arx yaş olanda su tarlaya və ləklərə tez çatır,
çünki nəm torpaq
suyu canına çox çəkmir, lakin arx quru, çoxdan su görməmiş
olsa, əvvəlcə suyu canına çəkib doymayınca, onu tarla və
ləklərə çatdırmır.
Deməli, müflis mə'mur quru arx kimidir, əvvəlcə özünü
doydurar, sonra sənin hayına qalar. Bir də verdiyin əmrlərin
qədrini bil, hörmətini saxla, heç
kəsə heç vəchlə yol vermə ki,
onlara e'tinasız yanaşsın və ya onun əksini etsin.
H e k a y ə t. Belə eşitmişəm ki, Əbülfəzl Bəl'əmi
266
Səmərqənd divanxanasının rəislərini Səhl Xocəndiyə
267
tapşırır,
bu barədə fərman verir, möhür vurur və ona xələt bağışlayır.
Yola çıxan günü vidalaşmaq və fərmanı almaq üçün
xacənin sarayına gedir. Vidalaşdıqdan, xeyir-duadan sonra, açıq
demək istədiyi sözləri deyir, sonra təklikdə qalmağı xahiş edir.
Xacə əmr edir onları tək buraxsınlar. Səhl deyir: "Ağamın ömrü
uzun olsun, mən gedib işə başlayandan sonra, yəqin ki, buradan
fərmanlar gələcəkdir, ağam mənə buyursun görüm bəndəsi hansı
işarəyə görə bilsin ki, bunu yerinə yetirmək lazımdır, onu yox,
bilsin ki, edilməli hansıdır, edilməməli hansı". Əbülfəzl Bəl'əmi
deyir: "Ey Səhl, yaxşı dedin, bilirəm ki, bunu uzun müddət
fikirləşibsən, biz də gərək bu barədə bir az fikirləşək,
fikirləşməli məsələlərdə dərhal
cavab vermək doğru deyil, bir
neçə gün gözlə".
Səhl Xocəndi evinə qayıdır; Süleyman ibn Yəhya
əsSorani
268
Səmərqəndə divan sahibi tə'yin edir, fərman verib
xələt bağışlayır və yola salırlar. Səhlə isə əmr edilir ki, bir il
evdən dişarı çıxmamalıdır. Səhl bir il evində dustaq oturur. Bir
ildən sonra Bəl'əmi onu çağırıb deyir: "Ey Səhl, sən nə vaxt
bizim iki fərmanımızı görmüsən ki,
biri düz olsun, biri yalan?"
Biz dünyanın böyuklərini qılınc gücünə müti olmağa məcbur
edirik. Bizim əmrimiz bir olur. Bizdə nə axmaqlıq görübsən ki,
biz əlimiz altında olanlara əmri yerinə yetirməməyi öyrədək?
Yerinə yetirmək istədiyimizi əmr edirik, istəmədiyimizi isə əmr
etmirik. Biz heç kəsdən qorxub ehtiyat etmirik, işdə də aciz
deyilik. Sənin bizim haqqımızdakı ehtimalın yalnız acizlərin
işidir. Sən bizi işdə piyada hesab etdiyin üçün,
biz də səni
vəzifədə piyada saxladıq, ona görə göndərmədik ürəyində
fikirləşməyəsən ki, guya bizim verdiyimiz əmrləri icra etməmək
də olar. Kimdə o cürət var ki, bizim fərmanlarımıza əməl
etməsin?"
172 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Nə qədər sağsan, yalan fərman vermə, mə'murun sənin
əmrini yerinə yetirməsə, ona yaxşıca qulaqburması ver; sən öz
sağlıqında öz imzanı yüksək tutub öz fərmanlarını icra etdirə
bilməsən, keçmiş vəzirlərin fərmanları əsasında
işlədikləri kimi,
səndən sonra heç kəs sənin fərmanın əsasında işləməz.
Demək, şahların və vəzirlərin fərmanları bir, hökmləri qəti
olmalıdır ki, əzəmət yerində qalsın, işlər yaxşı getsin.
Şərab içmə şərab içməkdən səhlənkarlıq, süstlük və günah
törəyir. İlahi, bizi əyyaş vəzir və vəkildən sən özün saxla.
Əgər şah əyyaşlıq etsə, vəzirin də başı şərab içməyə qarışsa
ölkənin işi tez xarab olmağa üz qoyar, həm özünə, həm ağana
xəyanət etmiş olarsan.
Dediyim kimi ol, vəzirlər ölkənin gözətçiləridir, çox pis
olar ki, gözətçilərə bir də başqa bir gözətçi qoyulsun.
Əgər
vəzirlik qismət olmasa, sipəhsalar olsan, sipəhsalarlıq
şərtlərini də bil. Allah köməyin olsun.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib