. Məna ümumiliyi və üslüb çalarlığı sinonimlərin əsas xüsusiyyətləridir. Sözlər arasında sinonimik münasibətin yaranması onların leksik mənaları ilə bağlıdır. Sinonimlərə belə tərif vermək olar: Bir ümumi məna ilə əlaqədar olub, bir məfhumu müxtəlif şəkildə adlandıran, leksik-semantik variantlarına göre eyniləşən, mənaca yaxın sözlərə sinonim deyilir. Sinonimlərə ancaq sinxronik məfhum kimi baxmaq olmaz.Onlar həm diaxronik, həm də sinxronik planda meydana çıxır. Vaxtilə öküz göl-çay, uruş-sürüş-döyüş, tün-yicə-gece, ayaq-qədəm.Sinonim sözlərin izahında və müəyyənləşdiriləsində onlara məxsus bir sıra xüsusiyyətləri nəzərə almaq lazım gəlir: 1) məna yaxınlığı və ya məna ümumiliyi, 2) cərgə düzəltmə; 3) qarşılıqlı əvəzctmə; 4) müxtəlif quruluşluluq: 5) eyni nitq hissəsinə aidlik, 6) eyni funksiyalılıq; 7) sözün çoxmənalılığı.Məna ümumiliyi adı altında sinonimlərin bir məfhum ifadə etmələri nəzərdə tutulur. Mənaca yaxın, formaca müxtəlif sözlər bir məfhumu bildirmələrinə görə birləşir. Sinonimlərdə ümumi olan əşya deyil, məfhumdur. Məsələn, yersiz - yurdsuz –məskənsiz.Sinonim münasibətdə olan söz qrupları sinonim cərgə adlanır. Sinonim qruplar müxtəlif quruluşlu sözləri leksik-semantik variantlarına görə birləşir.Onun üzvləri məna ümumiliyinə əsasən daxili məna qrupu yaradaraq biri-biri ilə əlaqədar olur, başqa sözlərə münasibəti bildirir. Məsələn, yaş - nəm - sulu höyüş
Bəzən müxtəlif qrammatik formalı eyni köklü və mənalarına görə biri-biri ilə sinonim olmayan sözlər da sinonim cərgənin düzəlməsində iştirak edir. Sinonim cərgənin bütün üzvləri eyni formada olmalıdır. Məsələn, cərgə üzvləri isimlərdən ibarətdirsə, onların hamısı ismin eyni halında işlədilməlidir, təklik bildirməlidir, aləm - cahan yer üzü - ərz. Bir sinonim cərgədəki sözlər məna ümumiliyinə, bir məfhum ifadə etməsinə və eyni qrammatik formalı olmasına görə birləşsələr də, biri-birindən bir sıra xüsusiyyətlərinə görə seçilir: 1) mənaca tam eyni olmamalarına; 2) üslubi çalarlarına; 3) müasirliyinə; 4) işlədilmə sahəsinə; 5) başqa sözlərlə birləşməsinə görə və s. Bu və ya digər sözün sinonim cərgənin üzvü olub-olmaması müqayisə yolu ilə müəyyənləşdirilir. Tutuşdurulan söz əsas sözün mənası ilə bir ümumilik yaradırsa, onu cərgənin üzvü hesab etmək olar. Cərgənin hüdudu praktik üsulla da qarşılıqlı əvəzetmə ilə də bəlli olur. Məna sinonim cərgələrin hüdudunu göstərən əsas meyardır. Sinonim cərgələrin müəyyənləşdirilməsində sözün çoxmənalılığı və omonimliyi böyük rol oynayır. Çoxmənalı sözün bütün mənaları təsvir edilib, onun haqqında tanı və dəqiq məlumat əldə etdikdən sonra sinonim cərgənin üzvlərini dəqiqləşdirmək, seçmək olar. Sinonim cərgənin bir üzvü bir renası əsas götürülməlidir. Sinonim cərgənin üzvlərini müəyyənləşdirərkən sinonim sözlərin müasir ədəbi dilə münasibətini nəzərə almaq lazımdır.
Cərgənin quruluşu leksik və qrammatik cəhətdən fərqli olur. Cərgələr arasında iki cür alaqə mövcuddur: a) daxili, b) xarici. Daxili əlaqə bir cərgə üzvləri, xarici əlaqə isə cərgələr arasında olur. Həsrət Həsənov mənaca biri-biri ilə əlaqədar olan jurnal-məcmuə, dilçilik – linqvistika və s. Kimi müxtəlif formalı sözlərin, eləcə də, eyni köklü müxtəlif sinonim şəkilçili bisavad – savadsız, nainsaf -insafsız kimi sözləri sinonim cərge adlandırmaq olmaz fikrini bildirib. Sinonimik cərgə üçün ən azı iki söz lazımdır. Bu cərgələr tərkibcə iki, üç, dörd və çoxüzvlü ola bilər. Sinonim cərgə, üzvlərinin işlənməsinə görə də fərqlənir.
1.Bütün üzvləri ədəbi dildən olanlar: yeni – təzə; var – dövlət-əmlak;
2.Biri və ya ikisi ədəbi dildən, digəri dialektdən olanlar; kiçik-balaca-dıqqılı və s.
3.Biri müasir ədəbi dildən, digəri arxaik olanlar: böyük – ulu; aşıq – ozan və s.
Hər sinonimik cərgədə bir əsas söz olur ki, bu da dilçilikdə dominant adlanır. Əsas söz cərgədəki başqa sözlərə nisbətən ümumi mənanı daha aydın ifadə edən olmalıdır. Həmin söz cərgəyə neytrallıq göstərməlidir, lakin əlavə emosional-ekspressiv çalarlıqdan tam məhrum olmamalıdır. Bir cərgədə öz həqiqi, məcazi mənalarında olan sözlər və dialektizm, arxaik və jarqon olanda cərgə belə düzəlməlidir: həqiqi mənalı söz, sonra məcazi mənalı, daha sonra dialektizm, arxaik və ya jarqon sözlər. Məsələn, hamilə-ikicanlı - boğaz, yayınmaq-əkilmək- cirmaq-dızıxmaq və s. Sinonimlər müxtəlif köklü, müxtəlif quruluşlu sözlərdir. Sinonimlərə xas olan xüsusiyyətlərdən biri də sinonim cərgələrin üzvlərinin eyni bir nitq hissəsinə aid olmasıdır. Sinonimlərdə eyni funksiyalılıq nominativ funksiya ümumiliyi ilə əlaqədardır. Sinonimlərdə eynilik sözlərin nominativ funksiyaları və üslubi çalarlığı ilə bağlıdır. Sinonim qruplar dil vahidlərinin leksik və qrammatik mənalarının eyniləşdirilməsi yolu ilə ayrılır. Sinonimlərdə mənaca yaxınlıq deyərkən ayrı-ayrı sözlərin mənalarına görə tam eyniliyini nəzərdə tutmaq olmaz. Çünki biri-biri ilə sinonim münasibətdə olan sözlər tam eyni məna ifadə etsə idi, onda həmin sözləri eyni mətn daxilində işlətmək mümkün olardı. Sinonimlərdə eynilik deyərkən bir məfhumu ifadə edən müxtəlif quruluşlu sözlərin mənaca tam eyniliyi deyil, onların mənalarındakı bir əlamətin eyniliyidir. Məsələn, hündür- uzun (hündür adam uzun adam). Azərbaycan dilində sinonimlər, əsasən, aşağıdakı yollarla yaranır:
1. Çoxmənalı sözlərin mənalarından birinin həmin mənanı ifadə edən başqa bir sözə uyğun gəlməsi yolu ilə. Məsələn, başlıq-sərlövhə,
2. Omonimlərdə mənanın birinin həmin mənanı ifadə edən digər bir sözə uyğun gəlməsi yolu ilə. Məsələn, qol - imza, kök - əsas,
3. Yeni söz düzəltmək yolu ilə. Məsələn, gen- enli,
4. Mürəkkəb formalar yolu ilə. Məsələn, danışmaq – nəql ctmək,
5. Frazeologizm yolu ilə. Məsələn, dəridən çıxmaq – tər tökmək,
6. Başqa dillərdən sözlər almaq yolu ilə. Alınma sözlər dilimizdə sinonim kimi iki şəkildə işlədilir: a) sinonim cərgənin bir üzvü kimi, məsələn, dəli (azərb.) axmaq (ərəbcə), b) sinonim cərgənin hər iki üzvü kimi, məsələn, qəm (ərəbcə) - dörd (farsca),dost-aşna (hər ikisi farsca) 7. Evfemizmlə əlaqədar əmələ gələn sinonimlər. Evfemizm sinonimlərin törəmə mənbəyi deyil, onların əmələgəlmə yollarından biridir. Məsələn, ölmək-keçinmək-dünyadan köçmək-canını tapşırmaq- yuxuya getmək.
8. Kakofemizm yolu ilə sinonimlərin əmələ gəlməsi. Kakofemizmlər evfemizmin əksidir. Kakofemizm mətndə bu və ya digər mənanı vulqar, kobud ifadə etməkdir, məsələn, qoca - kaftar, vəhşi –yırtıcı
9. Emosional-ekspressivlik yolu ilə sinonimlərin əmələ gəlməsi. Məsələn, yemək - tıxmaq, gülmək - şaqqıldamaq
Sinonimləri mənşəyinə, quruluşlarına, mənalarına, dil vahidlərinə, tam və natamam, mütləq və nisbi olmasına görə təsnif etmək olar. Sinonimlər mənşəyinə görə iki qrupa ayrılır:1. Əsl Azərbaycan sözlərindən əmələ gələn sinonimlər. Məsələn,bağlı-qıfıllı-örtülü. Sinonimlərin quruluşca üç növü var: 1) sadə, 2) düzəltmə, 3) mürəkkəb.
1. Sadə sinonimlər: dal-arxa, son-axır, 2. Düzəltmə sinonimlər: nazlı-işvəli, 3. Mürəkkəb sinonimlər: başına dolanmaq başına dönmək, S.Ceferov "Müasir Azərbaycan dili" (II hissə) dərsliyində mürəkkəb sinonimlərə belə misallar vermişdir: qorxmaq-ürəyi getmək, getmək - sürüşquluya dəm vermək. Bunların heç biri mürəkkəb sinonimə nümunə deyil, çünki cərgənin bir üzvü sadə, digəri frazeologizmlərdir. Dil vahidlərinə görə sinonimlərin aşağıdakı növləri var: 1)sinonim morfemlər, 2) sinonim sözlər, 3) sinonim birləşmələr, 4)sinonim cümlələr. Sinonim morfemlər -anda, -dıqda, -daqca və s. sinonim sözlər: üz-sifət-camal, güc-qüvvət-taqət və 5., sinonim birləşmələr: ağlı başından çıxmaq-huşu başından getmək, başa mindirmək- başa çıxarmaq, rəngdən-rəngə girmək-rəng alıb rəng vermək və s. Məna növlərinə görə sinonimlərin üç növü var: 1) leksik, 2)qrammatik, 3) üslubi. Bir nitq hissəsinə aid olan, müxtəlif formalı, müxtəlif köklü, mənaca biri-birinə yaxın sözlərə leksik sinonim deyilir. Məsələn,dinc-sakit-fağır. Mənaca eyni, quruluşca və qrammatik formaca müxtəlif olan sinonimlər qrammatik sinonim adlanır. Məsələn, xidmət-qulluq, müftə-pulsuz. Mənaca uyğun gələn, lakin nitqin müxtəlif üslublarına aid olan, işlənmə dərəcəsinə və ckspressiv boyasına görə fərqlənən sinonimlər üslubi sinonimlər adlanır. Sinonimlərin bir qismi bir məfhumu birbaşa leksik mənasına görə mətnli və ya mətnsiz ifadə edirsə, digər qismi isə bir məfhumla dolayı, işlənmə məqamlarına, müəyyən mətnə əsasən əlaqədar olur. Bu cəhətdən sinonimlər iki yerə bölünür, a) mütləq sinonimlər, b) nisbi sinonimlər. Mənaca cyni olmayan, ancaq yaxın sözlər ideoqrafik sinonim və ya kvazisinonim adlanır. İdeoqrafik sinonimlər məna çalarlığına görə fərqlənir: uca – hündür - yekə. Mənaca eyni, fonetik tərkibcə və mənşəyinə görə müxtəlif olan sözlər dublet və variantların əsas bazasıdır. Eyni mənalı sözlərin dildə mövcudluğu əsasən üç amillə əlaqədardır. Bir məfhuma biri-biri ilə əlaqəsi olmayan ixtiraçıların eyni zamanda müxtəlif adlar verilməsi ilə əmələ gəlir. Mətnin təsiri ilə bir neçə leksik vahid yaranır. 3. Alınma və ya dialekt sözlərin ədəbi dildə olan sözlə paralel işlədirilməsi nəticəsində alınır.Eyni mənalı eyni köklü sözlər ayrı-ayrı müstəqil sözlər kimi yox bir sözun variantları kimi özünü göstərir. Sinonimləri variantlardan fərqləndirərkən aşağıda göstərilən xüsusiyyətləri nəzərə almaq lazımdır: 1.Sinonimlər müxtəlif köklü, variantlar isə eyni köklü sözlərdir. 2.Sinonimlərdə məna yaxınlığı sözlərin ifadə etdikləri ümumi mənaya variantlarda isə sözlərə əlavə edilən qrammatik vasitələrə görədir. 3.Sözlər sinonimik münasibətdə olarkən məna həcmlərinə görə yox, bir leksik-semantik variantlarına əsaslanır. Variantlar isə bütöv məna həcmlərinə görə qarşılaşdırılır: zarafatçı-zarafatcıl, ödəmə-ödəniş, əvvəl-əvvəlcə, toxuma-toxunma. Variantlar iki yerə bölünür: a) fonetik variant, b) qrammatik variant. Sözün fonetik variantlar: saat-saot, sanbal-sambal, Sözün qrammatik variantları: değum-doğuş, baxım-baxış, Dublet dildə terminlərlə əlaqədar yaranır.Afad Qurbanov sinonimləri iki tipə bölür: lüğəvi və qrammatik sinonimlər. Dilimizdəki lüğəvi sinonimlərin iki növü var: a) leksik b) frazeoloji sinonimlər.
Dostları ilə paylaş: |