5. Çoxmənalılığın yaranma yolları


Çoxmənalılıq dildə zənginləşmənin bir yolu kimi



Yüklə 35,5 Kb.
səhifə8/11
tarix29.12.2021
ölçüsü35,5 Kb.
#48701
1   2   3   4   5   6   7   8   9   10   11
məna qrupları

35. Çoxmənalılıq dildə zənginləşmənin bir yolu kimi

Çoxmənalı sözlərdə sözün məna çalarlıqlarından əsas mənası həqiqi, ikinci va sonrakı mənaları isə məcazi məna adlanır. Çoxmənalılıq dilimizin zənginləşməsində mühüm mənbələrdəndir. Səlim Cəfərov qeyd edir ki, dilimizdə sözlərin çoxmənalılığı söz yaradıcılığı prosesinin aşağıdakı xüsusiyyətlərini meydana çıxarır:

1)Sözün məcazi mənalarından biri öz inkişafı nəticəsində əmələ gəldiyi həqiqi mənadan uzaqlaşaraq, müstəqim məfhum ifadə edən yeni bir mənaya çevrilə bilər, məsələn, köç (mək), saç (maq), düz (mək) kimi fellərdən törəmiş olan köç, saç, düz isim və sifətləri tamamilə müstəqim məna ifadə edir.

2) Sözlərin çoxmənalılığı dilimizdə, mürəkkəb sözlərin əmələ gəlməsində mühüm rol oynayır. Məsələn, ördəkburun sözü bir heyvanın adıdır. Onun ağzı ördəyin burnuna oxşadığı üçün bu ad ona verilmişdir. İtburnu, dəvədabanı, danaburnu (həşəratın bir növü), balqabaq (qabağın şirin növü), istiqanlı (çox səmimi, yoldaş üçün ürəyi yanan və s.) kimi sözlərə də bu fikri söyləmək olar.

Çoxmənalı sözlərin məcazi mənaları dilimizdə sabit söz birləşmələri (idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözü və zərbi məsəllər, tapmacalar) əmələ gəlməsi üçün əsas baza təşkil edir. Məsələn, qaraqabaq, başdan sovmaq, ürəyi qopmaq, qurban olmaq kimi idiomlarda;

polad quş, canlı insan, saf vicdan, möhkəm addım kimi ibarələrdə; müvəffəqiyyətdən baş gicəllənmə, az olsun yaxşı olsun, ömrün balı cavanlıqdır kimi hikmətli sözlərdə; qaz vur, qazan doldur; nə tökərsən aşına, o çıxar qaşığına; nə atdır, nə balıq; nə tüfəngə çaxmaqdır, nə sünbəyə toxmaq kimi atalar sözü və zərbi-məsəllərdə; üstü zəmi biçərlər, altı bulaq içərlər kimi tapmacalarda işlənən leksik vahidlər müəyyən situasiya, kontekst, hadisə ilə bağlı olub həqiqi mənasından uzaqlaşır, fərqli məcazi mənaya malik olur.

Həsrət Həsənov da çoxmənalı sözlərin lüğət tərkibi üçün rolundan bəhs edərkən yazır ki, çoxmənalı sözlər dilimizin lüğət tərkibinin zənginləşdirilməsində, yeni leksik vahidlərin (göz gözlü, gözlük, gözlüklü, gözsüz, gözsüzlük; açmaq açar, açıq açıqlıq və s.) və frazeologizmlərin (göz açmaq, göz bağlamaq, göz qoymaq, göz yummaq, baş açmaq, baş vermək ) yaranmasında mühüm rol oynayır.


Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin